Bu bölümdə virusologiya ilə bağlı çox vacib bir mövzuya toxunacam. Həkim olmaya-olmaya bu elmi sorğulamaq bir az çətin olsa da, bu işin öhtəsindən uğurla gəldiyimi düşünürəm. Üstəlik, son iki ildə o qədər şeyi sorğulamışam ki, "modern virusologiya" onların heç 1%-ini belə təşkil etmir. Odur ki, belə bir bölümü yazmağa, nəhayət ki, cəsarət edə bildim.
Bu bölümü və kitabın sonunda qoyduğum mənbələri əlinizdə bayraq kimi tutub istənilən şəxsə "bu virusun izolyasiyası yoxdur, ona görə virus da yoxdur!" – sözünü rahatlıqla deyə bilərsiniz. Ən azından, qarşınızdakı insan bundan sonra sizin nə səbəbə bu virusa inanmadığınızı asanlıqla anlaya biləcək.
Bu bölümü yazmaq üçün coronaloji.com səhifəsinin virusla bağlı olan böyük paylaşımından dəstək almışam. Kitabın sonunda isə bu bölümə aid mənbənin tam dəqiq linkini vermişəm. Bu linkə daxil olmaqla bu bölümdən daha çox fayda əldə etmiş olacaqsınız. Daha sonra qaynaq olaraq verdiyim digər linklərə də daxil olub biliklərinizi möhkəmləndirə bilmək kimi gözəl bir şansınız var. Hazırsınızsa, başlayaq!
Virus söhbəti ilk ortaya çıxanda, əvvəlcə bu virusun laboratoriyada istehsal olunduğunu düşündüyüm iki aylıq bir zaman olduğunu söyləmişdim. Ancaq ondan sonrakı araşdırmalarım məni, ümumiyyətlə, bu virusun olmadığına əmin etdi. Çünki bir virusun varlığının isbat olunması üçün müəyyən kriteriyalar olduğunu öyrəndim. Yəni bir mikroorqanizmin "virus" olaraq tanına bilməsi üçün bu mikroorqanizmin qoyulan bəzi kriteriyalara uyğun olması şərt idi.
Bu 4 kriteriyanı saymazdan qabaq aşağıya kiçik bir məlumat tərcümə edirəm. Əvvəlcə elmi dildə tərcümə edib, sonra kriteriyaları başa düşməyiniz üçün asan bir dillə açıqlayacam.
235Please respect copyright.PENANAQiE5vE2NmS
"Kox və Rivers Postulatları" nədir?
235Please respect copyright.PENANAvsQaJyyrSS
"Müasir bakteriologiyanın banilərindən biri kimi qəbul edilən alman Heinrich Hermann Robert Koch (1843-1910) tərəfindən hazırlanmış və konkret bir mikroorqanizmin spesifik xəstəliyə səbəb olduğunu sübut etmək üçün yerinə yetirilməli olan elmi prinsiplərə Kox Postulatları deyilir" (1).
235Please respect copyright.PENANA1RKeJpvOif
Onlar aşağıdakılardır:
1. Xəstəlik göstərən bütün canlılarda yuxarıda qeyd olunan mikroorqanizm yüksək miqdarda tapılmalı və sağlam canlılarda bu mikroorqanizmə rast gəlinməməlidir.
2. Mikroorqanizm yoluxmuş şəxsdən götürülüb izolyasiya olunmalı (yəni digər mikroorqanizmlərdən, o cümlədən, göbələk, bakteriya və s. arındırılmalı) və saf bir mühitdə yetişdirilməlidir.
3. Saflaşdırılmış bu mikroorqanizm sağlam bir insana verildikdə xəstəliyə səbəb olmalıdır.
4. Sözügedən mikroorqanizm verildiyi canlı subyektdən alınaraq yenidən təcrid (izolyasiya) edilməli və əvvəlcə xəstəliyə səbəb olduğu düşünülən mikroorqanizmlə tamamilə eyni olduğu göstərilməlidir.
Bu dörd şərt yerinə yetirilərsə, sözügedən mikroorqanizmlə yoluxma nəticəsində müəyyən bir simptom qrupunun yarandığı elmi şəkildə sübuta yetiriləcəkdir. Səbəb-nəticə əlaqəsini elmi cəhətdən sübut etməyin yeganə yolu budur.
