Qarşımıza qoyulan uydurma virusun, zərərli vaksinlərin və gələcəkdə bizi gözləyən çiplərin arxasında hansı məqsədlərin olduğunu tam başa düşmək üçün ilk öncə sistemin nə planladığını öyrənməlisiniz. Xüsusilə, pandemiyanın “yeni dünya nizamı” ilə olan əlaqəsini anlamaq, bu barədə sizə çox faydalı olacaq. Yeni dünya nizamı ümumi mənada bütün irqlərdən bir araya gələn bir qrup insandan təşkil olunan, kökü qədim yəhudi mistikası Kabalaya, yəni dolayı yolla Siyonizmə bağlanan böyük bir dünya hədəfidir. Bu söz ilk dəfə 1991-ci ildə Corc Buş tərəfindən dilə gətirilib (1).
Bölümün başlanğıcında 2 İyul 2013-cü ildə “Newtimes.az” saytına dərc olunmuş məqalədən istinad edərək, yeni dünya nizamının tarixini sizə daha geniş mənada izah etmək istəyirəm. Çünki bu məqalədən faydalanaraq, yeni dünya nizamında milli dövlətlər barəsində nəyin planlandığını asanlıqla anlaya biləcəksiniz:
301Please respect copyright.PENANAi8F5IePWjC
“1990-cı illərin əvvəllərindən başlayaraq, SSRİ-nin dağılması ilə yeni dünya nizamının formalaşması ilə bağlı nəzəriyyələr geniş vüsət almışdır. Beynəlxalq terrorizm təhlükəsi, son illərdə baş verən ərəb inqilabları və digər hadisələr bu nəzəriyyələrin gündəmdə qalmasına səbəb olmuşdur. ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqı prezidentlərinin və bəzi siyasətçilərin dolayı yolla da olsa yeni dünya nizamından danışması, bu məsələyə ciddi yanaşmağı zəruri edir. Bəs, yeni dünya nizamı dedikdə nə nəzərdə tutulur və bu, bəşəriyyətə nə vəd edir?
Yeni dünya nizamından danışarkən, alimlərin baxışları əsasən iki istiqamətdə inkişaf edir: 1) dünyanın güc mərkəzləri arasında yenidən bölüşdürülməsi; 2) Milli dövlətlərin gücünün və suverenliyinin azalması.
Əslində, müasir beynəlxalq proseslərə nəzər saldıqda, hər iki yanaşmanın müəyyən qədər özünü doğrultduğunu söyləmək
olar. Çünki son illərdəki Ərəb inqilabları, Yaxın Şərq və Şimali Afrikada qüvvələr nisbətini dəyişdirməkdədir. Üstəlik, Qərbin dəstəklədiyi inqilablar onun əsas rəqiblərindən olan Rusiyanın bölgədəki təsirini minimuma endirmişdir. Ancaq Misir, Tunis, Liviya və Yəməndə rejim dəyişikliyindən sonra, hakimiyyətə gələn qüvvələrin kifayət qədər demokratik olmaması, regionun qərbin nəzarətindən çıxma ehtimalını artırmaqdadır. Bundan əlavə, Şərqi Asiya və Cənubi Çin dənizində Çin və ABŞ arasında ərazi müharibəsi güclənməyə davam edir. Antraktida isə, dünyanın yenidən bölünməsi prosesinin nisbətən sakit şəkildə irəlilədiyi regionlardan biridir. Ərazinin zəngin hidrokarbon rezervləri və ondan Avropa və Asiya arasında daha qısa dəniz ticarət yolu olaraq istifadə etmək imkanları, keçən illərdə 8 Şimal ölkəsinin təmsil edildiyi “Antraktida Şurasına” Çin, Yaponya, Cənubi Koreya, Hindistan, Sinqapur və İtaliyanın da qatılmasına yol açmışdır.
