Bura qədərki bölümlərdə düşünürəm ki, pandemiya barədə xeyli məlumat əldə etdiniz. Xüsusilə, son üç bölümdə vaksinlər barəsində xeyli danışdıq. Bütün bunların doğruluğunu özünüz araşdıraraq da təsdiq edə bilərsiniz. Belə ki, sizə kitabın sonunda bir çox link qoyacam ki, bu linkləri telefonunuza oxutdurmaqla məlumatların doğruluğunu özünüz təsdiq edə biləcəksiniz.
Bu bölümdə isə vaksinlərdən sonra insanların qarşısına qoyulacaq başqa bir təhlükə haqqında – mikroçiplər barədə bütün suallara aydınlıq gətirəcəm. Belə ki, çiplər barəsində ilk dəfə qısa şəkildə iki il əvvəl, yazdığım "mRNT peyvənd təhlükəsi" adlı beşinci məqaləmdə bəhs etmişdim. O məqalədə çiplərin şprislərlə insanlara vurulacağından və vaksinlərin içində olacağından şübhələnmişdim. Bu gün vaksinlərin içində olan şeyin hələ ki çip yox, onunla bağlantılı bir maddənin – "qrafen oksidin” olduğunu düşünürəm. Bu barədə kitabın on birinci bölümündən ətraflı məlumat əldə edə bilərsiniz.
Beləliklə, bu bölümdə geniş bir şəkildə aşağıdakı suallara cavab axtaracağıq:
1. İnsanlara taxılması planlanan hansı növ çiplər var?
2. Bunlar həyatımıza necə daxil olacaq?
3. Bu mikroçiplər sistem üçün hansı vəzifəni görəcəklər?
Araşdırmalarım məni iki növ mikroçiplərin varlığına apardı ki, bunlardan birincisi və ən vacibi "biyometrik çip" adlanır. Bu, “BMT”-nin "ID 2020" layihəsi ilə bağlıdır. 2030-cu ilə qədər biləyə və ya baş barmaqla işarə barmaq arasına taxılacaq olan bu dəri altı çip insanların yeni rəqəmsal şəxsiyyət vəsiqəsi olacaq (1). İkinci növ çip isə "neuralink çipləri" adlanır ki (2), bu da böyük ehtimalla başa, boyuna və ya qulaq arxasına taxılacaq və birbaşa beyinə bağlanaraq insanlara yeni xüsusiyyətlər qazandıracaq.
242Please respect copyright.PENANAHXLDAdgEXL
Biyometrik çip
242Please respect copyright.PENANAAIwe31G5fG
Pandemiya elan etdiklərindən bəri vaksinlə bu pandemiyanın bitəcəyini söyləyən insanlar, açıqca gördüyünüz kimi sizə yalan danışırlar. Bunun bir pandemiya olmadığını və vaksinlərlə insanları öldürərək azaltmaq istədiklərini başından bəri söyləyirəm. Çünki "yeni dünya nizamında” dünya əhalisini əvvəlcə 2 milyarda (hal-hazırda, 7.9 milyarddır), daha sonra isə 500 milyona endirmək planları olduğu illərdən bəri məlumdur. Bu barədə ən böyük sübut, Amerikanın Corciya əyalətində Siyonist güclərin əsəri olan "Guidestones” abidəsidir. Bu abidə haqqında özünüz araşdırma edə bilər və abidənin üzərində yazan əmrləri özünüz də təsdiq edə bilərsiniz (3). Ancaq iş təkcə insan öldürməklə bitmir. Əsas olan bir şəkildə həyatda qalanları da idarə edə bilməkdir. Vaksinlər də, görünür, elə bu məqsədlə istehsal edilib.
Bilməlisiniz ki, onların əsas istəkləri hər çağırdıqlarında növbəti dozaya qaçan insanlara vaksinlərin içində olan ağır bir materialı – "qrafen oksid" sistemini yerləşdirməkdir.
Çünki bu maddə, bilinən ən güclü keçirici sayılır və məncə, birbaşa 5G və çiplərlə əlaqəlidir. Ancaq təxmin edirəm ki, vaksinlərin də ömrü bitəcək və bu dəfə insanları vaksinlərə yox, məhz mikroçiplərə məcbur edəcəklər. Belə ki, böyük ehtimal, gələcəkdə eynilə bu cür deyəcəklər: – "Təəssüff! Vaksinlər yeni pandemiyanın öhtəsindən gələ bilmədi. Qorunmaq üçün dəri altına bir çip taxdırmalısınız ki, bu pandemiya bitsin!"
Bəlkə inanmayacaqsız, amma eynilə bu tip bir şey deyəcəklər. O zaman da çip istehsalına keçdiklərini və "filan zamana qədər" bu çipin bütün dünya üçün hazır olacağını bildirəcəklər. Əslində isə bilin ki, çipləriniz artıq hazırdır.