235Please respect copyright.PENANAty7MdMw3im
"Kox Postulatları" ondan min dəfə kiçik olan viruslar üçün deyil, bakteriyalar üçün hazırlanmışdır. 19-cu əsrin sonlarına doğru isə bakteriyalar süzüldü və ondan daha kiçik hissəciklərin varlığı ilk dəfə fərq edildi. Beləliklə, Tomas Rivers 1937-ci ildə Koxun postulatlarını viruslara uyğunlaşdırdı və onların yoluxucu təbiətini bu şəkildə araşdırmaq istədi (2).
235Please respect copyright.PENANApN8RS6FBag
Bu qaydalar aşağıdakılardır:
1. Virus xəstə insandan alınmalı və tək (izolyasiya) göstərilməlidir.
2. Virus ana hüceyrələrə yapışıb çoxalma qabiliyyətinə malik olmalıdır.
3. Süzmə (filtrasiya) sübutu – virus həm də tərkibində bakteriya olan mühitdən süzülərək arındırılmalıdır.
4. Süzgəcdən keçirilmiş və becərilmiş virus sağlam subyekti yoluxdurmaq üçün tətbiq edildikdə eyni dərəcədə xəstəlik törətməlidir.
5. Virus yoluxmuş subyektdən yenidən arındırılıb tək (izolyasiya) göstərilməlidir.
6. Sözügedən virusa spesifik reaksiya immun sistemdə aşkarlanmalıdır.
Elmi dildə açıqladıqdan sonra yuxarıdakı məsələləri daha asan bir şəkildə izah etmək tam da yerinə düşərdi. Məsələn, fikirləşək ki, "A" adlı bir adam xəstəliyə tutuldu. Onun xəstəliyinə səbəbin bir mikroorqanizm olduğu düşünüldü.
Hansısa bir mikroorqanizmin xəstəlik yaratdığını və "A" adlı insanı həmin mikroorqanizmin (bizim misalda, Sars Cov- 2 virusunun) xəstələndirdiyini düşünürüksə, yuxarıdakı 6 qaydaya mütləq əməl etməliyik. (Əgər etmiriksə, virusun varlığını sübut etmək faktiki olaraq mümkün deyil!)
235Please respect copyright.PENANAMFtpH5pWkH
Virusun izolyasiyası necə baş verir?
235Please respect copyright.PENANAKBwKe0BjpC
1. "A adlı şəxsdən qan, bəlğəm və s. kimi örnəklər alınır və hansı mikroorqanizmin bu xəstəliyə səbəb olduğu düşünülürsə, elektron mikroskopda tapılan bu mikroorqanizm (bizim misalda, koronavirus) götürülür və izolyasiya edilir".
Yəni digər mikroorqanizmlərdən, o cümlədən bakteriya, göbələk və s. mikroorqanizmlərdən ayrılır və tək başına göstərilir.
2. "A" xəstə insanından alınmış, izolyasiya edilmiş bu virus saf bir mühitdə yetişdirilir və "B" adlı sağlam bir insana qan yoluyla verilir. (Bu mərhələdə "B" adlı sağlam insan ona verilən virusla xəstələnmirsə, demək ki, xəstəliyə bu virus səbəb olmur!)
3. Əgər "B" sağlam insanı bu mərhələdə xəstələnirsə, ondan alınan virus yenidən izolyasiya edilir və "A" adlı ilk başdakı şəxsdə tapılan virusun "B" insanını xəstələndirdikdən sonra onda tapılan virusla tamamilə eyni olduğu göstərilir.
O zaman, artıq virusun varlığı və xəstəlik yaratdığı düşünülə bilər. Bu, artıq virusun varlığının elmi açıqlamasıdır.
235Please respect copyright.PENANAHJQfkXnbVr
Yəni belə deyək, o hallarda virusun varlığından söhbət gedə bilməz ki:
1. Onu izolyasiya etmirsən;
2. Onu saflaşdırmırsan;
3. Yuxarıdakıları etsən belə, izolyasiya edilmiş virusu sağlam bir insana verib onu xəstələndirə bilmirsən;
4. Xəstələndirsə belə həmin virusun yenidən izolyasiya etdikdən sonra ilk başdakı həmin virus olduğunu göstərə bilmirsən.
Bu hallarda, virusun var olduğunu və ya xəstəliyin səbəbinin bu olduğunu heç bir halda sübut edə bilməzsiniz.