Dünyanın strateji əhəmiyyətli regionlarına nəzarət uğrunda mübarizə milli dövlətlərin zəiflədiyi bir vaxtda gedir. Son zamanlar, elmi mənbələrdə geniş yayılmış fikirlərə görə, milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri bundan sonra da zəifləyəcək. Siyasi məsləhətçi Erik Şnurerin fikrincə, milli dövlət “hökumətin” yalnız bir konkret formasıdır. Milli dövlətin hökmranlığı “dövlət” və “hökumət” anlayışlarının uzun müddət sinonim kimi başa düşülməsinə səbəb olmuşdur. Onun sözlərinə görə, icra işlərini dövlətlə birlikdə başqa aktyorlar da edə bilər. Məsələn, ənənəvi olaraq kilsə və mafiya “torpaqsız hökumət” rolunu oynayıb. Bu gün özəl sektor virtual dünya və sosial şəbəkələr dövlət suverenliyinə rəqib kimi görünür. İnkişaf etməkdə olan "virtual dövlətlər" özü ilə yeni imkanlar və yeni təhlükələr gətirir. Onların istifadə etdiyi texnikaları tətbiq etməklə, bu təhlükələrə qarşı mübarizə aparmaq lazımdır. Məsələn; Terror şəbəkələri ilə mübarizə aparmaq üçün hər hansı bir yeri bombalamaq kifayət deyil, informasiya sahəsində də geniş araşdırmalar aparmaq lazımdır.
Dövlətin qeyri-dövlət oyunçuları ilə rəqabət aparması üçün onun yeni şərtlərə uyğunlaşması və yeni imkanlardan yararlanması mütləqdir.
Amma əsas məsələ, bundan bir az daha mürəkkəb görünür. Son zamanlar dünyada irqçilik, etnik-dini separatizm və anarxist meyillərin güclənməsi ilə bağlı mərkəzi dövlət idarəçiliyinin parçalanması və zəifləməsi tendensiyası müşahidə olunur. Bunun ən bariz nümunəsi, Yaxın Şərqdə gedən proseslərdir. İnqilabların baş verdiyi ölkələrdə qurulan yeni hökumətlər dini ekstremizm və etnik separatizmlə üzləşir və mərkəzi hakimiyyətin zəifliyi bu dövlətlərin xarici təsirlərə qarşı müdafiəsini zəiflədir. Son zamanlar Türkiyədə müxalif ünsürlərin aktivləşməsi özünü göstərir və Gəzi Parkı hadisələri bu baxımdan yeni reallıqları ortaya qoyur.
Həm Türkiyədə, həm də digər ölkələrdə mərkəzi hakimiyyətin nəzarətini zəiflədən hadisələrin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi radikal dini qruplaşmaların, anarxistlərin, solçuların və s. eyni mərkəzdən idarə olunması təəssüratını gücləndirir.
"Yönləndirilən qarışıqlıq" mühitində olan insanlar; hadisələrin gedişatını müəyyən etməkdə, proseslərin arxasında duran qüvvələri görməkdə, gələcəyi proqnozlaşdırmaqda çətinlik çəkirlər. Belə bir mühit də, bəzən dövrün tələblərinə uyğunlaşmağı bacaran ən çevik siyasətçilərə belə çətin gəlir.
Belə bir vəziyyətdə, analitiklər, gələcəkdə milli dövlətlərin su verenliklərini itirərək beynəlxalq təşkilatların və ya transmilli korporasiyaların rəhbərlik etdiyi “qlobal hökumət” və ya “dünya hökumətinin” bir hissəsi olacağını iddia edirlər. Bununla belə demək olar ki, yaxın gələcəkdə güclü milli dövlətlər, dünyaya hakim olmaq iddiasında olanlar olacaq. Xüsusilə ABŞ, mütləq söz sahibi olduğu “birqütblü dünyanı” formalaşdırmaq üçün, əsas rəqibləri olan Rusiya və Çini sıradan çıxarmaq üzərində işləməyə davam edəcək. Dünya liderinə çevrilmiş ABŞ-ın xarici siyasətinin elmi cəhətdən əsaslandırılmasına da səy göstərilir.
