Onuncu bölümdən etibarən, bir neçə bölüm sadəcə vaksinlər barədə araşdırmalarımdan ibarət olacaq. Xüsusilə bu bölümdə, vaksinləri ümumi bir çərçivədə dəyərləndirib, sizin gözünüzdə onların nə işə yaradığı barədə ümumi bir profil yaratmağa çalışacam.
Bildiyiniz kimi, bu gün insanların böyük bir qismi, bu zərərli vaksinləri qəbul etməyə məcbur buraxılıb. Sistem, dünyanın demək olar ki bütün yerlərində, “könüllü” adı altında insanlara peyvənd olunmaqdan başqa yol buraxmır, rəsmən insanlara həyatı hər keçən gün zəhər etməyə davam edirlər. Düzdür, bəzi insanlar, sistemin inandırmış olduğu “saxta elmi” hər şeydən üstün tutduqları üçün, vaksinin faydalı olduğuna inanaraq, öz ayaqları ilə peyvənd olunmağa gedirlər. Ancaq görürəm ki, onların da böyük bir qismi, yeni bir doza üçün qərar çıxdığı andan etibarən, bu işdən şübhələnməyə başlayırlar. Ən əsası isə, peyvənd olunmayan insanlar var ki, onlar da, mənim kimi araşdıran, pandemiyanın başından bəri bütün oyunları görməyə çalışan, sorğulayan insanlardır.
Ümumilikdə götürükdə, bu bölümə qədərki oxuduqlarınız, əslində, iddia edilən virusun olmadığını açıq-aydın göstərdi. Belə ki, beşinci bölümdə, bu virusun uydurma olduğunu mənbə verərək sübut etmiş oldum. Testlərin heçbir işə yaramadığını və maskanın zərərlərini öyrənərək, insanların, əslində, necə xəstələndiklərini və nədən öldüklərini başa salmış oldum. Bu bölümdə isə mənim hədəfim, vaksinlərin niyə gəldiyi, nə ilə bağlı olduqları və insanlar üzərində hansı oyunun parçası olduqlarını öz düşüncələrimlə izah etməkdən ibarətdir. Bu məqsədlə, Dr.Piyer Cilbertin düz iyirmi yeddi il bundan əvvəl söylədiyi sözlərə diqqətinizi çəkmək istəyirəm.
Diqqət edin, bu sözlər 1995-ci ildə – ortada nə pandemiyanın nə də vaksinin olmadığı bir dövrdə söylənilib. Ancaq qəribə bir şəkildə Kanadalı həkim Piyer Cilbert gələcəkdə baş verəcək hadisələri çox böyük dəqiqliklə bildirib. Belə ki həkim, gələcəkdə texnologiyanın daha çox inkişaf edəcəyini və bununla da frekanslarla aktiv hala keçəcək “sulu kristalların” gələcək dünyada var olacağından söhbət açır. Bu çıxışında söylədiklərinə görə, gələcək zaman içində “məcburi hala gələcək vaksinlərlə” birlikdə peyvəndlənmiş insanlar dəyişərək, bir "zombiyə” dönüşəcəklər (1).
O zamanlar, mən də vaksinlər barədə araşdırma apararkən, həkimin illər öncə söylədiyi sözlərdə bir çox həqiqət ola biləcəyini fərq etdim. Sistemin peyvənd olunmayanlara məhdudiyyətlər qoyması, məcburən peyvənd olunmağımızı istəməsi, 5G texnologiyası üzərində gedən hazırlıqlar, xüsusilə də vaksinlərin içində olduğu məlum olan “qrafen oksid” maddəsi barədə araşdırmalarım məni belə düşünməyə vadar etdi. Ən əsası, sistemin “zombi virusu” ilə bağlı paylaşdığı uydurma xəbərlər, bütün bunların bu və ya gələcək vaksinlə bağlı olacağı barədə düşüncələrimə əsaslıq gətirdi. Üstəlik, dünyanı idarə edən qlobal sərmayenin zombi kimi “düşünə bilməyən”, “ona buna hücum edən”, “nevroz” bir insan tipi arzuladıqları heç kimə sirr deyil. Bir sonrakı bölümdə, vaksinlərdəki qrafen oksid maddəsi haqqında danışarkən, bütün bunların gerçək ola biləcəyi ehtimalı üzərində özünüz də düşünməyə başlayacaqsınız.
Qısaca ifadə edim ki, görünür, qlobal sərmaye sahibləri “Yeni dünya nizamında” vaksinlərdən istifadə edərək insanları dalğalarla idarə etmək niyyətindədirlər. Bundan sonra, gələcək çip rejimi ilə isə, onları düşünə bilməyən bir robota dönüşdürəcəklər.