Həmin çiplər insanlara yeni pandemiya zamanı "könüllü" bir şəkildə taxılacaq. İşi də bədəndəki bütün sağlıq məlumatlarını neyronlar, yəni sinir hüceyrələri vasitəsi ilə qəbul edərək mərkəzə ötürməkdir. Bu mərkəz də yenə özləri olacaqlar.
Maraqlısı budur ki, bunu insanlara əslində onlara kömək edirlərmiş kimi təqdim edərək və mediya ilə satılmış doktorları danışdıraraq rahatlıqla edə bilərlər. Eynilə, indiki zamanda vaksinlərlə bağlı danışdıqları yalanlar kimi zaman içində yenə də bir ağızdan belə deyəcəklər: – "Mikroçip taxdırsanız, virus bədənə daxil olan kimi alarm verəcək və bununla da biz, tez bir şəkildə müdaxilə edərək sizin həyatınızı ölümdən qurtara biləcəyik!"
Sonra buna görə yenə karantinlər elan edib, eynilə indiki kimi bu səfər də çip taxdırmadığı üçün, insanların maskasız gəzmələrinə, işə getmələrinə və ya çölə çıxmalarına izn verməyəcəklər. Bu dəfə insanlar eyni ilə dejavu yaşayırmış kimi "öz istəkləri ilə", yəni məcburən bu çipi taxdırmağa gedəcəklər. Üstəlik, indiki zamanda hər beş-altı aydan bir vurulan yeni dozalarla bədənə yeritdikləri "qrafen oksid" adlı maddənin bu tip çiplərdə o məqsədlə işə yarayacağını düşünürəm ki, bu maddə insan bədənindəki sinir hüceyrələri olan neyronlara asanlıqla bağlana bilir.
Bununla da, təxmin etmək çətin deyil ki, gələcəkdə bu tip çiplərin 5G ilə paralel olaraq çalışmasının infrastrukturunu – “qrafen oksid” maddəsini indidən bu vaksinlərlə insanlara yerləşdirirlər.
242Please respect copyright.PENANAJufuS4xo6Z
Biyometrik çiplərin vəzifəsi
242Please respect copyright.PENANAMrF1JEWKwS
Bu tip çiplər beşinci məqaləmdə bəhs etdiyim kimi sertifikatdan sonra gələcək və yeni pul sisteminin bir parçası olacaq. Eyni zamanda BMT-nin "ID 2020" layihəsi çərçivəsində insanların yeni qurulacaq rəqəmsal dünyadakı şəxsiyyət vəsiqəsi rolunu oynayacaq.
Biyometrik çiplər bəzi məqalələrdən oxuduğum qədərilə “RFİD” sistemi ilə çalışacaq (4). Hər kəsin bir "QR" kodu olacaq və çipinizi hər hansı bir cihaza oxutdurmaqla özünüzü tanıtdıra biləcəksiniz. Sağlıq sertifikatı, vaksin qeydiyyatları, bank kartları, pasportlar və bu tipli bir çox sənədi asanlıqla oraya yükləyə biləcəksiniz. Bu o deməkdir ki, gələcəkdə üstünüzdə pul daxil heç bir şeyi gəzdirməyə ehtiyac qalmayacaq.
Xatırladım ki, dördüncü bölümdə yazdığım kimi yaxın zaman içində pul sistemi kökdən dəyişiləcək. Dollar rezerv pul olma statusunu itirdikdən sonra, nağd pul sistemi ləğv olub, yerinə kriptovalyuta sistemi gələcək. Yeni valyuta isə, ilk bir neçə il ağıllı telefonunuzda olsa da, daha sonrakı illər ərzində, sizə qoşulacaq bu çipin içində var olacaq. Hətta Bill Geyts, bu çip növü ilə əlaqəli olduğunu düşündüyüm "06.06.06" nömrəli şeytan ixtirasını patentləşdirməklə, görünür, yaxın gələcəkdə bu işi insan bədəninin enerjisindən kriptovalyuta istehsal etməyə qədər aparacaq (5).
"Black Mirror" serialındakı kimi çip taxdıran insanların qaçaraq pul qazandığı, mükafat əldə etdiyi distopik bir dünya düşünün. Bu, gerçək bir köləlik mədəniyyəti olacaq.
Üstəlik, bunu gizli də etmirlər. Bu patenti özünüz də asanlıqla araşdırıb, haqqında məlumat əldə edə bilərsiniz.
242Please respect copyright.PENANA8OfLsqOw7L
İkinci tip çiplər: “Neuralink”
242Please respect copyright.PENANAZKY5cDIhmc
Bir də, ikinci növ çip vardır ki, bu da Elon Musk adlı milyarderin böyük layihəsindən biridir. Bu adam son illər də təkcə kosmos yalanı ilə insanları aldatmır, eyni zamanda, qlobal sərmayenin aktiv kuklası rolunu oynamağa hələ də davam edir. Məqsədi isə, qlobal sərmayenin çıxarları üçün çalışmaqdan ibarətdir.