Yuxarıdakıları qavraya bildinizsə, sizə çox maraqlı bir məlumat vermək istəyirəm. Bu məlumat əminliyimizin əsasını təşkil edir. Yazıya çox diqqət edin:
"Nə bakteriya, nə də virus üçün bütün Kox və ya Rivers meyarlarına cavab verdiyini sübut edərək xəstəlik törətməsi elmi olaraq sübut edilmiş heç bir mikroorqanizm yoxdur" (3).
Bunun səbəbi postulatların etibarsız və ya yanlış olması deyil, bu mikroorqanizmlərin xəstəliyin təşəbbüskarı olmamasıdır.
Bizə isə lazım olan sual budur: "Bu virus izolyasiya edilmiş, saflaşdırılmış, sağlam bir insanda xəstəliyə səbəb olması yoxlanılmış bir virusdurmu?"
Cavabı: YOX! "SARS-CoV-2 virusu ilə bağlı ilk iki nəşr vicdanla bildirdi ki, virusun xəstəliyə səbəb olduğunu sübut etməyiblər"! Anlayacağınız, bu kriteriyalar virusda heç vaxt yoxlanılmayıb. Üstəlik, izolyasiya edildiyindən belə heç kimin xəbəri yoxdur. Yəni virusumuzun faktiki olaraq varlığının heç bir sübutu yoxdur.
Tərcümə ilə davam edirik:
“İzolyasiya” və “Təmizləmə” adlanan bu proseslər olmadan araşdırılan hissəciklərdən əldə edilən nuklein turşusu ardıcıllıqlarının (RNT və ya DNT) yeni bir virusa aid olub-olmadığı elmi cəhətdən sübuta yetirilə bilməz.
SARS-CoV-2 virusunu aşkarladığını iddia edən elmi nəşrlərin heç birində, o cümlədən, Çindən gələn ilk iki nəşrdə (Zhu və digərləri, Wan Beom Park və s.) virus hissəcikləri tək başına aşkar edilməmişdir, yəni elmi mənada "təmizləmə" və "izolyasiya" həyata keçirilməmişdir, bu fakt tədqiqatın müəllifləri tərəfindən qəbul edilmişdir.
235Please respect copyright.PENANAv32E1vHj66
Məlumat əldə etmək hüququ qanunu çərçivəsində SARS CoV-2 virusunun qaydalara uyğun təmizlənməsi və təcrid olunmasını göstərən nəşr tələb edildikdə, nə Almaniyanın Robert Koch İnstitutu, nə də digər ölkələrin Səhiyyə nazirlikləri bunu edə bilməyiblər. Hansı ki, virusun mövcudluğunu elmi şəkildə sübut etdiklərini göstərən nəşri təqdim etməklə bunu edə bilərdilər. Belə olan halda mövcudluğu sübuta yetirilməyən virusun mutant variantlarından, yaxud hər hansı bir test növü ilə müayinəsindən danışmaq mümkün olmayacaq.
4 sentyabr 2020-ci il tarixində səlahiyyətli Michael Laue tərəfindən iki alman jurnalistin Robert Koch İnstitutuna (RKİ) verdiyi rəsmi məlumat sorğusuna cavab belədir:
Dr.Laue: “SARS-CoV-2 virusunun saflaşdırılıb izolyasiya olunduğu hər hansı bir çalışmadan xəbərimiz yoxdur” (4).
Bölümün sonuna yaxınlaşdığımız bu ərəfədə, bizə də yuxarıdakı sualın cavabı lazım idi ki, onu da səlahiyyətli şəxs cavabladı.
Üstəlik, "SARS-CoV-2 virusunun aşkar edildiyini bildirən nəşrlərin müəlliflərindən laboratoriya təcrübələrində elektron mikroskopiya ilə əldə etdikləri fotoşəkillərin yalnız müvafiq virusu izolyasiya olunmuş formada (təmizlənmiş formada) göstərib-göstərmədiyini soruşduqda, onlardan heç biri "bəli" cavabını verə bilməyib”.
Bəzi səlahiyyətli insanların saflaşdırma və izolyasiya ilə bağlı etirafları:
235Please respect copyright.PENANAzYvDzFLLOX
#1 Malik Peiris: “Göstərdiyimiz şəkil virusun yoluxmuş hüceyrədən çıxdığını göstərir. O, izolyasiya olunmayıb” (5).