Amerikalı siyasət analitiki Robert Kaplan “Anarxiya və Hegemoniya” adlı məqaləsində beynəlxalq münasibətlərdə demokratiya prinsiplərinin keçərli olmadığını bildirir, dövlətlər arasında bərabərsizlik və iyerarxiyaya ehtiyac olduğunu müdafiə edir və ABŞ-ın dünya siyasətində hegemonluq iddialarına haqq qazandırır. R.Kaplan, hegemonluq siyasətinin dünyada sabitliyi təmin edəcəyini düşünür.
Belə qənaətə gəlmək olar ki, yeni dünya nizamı ilk növbədə “çoxqütblü dünyaya” qarşıdır. Bu səbəbdən, dünyanın siyasi səhnəsində iddialı görünən dövlətlər, xüsusən də, artan Çin elementi Qərbdə narahatlıqla qarşılanır. Dünyanın müxtəlif yerlərində öz maraqlarını təmin etməyə çalışan ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku bu məqsədlərə mane olan dövlətlərdə mərkəzi idarəetməni zəiflədən etnik və dini qarşıdurmaların artmasında və onların düşmənçiliyində faydalı ola bilər. Bu cür siyasət, Qərbdə “konstruktiv qarışıqlıq” adlanır və ABŞ-ın müttəfiqləri ilə birlikdə, bu siyasətləri Yaxın Şərqdə və digər regionlarda həyata keçirdiyi düşünülür. Beləliklə, milli və beynəlxalq münaqişələrdən; iqtisadi və siyasi böhranlarla zəngin qarışıqlıq vəziyyətindən faydalana bilən dünya güc hərisliyini, yaranmaqda olan yeni dünya nizamının gələcək görünüşü kimi görmək mümkündür” (2).
Məqalədən də göründüyü kimi yeni dünya nizamı mənim də bir neçə dəfə diqqətini çəkmək istədiyim “Tək Dünya Hökuməti” adlanan faşist sistemə gedən yeganə hədəfdir ki, bu, əslində əsrlərdən bəri qlobal sərmaye sahibləri tərəfindən arzulanan distopik bir quruluş formasıdır.
Xüsusilə bu gün dünyada gedən bütün bu proseslər yeni dünya nizamının məqsədlərinə xidmət etməkdədir. Pandemiyanın bir oyun olaraq insanlığın qarşısına qoyulması prosesini milli dövlətlərin bu sistemə verdiyi "dəstəkləmə" layihəsindən ayrı düşünmək olmaz. Belə ki, qlobal sərmaye sahiblərinin çıxardıqları bu oyunla milli dövlətlərin hakimiyyəti də zəifləyəcək və bu xaos, yeni bir quruluş formasını gətirəcəkdir. Yəni latınca "Ordo ab chao" – xaosdan düzən doğacaqdır. Ən maraqlısı isə budur ki, bu işdə həm dövlət, həm də qlobal səmaye sahibləri birlikdə çalışırlar.
Dövlətlərin qlobal sərmaye sahiblərinin çıxarları uğruna öz millətlərinə verdikləri zülm təbii ki, mənim üçün qəbuledilməzdir. Çünki yalançı pandemiya ilə karantinlər elan edib, insanları vaksinə məcbur edən milli dövlətlər, əslində göz görə-görə öz suverenlikləri ilə yanaşı bütün insanlığı da təhlükə altına atmaqdadırlar. Görünür, bir müddət sonra insanlar bütün dünyada öz dövlətlərinin verdiyi səhv və mənasız qərarlardan bezərək toplu şəkildə etiraz edəcəklər. Bu da qlobal sərmayenin çıxarlarına uyğun olaraq, onların arzulağı tək dünya hökumətini gətirmək üçün əsas bəhanə olacaq.
301Please respect copyright.PENANATpQa0vtguV
Distopik hökumət
Yeni dünya nizamının nələri gətirəcəyi və insanlığı mövcud hökumətlərdən sonra hansı təhlükənin gözlədiyi barəsində bir çox araşdırmaçılar illərdir düşünməkdədirlər.