Bundan başqa, lazım olmayan insanları öldürmək də vaksinin ortaya çıxmasında ən böyük hədəflərdən biridir.
Belə ki, qlobal sərmayenin ən böyük kuklalarından biri saydığım milyarder Bill Gates, 2010-cu ildə qatıldığı bir "TED" proqramında, insanları peyvəndlərlə 10-15% azalda biləcəklərini, yəni açıq-aşkar öldürmək niyyətlərini etiraf etmişdi. Həmin çıxışın linkini də mənbə bölümündən əldə edə bilərsiniz (2).
Bütün bunları, mən və mənim kimi bir çox insan hər gün sosial mediyalarda paylaşmağa davam etdikləri üçün senzuralara məruz qalır və insanlara reallıqları tam çatdıra bilmirlər. Görünür, gətirmək istədikləri faşist rejimli "Tək dünya dövləti” artıq qapımızdadır. Ancaq anlamadığım tək şey, ortalıqda bu qədər açıq fakt varkən, insanların kliniki sınaq mərhələləri belə tamamlanmamış bu vaksinlərə niyə etiraz etməməsidir. Onlar, sistemin qoyduğu qaydalara güvənir, bəzən daha da artığını başqa insanlardan tələb etməkdədirlər. Hər gün vaksinə etiraz edən “oyanmış” insanlarla, düşünə bilməyən “yatmış” adamların az qala müharibəsi gedir.
Ancaq yaxşı xəbər odur ki, bütün ölkələrdə bizim kimi düşünənlər də az deyil. Onlar, hər gün vaksinlərə, koronavirus yalanına, pasportlara etiraz edərək, sistemə qarşı öz güclərini göstərməyə çalışırlar. Hətta, bəziləri peyvənd olunmuş olsalar belə, ondan sonra da inandıqları virusu ağır keçirdiklərini görür və bunu biləvasitə özləri təcrübə edirlər. Vaksinin xəstəliyi yüngül keçirdəcəyi yalanı isə, artıq heç bir insanı qane etmir. Hətta iş o yerə gəlib ki, bu günə qədər vaksin mövzusunda ən istəkli olan İsrail ölkəsi belə xəstəxanasındakı ağır xəstələrin 80%-nin ən az 3 doza peyvənd olunmuş insanlar olduğunu gizlətmirlər.
Belə ki, 3 Fevral 2022-ci ildə, İsraildəki İchilov xəstəxanasının direktoru Prof. Yaakov Jerris "Channel 13 News"-a verdiyi müsahibədə "hazırda ağır xəstələrimizin əksəriyyəti ən az üç doza peyvənd olunanlardır" demişdi. Xəbəri istinad etdiyim mənbənin linkini kitabın sonunda tapa bilərsiniz (3). Burada isə, xəbərdən əsas hissəni daha dəqiq bir şəkildə vermək tam da yerinə düşərdi.
Jerris: "Hazırda, xəstəxanamızda, ağır xəstələrimizin yetmiş-səksən faizi ən az üç doza peyvənd olunmuşdur. Deməli, peyvəndin ağır xəstəliklərlə bağlı heç bir əhəmiyyəti yoxdur. Xəstələrimizin yalnız iyirmi-iyirmi beş faizi peyvənd olunmayanlardır”.
Hazırda bütün dünyada belə xəbərlər sürətlə yayılmaqdadır. Bu da peyvəndin xəstəliyi yüngül keçirmək üçün vurulduğu mifini ortaya atan sistemin, bunu müdafiə edən insanları nə qədər böyük bir yalanın içində yaşatdıqlarının göstəricisidir. Üstəlik, CDC (ABŞ-ın xəstəlik və qorunma mərkəzləri) mRNT vaksinlərinin ürək iltihabına səbəb olduğunu da gizlətmirlər. Belə ki, 10/21 ACIP toplantısından kiçik bir hissəni diqqətinizə çatdırmaq istəyirəm:
"Birdən çox ölkədəki çoxlu güvənlik izləmə sistemlərindən əldə edilən sübutlar mRNT Covid-19 vaksinini təqib edərkən miyokardit və miyoperikardit riskində artış tapıntısını dəstəkləməkdədir" (4).
Bu xəbərin doğru olduğunu görmək üçün peyvənd olunduqdan sonra aritmiya (ürəyin ritm pozuntusu) xəstəsi olan məşhur futbolçuların öz karyeralarını necə bitirdiklərini görə bilərsiniz. Belə ki, belə hadisələrdən biri, məşhur futbolçu Sergio Agüeronun adı ilə bağlıdır. O, bir qədər öncə 12 yaş üstündəki bütün uşaqları peyvəndləməyə çağıran videolar çəkməkdə idi. Ancaq bir müddət sonra, ürək problemlərindən ötrü futbolu buraxmaq məcburiyyətində qaldı.