Ən əsası isə “Neuralink” layihəsi ilə biyometrik çipdən fərqli olaraq, insanın matriksdəki kimi başqa birisinin kompüterinə bağlanması arzulanır. Əgər bu layihəni doğrudan da bacara bilsələr, "metaverse" adlandırdıqları süni yaradılan dünyanın ən önəmli aktyorlarından biri də, məncə, bu çiplər olacaq.
Bu çiplər eyniylə VR (virtual reallıq) eynəklər kimi insanları gerçəklikdən ayıracaq və zehinlərini öz düşmənlərinin əlinə verəcək. Bununla, insanların nə düşünəcəyi, hətta nə hiss edəcəyinə qədər özlərinin qərar verə bilmə potensialı olacaq. Bu, zənnimcə, "Transhumanizm" adını verdikləri murdar bir mədəniyyətin başlanğıcı olacaq.
Üstəlik, bunu da insanlara xeyir gətirəcəkmiş kimi təqdim edirlər ki, doğrudan da bununla xarici dildə danışmaq, daha yaxşı görmək və.s kimi faydalı işlər də görə bilərlər.
Ancaq bu, çipi insanlara qəbul etdirmək üçün böyük bir tələdir. Hər nə qədər Elon Musk "2022-ci ildən başlayaraq bu çipləri insanlara yerləşdirməyə başlayacağıq" desə də (6),
"biyometrik çiplərdən" fərqli olaraq, bunların daha uzun bir zaman alacağını düşünürəm. Zənnimcə, "BMT-nin Agenda 2030" layihəsi çərçivəsində, dünyanı dəyişmək istəyən insanlar üçün "Biyometrik çip" daha çox önəmli olacaq.
242Please respect copyright.PENANAu15cPsRd3x
Singularity dövrü
242Please respect copyright.PENANAcZLVhKr6dm
Hər nə qədər istinad etdiyim mənbələri göstərsəm də, vaksinin zəhər olduğuna inanmadıqları kimi çiplərin də gələcəyinə inanmayan adamlar olduğuna təəccübblənmirəm. Ancaq bilməlisiniz ki, bu gün dünyanın bir çox yerlərində “Covid-19 pasportu” üçün dərisinin altına çiplər yerləşdirilən minlərcə insan var (7). TV kanalları belə çip taxdırmağa gedən bir çox insanın xəbərini indidən verməyə çəkinmirlər. Hərçənd, buna baxmayaraq, hələ də belə bir şeyin varlığına inanmayan insanlar üstünlük təşkil edir.
Ancaq əmin olun ki, bu gün elmə güvənib peyvənd olunmağa gedən insanlar, yenə də "elmə güvənirəm" deyib çipi taxdırmağa da böyük bir sevinclə gedəcəklər. Çünki tarix təkərrür edir. "Konspirogiya" dedikləri hər şey gün keçdikcə üzə çıxmağa başlayır. Bunun da gerçək olacağını öz gözləri ilə görəcəklər.
Biz isə başından bəri etdiyimiz kimi "buna da qarşı" olacağıq. Bu köləliyi qəbul etməyərək, sistemə insanın “düşünə bilən” bir varlıq olduğunu sübut edəcəyik. Əgər bacara bilməsək ya dağlara çəkiləcəyik, ya da başqa diyarlara gedib meşə həyatı yaşayacağıq. Ancaq bilinsin ki, biz, əsla təslim olmayacağıq!
Bu bölümü isə Türkiyənin keçmiş Təhsil Naziri Ziya Selçukun 2018-2019 tədris ilinin açılış törənindəki çıxışı ilə bitirmək istəyirəm. Bu sözlər, çiplərin rolu başda olmaqla, beyninizdə gələcək barəsində müəyyən bir fikir yaradacaq:
242Please respect copyright.PENANAdHxgbNIRtz
“Sevgili gənclər!
Sizi, əslində, çox fərqli bir gələcək gözləyir. Rəqəmsal olanın, fiziki olanın, biolojik olanın eyni bədəndə birləşəcəyi bir gələcək. Buna, “singularity dövrü” deyirlər.
Yəni, 20 il sonra hamınızın bədənlərində çiplərin olacağı, hər kəsin düşüncəsinin kosmosdan oxunacağı bir dövrə doğru gedirik. Bizim, bu mövzularda mütləq məsafə almağımız şərtdir.
Bu gün məktəbə başlayanlar, 2040-cı illərdə iş həyatına atılacaqlar. O dövr, böyük ölçüdə süni zəka bacarığı ilə robotların hakim olacağı, işlərin yüzdə səksəninə yaxınını robotların gördüyü bir dövr olacaq. Ancaq bu dövr, eyni zamanda, bir müjdəni də içində daşıyır. Belə ki, gələcək bizim daha çox "insanlaşmağımıza" yol açacaq.
Təhsil sistemi, bəşəriyyəti insan edən yoldur. Biz bu yolda, daha çox elmə, daha çox sənətə və hamınızın kəpənək olma yolundakı cəsarətinə ehtiyac duyacağıq” (8).
ns 15.158.61.51da2