Mən də oxuduqlarımdan yola çıxaraq, belə bir şeyin mümkün olduğu halda dünyanı nələrin gözlədiyi mövzusunda sizi bilgiləndirmək istəyirəm.
Belə ki, yeni hökumət eyni anda bütün ölkələri rəqəmsal dünyada bir-birinə bağlayan tək dünya hökuməti olacaq.
Xüsusilə bu hökumət, insanların hara gedəcəyindən tutun, nələri edəcəklərinə qədər bilgi sahibi olan və bütün insanların etdiyi hər şey barəsidə hesabat verməli olacağı bir “polis dövləti” kimi görünəcək. Tək bir ordu, tək bir pul vahidi ilə bütün dünya tək bir mərkəzdən idarə olunacaq.
Bu rejimdə "Sosial kredit sistemindən" istifadə edilərək, rejimin xeyrinə olan hərəkətlərə yol verən insanların mükafatlandırılmalarına şərait yaradılacaq. Eyni şəkildə, küçələrdə belə addım-addım insanları izləyən kameralarla, rejimin əleyhinə danışan və ya kənar hərəkətlərə yol verən insanlar cəzalandırılacaq və ya azadlıqlarına məhdudiyyət qoyulacaq. Qeyd edim ki, sosial kredit sistemi hal-hazırda Çində çox sərt bir şəkildə həyata keçirilməkdədir (3).
Bu sistemdə viza rejimi ləğv olacaq, milli dövlətlər qalacaqsa, çox zəif və sadəcə əmrləri yerinə yetirən formal bir icraedici orqan kimi fəaliyyət göstərəcək. Ən maraqlısı isə, sistemin bu yeni dünyada arzuladığı ən vacib şey, dünya üzərində sadəcə bir dinin qalmasıdır. Bu din, mövcud dinlərdən fərqli olan, Yaradıcının olmadığı, ateizm düşüncəsi ilə yoğrulmuş “rəqəmsal bir din” olacaq. Digər dinlər ortalıqdan yavaş-yavaş yox olmaqla birlikdə, insanlar məcbur edilərək mövcud dinlərindən uzaqlaşdırılacaq.
Bu dövlətdə maraqlı olan başqa bir şey də, insanların heç bir şeyə sahib olmayacağı məsələsidir. Bunu, dördüncü bölümdə bəhs etdiyim “Böyük Sıfırlama” kitabının müəllifi – bu gün, dünya üzərində vacib söz sahibi olan Klaus Şvab da öz kitabında bildirmişdi (4). Çox yaxın gələcəkdə, yəni kapitalizmdən sonrakı yeni sistemdə, bu gün gördüyümüz xüsusi mülkiyyət hüququnu bir daha görə bilməyəcəyik (5). Bundan əlavə, tək dünya hökumətində, bütün insanlar özlərinə bir barkod almış olacaq ki, bu barkod insanlara vurulan damğa olacaq. Eyni zamanda, gətiriləcək dərialtı mikroçiplərlə insanların bütün bədən göstəriciləri və sağlamlıq məlumatları yeni dünyanın diktatorları tərəfindən anbaan izlənə biləcəkdir.
Yəni, görünür, insanları “Yeni Dünya Nizamı” adı altında aparmaq istədikləri dünya heç də məsum bir dünya deyil. Bu, ya Corc Oruellin “1984” romanındakı dünya, ya da Oldos Hakslinin “Yeni Cəsur Dünya”sıdır. Əgər, gələcəyin təhlükəsini görmək istəyirsinizsə, qeyd etdiyim iki kitabı mütləq oxumalısınız. Xüsusilə, “Yeni Cəsur Dünya” romanı bu barədə açıq mesajlar verir ki, bu kitab, gələcəyi əks etdirən başqa bir məşhur əsərdir. Bu romanda, insanlar genetik çoxalma ilə nəsil artırır və onların kastalara ayrılması doğumlarından əvvəl baş verir. İnsanların yetişdirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara qarşı isə laqeydlik aşılanır. Görünür, yeni dünya nizamı məhz elə budur (6).