#2 Myung-Guk Han: "Biz izolyasiya dərəcəsini proqnozlaşdıra bilmərik, çünki saf bir mühitdə yetişdirəcək formada çalışmırıq" (6).
#3 Wan Beom Park ve ark: "Biz saflaşdırma dərəcəsini göstərmək üçün elektron mikroqraflar çəkmədik" (7).
#4 Na Zhu ve ark: "Yayımda təmizlənmiş formanı deyil, çökmüş virus hissəciklərini göstərdik".
235Please respect copyright.PENANAXoLuDHNVt0
Beləliklə, bu bölümdən çıxan 9 nəticə:
1. "Sars Cov-2" virusu izolyasiya olunmayıb və saflaşdırılmış bir virus deyil.
2. İzolyasiya olunmamış, saflaşdırılmamış bir virusun varlığı heç cür sübut oluna bilməz.
3. Kriteriyalara (Kox və Rivers postulatlarına) uyğun olmayan, hətta meyarlara uyğun olub-olmadığı belə yoxlanılmayan bir virus uydurmadan başqa bir şey deyil.
4. İzolyasiya olunmayan, saflaşdırılmayan bir virusun ştamları ola bilməz.
5. İzolyasiya olunmayan, saflaşdırılmayan bir virusun vaksini ola bilməz.
6. İzolyasiya olunmayan bir virus "virus" belə sayılmadığı üçün hansısa testlə tapıla bilməz.
7. Sizi xəstələndirən şey "kovid" deyilən izolyasiyasız uydurma virus deyil, bildiyiniz normal qrip və ya sətəlcəmdir.
8. Sizi ağır xəstələndirən şeylər: yediyiniz yeməklər, içdiyiniz sular, dezinfeksiya edici maddələr, kimyəvi maddələr püskürdən təyyarələr, ağır dozada dərmanlar və çarə olaraq sizə verilən toksik vaksinlərdir.
9. Virusdan qorxmanıza ehtiyac yoxdur, çünki bu məqalədə aydın oldu ki, "korona" adı verilən xəstəliyin heç bir halda sübutu yoxdur.
Kitabın sonunda bu bölümə aid çoxlu mənbələr vermişəm (8), (9). Mənbələr içində çox maraqlı bir sayta rast gələcəksiniz. Saytda virusu izolyasiya edib varlığını sübut edə bilənlərə 1.5 milyon avro mükafat vəd edilir (10). Ancaq hələ də bu virusun izolyasiya olunduğunu sübut edən və ya virusu izolyasiya edib bu mükafatı almağa layiq olan heç bir insan tapılmayıb.
"Virus yoxdur!" – deyə bilmək, korona fikrini çöpə ata bilmək üçün hələ ki bu qədər qaynaq və yazdığım bu bölüm sizə bəs edəcək. Çalışdığım qədər "kovid" virusunun varlığının heç vaxt sübut olunmadığını, buna görə də onun uydurma bir xəstəlik olduğunu izah etməyə çalışdım.
Həkim olmadığımı bilirsiniz, ancaq düşünmək üçün həkim olmağa gərək olmadığını da bilirsiniz. Yetərincə düşünməklə bir həkimdən daha çox beyninizi çalışdıra bilərsiniz.
Bir neçə məlumat, bir az araşdırma sizi satılmış bir "həkim"dən daha bacarıqlı bir insan edə bilər. "Virus təbii yolla yayılıb" və ya "laboratoriyada istehsal olunub" deyən bütün səhv yolda olan insanlara "izolyasiya" və "saflaşdırma" kəlimələrini başa salın.
Hər şeyi düz başa düşdüyümü, sizə hər şeyi dəqiq tərcümə etdiyimi iddia etmirəm. Qoyduğum mənbələrdən daha doğrusunu oxuyub, daha doğru tərcümə edə bilərsiniz.
Ən azından, mən sizin "modern virusologiya" elmini sorğulamağınıza kömək olduğuma ümid edirəm.
Soruşan olarsa, çəkinmədən siz də "korona" haqda mənim kimi deyə bilərsiniz: "BU VİRUS, sözün əsl mənasında,
"YOXDUR!"
235Please respect copyright.PENANAYdNkpvClCe