Başqa bir hadisədə, mənim də azərkeşi olduğum İtaliyanın "İnter Milan" klubunun futbolçusu Kristian Eriksen peyvənd olunduqdan qısa müddət sonra millidəki oyununda birdən-birə yerə yıxılmış, uzun müddət xəstəxanada yatmışdı. Daha sonra isə, ürəyinə stend taxılaraq daha aşağı bir liqada futbol oynamağa məcbur qalmışdı. Eləcə, bilinməlidir ki, başqa idmançılarda da ürək problemlərinin görülməsinin səbəbi məhz bu vaksinlərdir.
Görünür, belə xəbərlər qarşıdakı illərdə daha çox olacaq. Çünki sizə mənbəsini verəcəyim rəsmi xəbərdə, 2021 ci ildə FİFA oyunçularının naməlum səbəbdən qəfil infarkt və ya qəfil ölüm hallarında 500 faiz artım olduğu bildirilmişdi. Xəbərdə açıqca belə deyilir:
"24 yox, 30 yox, 75 yox - dekabrdan bu yana düz 183 peşəkar idmançı və məşqçi meydançaya qəfil yıxılıb. Onlardan 108-i isə ölüb.
Yıxılan 183 nəfərin əksəriyyəti kişidir (yalnız 15-i qadın). Onların çoxu 17-40 yaş arasındadır. Yalnız 21 nəfər daha yaşlıdır (onlardan 5-i 42-45 yaş, 6-sı 46-49, 7-si 51-54 və 3-ü 60-64 yaş)" (5).
Əksər hallarda, meydançada çökmənin səbəbinin miyokardit, perikardit, infarkt və ya ürəyin dayanması da daxil olmaqla ürəklə əlaqəli olduğu bildirilir. İkinci bildirilən səbəb isə laxtalanma hadisələridir. Ancaq buna baxmayaraq, satılmış mediya vaksin qaynaqlı ölümləri "anidən öldü" şəklində verir. İnsanlar güya vaksinin yan təsirindən yox, onun səbəb olduğu infarktdan yox, miyokardit, perikarditdən yox, "birdən", "heçnədən" ölür. Hətta "vaksindən öldü" deməmək üçün bəzən lap da ağ edib, "iqlim dəyişikliyi səbəbindən öldü" kimi xəbərlər də çıxır.
Xatırladım ki, Bill Gates, bu və ya buna bənzər xəbərləri verməklə insanları aldatması üçün mediya quruluşlarına toplam 319 milyon dollar rüşvət vermişdir. Təkcə, "CNN" xəbər kanalının aldığı pul miqdarı toplamda 3.600.000$ təşkil etmişdir (6).
Bütün bu hadisələri görməzdən gələn, xüsusilə düşünə bilməyən o qədər çox insan var ki, onların içində düşünə bilən insanlar filin yanında gəzən qarışqa kimi balaca görünürlər. Yenə də bilinməlidir ki, biz onlardan fərqli olaraq, gələcəyimiz naminə hər zaman əlimizdən gələni etməyə davam edəcəyik.
241Please respect copyright.PENANARduLeS0G7L
İkinci böyük hilə
241Please respect copyright.PENANAe6ZkxhPmMD
Koronavirus haqqında bir az araşdırdıqdan sonra, gördüm ki, insanlığa ən böyük oyun birinci hilə ilə oynandı.
Bu mərhələdə, insanlar "koronavirusdan öldü" sayıldı. Koronaya inanmayan insan belə, bu mərhələdə onun varlığına inanmağa başladı. Heç kim insan ölümlərinin altında yatan gerçək səbəblərdən danışmadı. Danışanlar isə, ya senzuraya məruz qaldılar, ya da John Magufuli kimi öldürüldülər. Bu hilə zamanı, sistem, xəstəlik keçmişi olub da ağır dozada dərmanlardan ölən insanların koronadan öldüyü bilgisini sistematik bir şəkildə yaydı. İnsanlar panikaya qapıldı, onlar isə istəklərinə çatdılar. Vaksindən sonra isə təxmin etdiyim şəkildə belə bir hilə işlətdilər: vaksindən ölən hər kəsin “xroniki xəstəliyi səbəbindən” öldüyünü bildirdilər. Vaksindən sonra infarkt keçirən və ya ölən minlərcə insanın xəstəliklərinə səbəb olan şeyin peyvənd olduğunu bu şəkildə gizlətdilər.