301Please respect copyright.PENANAB61kFyut0D
1 dollar və yeni dünya nizamı
301Please respect copyright.PENANAld80P5qiUN
Yeni dünya nizamından danışarkən, dollardan danışmamaq olmaz. Çünki illərdən bəri gözümüzün qarşısında olan dollar, yeni dünya nizamının ən bariz nümunəsi kimi çıxış edir. Xüsusilə, bir dollarlıq əsginaz üzərində elə simvollar var ki, o simvolların tək dünya hökumətini təmsil etdiyi açıq-aşkar görünməkdədir. Oradakı işarələr və simvollar o qədər açıqdır ki, bəzilərinə görə bunlar dünyanı idarə edən mason lojalarının, bəzilərinə görə isə, satanizmin simvollardır. Üstəlik, Amerikanın qurucularına qədər uzanan dolların qarmaşıq dizaynı, çox insanın hələ də fərqində olmadığı kəhanətlərlə doludur.
Belə ki, 1 dolların üstündə yazan “FEDERAL REZERVE NOTE” yazısı federal rezervin sənədi anlamına gəlməkdədir. Yəni qızıl və ya gümüş olaraq qarşılığı olmayan “yoxdan var edilən pul” deməkdir. Bu yazı, 1971-ci ildən bəri qarşılıqsız olaraq çap edilən və hər bir dolların çapı ilə millətləri borc yükünün altına salaraq kölələşdirən bu əsginazın əsas sahibinin Amerika dövləti yox, bir neçə böyük şirkət olduğunu bildirir.
Bundan əlavə, 1 dolların arxasında 12 qatlı piramida və üstündə bir göz vardır. 12 qat on iki İsrail boyunu, piramidanın təpəsindəki işıqlı göz isə, “hər şeyi görən gözü” – masonluqdakı Kainatın Ulu Memarını, yəni Yehovanı təmsil edir. Qeyd edim ki, bu gözün yerləşdiyi mərtəbə piramidanın 13-cü qatıdır. Tək göz, eyni zamanda, müasir düşüncədə “Dəccalı” bildirir ki, bu düşüncənin kökü də çox qədimlərə – Antik Misir Mədəniyyətinə qədər gedir. Belə ki, mifalogiyaya görə, yeraltı tanrısı böyük Osirisin oğlu günəş tanrısı Horus, əmisi Setdən atasının intiqamını almağa çalışarkən, həmin döyüşdə bir gözünü itirir. Ancaq qalib gələrək Seti öldürür və dünyanı o gündən sonra tək bir gözlə izləməyə başlayır. Yəni əslində “Dəccal” deyə bilinən və bir çox filmlərə mövzu olan, hətta 1 dolların üzərinə belə yerləşdirilən “tək göz simvolu”, əslində sadəcə bir mifi - “Horusun gözünü” təmsil edir.
Dollardan davam etsək, 12 qat eyni zamanda Hz.Yaqubun 12 oğlunu təmsil edərkən, 13-cü mərtəbə bir başa Yaqubun özünü ifadə edir. Üstəlik 13 rəqəmi, Kabalistik əbcəd hesabına görə, sevginin birliyi, yəni “İsrailin birliyi” anlamına gəlir. Ancaq burada bir məqam var ki, həmin piramidanın on ikinci mərtəbəsi ilə on üçüncü mərtəbəsinin arası açıqdır. Bunun da anlamı, hədəflədikləri “Tək Dünya Dövlətini” hələ qura bilmədiklərindən qaynaqlanır.
Piramidanın alt qismində, latınca yazan “NOVUS ORDO SECLORUM” yazısı, dünyanın yeni nizamını, yəni tək dünya dövlətini ifadə edir. Altındakı rəqəmlər (MDCCLXXVI) isə, 1776 tarixini göstərir ki, bu da Amerikanın yarandığı il başda olmaqla yanaşı, eyni zamanda “İlluminati” təriqətinin quruluş tarixidir. İlluminati “Aydınlanmışlar” mənasındadır və dünyanın bir çox zənginlərinin üzv olduğu qədimi, satanist bir qrupdur. Onlar Wilhelm-Bader Konqresində masonlar ilə birləşdikləri üçün, bu tarix eyni zamanda masonlar üçün də vacibdir.
Bunlardan əlavə, qartalın ağzındakı “E PLURİBUS UNUM” yazısı da “bir çoxları arasında bir ədəd” mənasına gəlir ki, bu da müqəddəs “Tövrat” kitabındakı “seçilmişlik” mənasını ifadə edir. Qartalın gövdəsindəki 7 dik işarə isə “Müqəddəs Şamdanı” və 7 müqəddəs kilsəni ifadə edir. (7)
Bu sistemin inanclarından danışdıqda, onların müqəddəs saydığı rəqəmlərdən yan keçməz olmaz. Xüsusilə, 7 rəqəmi bu masonik qrup üçün ən vacib rəqəmlərdən biridir.
Belə ki, 7 planet, həftənin 7 günü, mifalogiyalarda və yaradılışda bir çox hadisənin məhz 7 rəqəmi ilə bağlı olması maraqlı mövzulardandır. Ən əsası isə bu rəqəm, onlar üçün ritualik bir sevgi olmaqla yanaşı mükəmməlliyi ifadə etməkdədir (8).
Digər müqəddəs rəqəmlər isə, 3, 9, 11, 19, 33, 66 və 666 rəqəmləridir. Bu rəqəmlərin arasında da 9 və 11 rəqəmləri onlar üçün xüsusilə fərqlənir. Amerikada əkiz qüllərə edilən terror aktının məhz elə həmin günə - 11.09.2001 tarixinə salınması təsadüf deyil. 9 rəqəmi ilə 11 rəqəminin birlikdə işlədilməsi, onların düşüncəsinə görə, "Tanrını görməzdən gəlmək" mənasını ifadə edir. Çünki Kabalada, 9 yaradılışı, 10 tanrını, 11 isə şeytanı və şirk qoşmanı təmsil edir. 9-dan 11-ə keçmək isə 10 rəqəmini, yəni Allahı görməzdən gəlmək mənasındadır.
Aytunç Altındalın "Bilinmeyen Hitler" kitabında yazıldığına görə, numeralogiya ilə məşğul olan insanların ən çox vurğuladığı rəqəmlər 9 və 11 rəqəmləridir. Kabalistlərə görə, 9 rəqəmi həm qorxuducu, həm də sehirli bir rəqəmdir. 11 rəqəmi isə, kitabda yazıldığına görə, yaxşı və gözəl olan nə varsa, onun tam tərsini ifadə edir. Bu, günah yüklənmiş, zərər verici və mükəmməl olmayı rədd edən bir rəqəmdir. Gemetriyada, bu rəqəm, yıxıcılığın simvolu mənasında ifadə edilmişdir. Con Heydonun dediyinə görə, bu rəqəm vasitəsi ilə İblisi və onun xarakterini tanımaq mümkündür. Bundan əlavə, 11 rəqəmini, Yəhudilikdə, Adəmin ilk arvadı olduğuna inandıqları "Lilit" adlı qadına, yəni dişi şeytana bağlayanlar da az deyil (9). Eyni zamanda, masonik ritualda 11 rəqəmi, "yalan" və "aldatmaq" mənasına da gəlir ki, bu tarixə saldıqları müəyyən hadisələrin yalan olduğunu məhz elə bundan anlamaq olur.
Anlayacağınız, bir yerdə ki 11 rəqəmi var, orada mütləq bir yalan olduğunu unutmayın. Bu, onların inancına görə, Tanrıya meydan oxumağın vacib bir yoludur. Dediklərimi təsdiq etmək məqsədilə sizə bildirim ki, koronavirusdan ilk ölümün 11 yanvar 2020-ci ildə açıqlanması, pandemiyanı 11 Mart tarixində elan etmələri, bu virusun əhalinin 11 milyon nəfər olduğu Çinin Wuhan şəhərindən çıxması, 11 avqustda vaksinin tapıldığının açıqlanması və 11 dekabrda insanlara peyvənd vurulmağa başlanması bu mənada düşünməyə dəyər mövzulardandır.
Bundan başqa, rəqəmlərdən ən vacib olanı 666 rəqəmidir ki, bunun, daha öncə şeytan rəqəmi olduğunu bildirmişdim. Yadınıza salın ki, bütün internet axtarış sistemi "www" ilə başlayır. W hərfinin biri, bir-birinə bağlanan iki V (vav) hərfindən ibarətdir. Yəni, burada 6 ədəd "v" hərfi var ki, bunun da ivrit əlifbasında oxunuşu "vav", cəbri dəyəri isə 6-dır. Göründüyü kimi "www" hərfləri, o cümlədən internet sistemi numeralogiyada "66 66 66" rəqəmini ifadə edərək yenə də şeytanı təmsil etməkdədir.
Ən maraqlısı isə 1 dollarlıq əsginazın üzərindəki mərtəbələrin 13, hər mərtəbənin də 19 il olduğundan yola çıxsaq 12-ci qatın hələ ki ayrı olduğu 13-cü qatla birləşmə tarixi 2023-cü il alınır ki, 2-nin 3-ə bölünməsi yenə də bizə 0.666 rəqəmini verir (10). Görünür, bütün bunlar təsadüf deyil.
O cümlədən, əgər bu hesablar təsadüf deyilsə, yeni dünya nizamının qurulması məsələsinə bir ildən daha az bir zaman qaldığını düşünmək olar.
301Please respect copyright.PENANAoJTmXfPFiZ
Milli dövlətlərin rolu
301Please respect copyright.PENANAR8PmpsW1al
Yeni dünya nizamında dövlətlərin bu planla razılaşmama ehtimalına gəldikdə isə, deyə bilərəm ki, belə bir şey faktiki olaraq mümkün deyil. Milli dövlətlər istər-istəməz bu planla razılaşmalıdır. Çünki açıqca gördüyünüz kimi, dövlətlər onsuz da bu sistemin idarəetməsindədirlər. Çox uzağa getmədən görə bilərik ki, “ÜST” adlanan qurum pandemiya elan edən kimi bütün dünya ölkələri heç düşünmədən ölkəsində karantinlər elan etməyə başladılar.
Bu, əslində ölkələrin çoxdan satıldığını və bu gün də dünyanın tək mərkəzdən idarə olunduğunu göstərir. Ancaq bildirdiyim kimi, bu mərkəz hələ ki gizlidir.
Qlobal sərmaye sahiblərinin əlində isə, bu mənada çox güclü bir silah var. Belə ki, Kapitalizm sistemi qlobal sərmaye sahiblərinin “IMF”, “Dünya Bankı” adlanan qlobal quruluşları yaratması ilə nəticələndi ki, onlar da ölkələrə altından qalxa bilməyəcəkləri qədər borc verdilər. Belə olduqda da təbii ki, ölkələrin yeni dünya nizamı ilə ayaqlaşmamaq şansı qalmır. Dünyanın orta hesabla, hal-hazırda 272 Trilyon dollar qismində borclu olduğu görünür. Ancaq əsas sual budur: “Bütün dünya kimə borcludur?”
Ən acınacaqlısı isə, bu borc hər birimizin doğumundan etibarən alnımıza yazılıb. Sahibləri isə, dünyanı idarə etməyə çalışan bir neçə ailədir (11). Üstəlik, ölkələrin də insanlar kimi onlara borcu var. Onlar da, dünyanın onlara borclu olduğunu bildikləri üçün, hal-hazırda bütün ölkələri rahat bir şəkildə idarə etməkdədirlər. Bilinməlidir ki, bu borcun əsasını kapitalizm sistemi ilə və əsrlərdən bəri qurduqları banklar ilə qoydular. Millətlərə və dövlətlərə kredit verərək onları borclandırdılar. İşin ən pis tərəfi isə, insanlar bütün bunları görməkdən aciz bir şəkildə, hələ də banklardan kredit götürərək onlara borclanmağa davam edirlər.
301Please respect copyright.PENANA95rEVPNgHF
Pandemiyanın bitəcəyi tarix
301Please respect copyright.PENANADCtMvGDklw
Pandemiyanın nə zamana qədər davam edəcəyi ilə maraqlananlara, bu barədə də məlumat vermək istərdim. Belə ki, 31 Mart 2025-ci il tarixi bu mənada çox vacib görünür.
Çünki bu tarix, böyük ehtimal, pandemiyanın bitmə zamanı olacaq. Ən azından, bunu "Dünya Bankının" (WB) başlatdığı böyük bir layihədən bilmək olur. Bu layihə 2 Aprel 2020-ci ildə başlayan və 31 Mart 2025-ci ilə qədər davam edəcək olan "Covid 19-a qarşı Stratejik Hazırlıq və Cavab Programı" (SPRP) adlanır. Layihənin linkini kitabın sonunda verəcəyəm. Bu barədə siz də araşdırma edə bilər, dediklərimi təsdiq edə bilərsiniz (12).
Dünya Bankı (ing. World Bank) – qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Bu bank 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Bu, heç də klassik mənada bank yox, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumların
dan biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var ki, üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edirlər. Onlar, inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verməkdədirlər. Ancaq siz, aşağı faiz ya da faizsiz dediyimə baxmayın, bu tip qurumlar qarşılıqsız heç bir şey etməyəcək qədər böyükdürlər. Verdikləri borcların qarşılığında isə ölkələrin idarəetməsini əldə edirlər. Yəni bu qurum, ölkələrin taleyini həll edən, onlara borc verib özlərinə qul edən ən böyük təşkilatlardan biridir. Bir çox ölkələr onlara çoxdan tabedir. Bu qurumu idarə edənlər isə, bizi də özlərinə qul etmək istəyənlərlə eynidir.
Yəni anlayacağınız "31 Mart 2025"-ci il çox güman ki, dönüb baxdığımızda rəqəmsal bir dünyaya keçdiyimizi açıq-aydın bir şəkildə görəcəyimiz bir il olacaq. Bu tarixə qədər, hal-hazırki işlərin bir çoxu ləğv olacaq. İşlərin demək olar ki doxsan faizi onlayn formatda aparılacaq. Təhsil sistemi o vaxta qədər bağlı qalacaq. Hətta pandemiya o qədər ağırlaşacaq ki, sonrasında bütün təhsilin distant olmasına heç kim etiraz etməyəcək. Görünür, distant təhsil sisteminin gətirilməsi ilə balacaların savadsızlığına şərait yaradılacaq ki, sorğulaya bilməyən bir nəsil yetişdirsinlər.
Hələ qarşıda yeni planlar olacağını da təxmin edirəm. Pandemiyanın bitəcəyini düşündürən hərəkətlər – o cümlədən, bəzi ölkələrdə koronavirus pasportlarının və peyvəndlərin yığışdırılması prosesi, məncə, başqa bir planın varlığının xəbərçisidir. Belə ki, bu və ya başqa şəkildə uşaqları peyvəndləmək üçün onlara yoluxan bir virusdan daha həvəsli bir şəkildə bəhs edəcəkləri, kağız pulların virus yaydığı yalanı ilə nağd pul sistemini dəyişdirib, yerinə kriptovalyutaları qoyacaqları zaman heç də uzaq deyil. Bilin ki, bu və ya başqa bir pandemiyada, sistemin yeni dünya nizamı hədəflərinə çatması prosesinə qədər, insanlarda oyanış və etirazlar baş vermədiyi müddətcə, sistem yaşanılan ömrü bütün insanlara zindan etməyə davam edəcək.
ns 15.158.61.51da2