Bu, bir ağıl oyunu idi. Azacıq araşdıran insan, vaksindən ən çox yaşlı insanların öləcəyini hesablaya bilərdi.
Çünki əhalinin sayını azaltmaq hədəfində olan adamlar, ilk öncə yaşlılardan başlamalı idi. "İkinci hilə" dediyim oyun da belə başladı. Ağır dozalarla öldürə bilmədikləri yaşlıları bu səfər vaksin yolu ilə öldürdülər.
İkinci hilə zamanı, bir ağızdan "peyvənd olunmasaydı da öləcəkdi, çünki xroniki xəstəliyi var idi" – deyildi. Birinci mərhələdə, ağır dozada dərmanlardan ölən insanların xroniki xəstəliklərini düşünməyən sistem, artıq ikinci mərhələdə, "vaksinin yan təsirini" gizlətməyə çalışmaq üçün ölənlərin xəstəlik keçmişini bu işə qarışdırdılar.
Hətta bəzi peyvəndləri vurmadan əvvəl, insanlara bütün məsuliyyətin öz üzərində olduğuna dair bəzi sənədlərə qol çəkdirildiyini özünüz də araşdıra bilərsiniz. Buna baxmayaraq, tərkibi açıqlanmayan, içində nə olduğunu bilinməyən vaksin üçün, insanlar az qala öz istəkləri ilə onların ayağına getdilər. İnsanları qısırlaşdırmaq, əhalinin sayını azaltmaq, onları damğalamaq oyununu bilə-bilə bu oyunun ikinci hiləsini insanlar sevə-sevə qəbul etdilər. Məqsədləri, sadəcə insanlara barkod verərək onları robota çevirmək istəyən sistemin qurduğu oyuna balıq kimi atladılar.
Damğalamaq deyərkən, bunu bir az açmaq istəyirəm. Bəli, əşyaların satılması üçün üzərinə necə barkod vururlursa, bu da elədir. Vaksinlərin hər birində insanların adlarına məxsus kod var. Həmin kodla onlara pasport verilir.
Artıq dünyanın o biri yanına da getsələr, "sistemin kuklası" olduqları görünəcək. Hər yerdə o kodla tanınacaq və bu ağıl oyununda məğlub olduqları sübut olunacaq. Ancaq bu
son olmayacaq. Çünki bundan sonrakı illərdə həmin kod onların mikroçiplərdəki kodu olacaq. Bu gün, peyvənd olunmaq istəyən və vaksin pasportu almağa könüllü gedən hər kəs, illər sonra gələcək çipləri də qəbul etmək məcburiyyətində qalacaq. Çünki bu, insanların gülə-gülə danışdığı, inanmadığı, lağ etdiyi mikroçiplərin sadəcə ilk mərhələsidir.
Düzdür, bəzilərinin başqa çıxış yolu yox idi, onlar onsuz da peyvənd olunmağa məcbur idilər. Çünki peyvənd olmayana bu günə qədər rahat vermədilər. Səyahət, iş, alış-veriş, avtobus, metro - bir çox yerdə insanlardan vaksin pasportu istədilər. Görünür, bank hesabları, pensiyaları da kəsməkdə çox gecikməyəcəklər. Bütün bunları böyük ehtimal, hal-hazırdakı pandemiya və ya başqa bir pandemiya ilə aram-aram, pillə-pillə edəcəklər.
Bunları niyə yavaş-yavaş etdilərini də izah etmək istəyirəm. Çünki qurbağanı birdən-birə qaynar qazana atanda, sıçrayar və qaçar. Ancaq onu qazana qoyub, suyu daha sonra tökəndə və yavaş-yavaş qaynadanda, qurbağa xəbəri olmadan ölər. Onlar da insanları bu misaldakı qurbağa kimi görürlər. Ona görə də, düşündüklərini yavaş-yavaş həyata keçirməkdədirlər.
241Please respect copyright.PENANAWvvAoogFnM
“ID 2020” layihəsi və vaksin əlaqəsi
241Please respect copyright.PENANAcS114idkWb
Vaksinlərin nə səbəblə gətirildiyini anlamaq üçün ilk öncə, Rusiyanın hamıdan əvvəl çıxardığı "Sputnik V" adlı vaksininin “ÜST” siyahısına niyə daxil edilmədiyini anlamalısınız. Bunun üçün, Bill Geytsin “DARPA" ilə birlikdə yeni texnologiya ilə hazırlanan "mRNT vaksini" ilə nə planladıqlarını və insanın genetik koduna niyə müdaxilə etmək istədikləri kimi sualların cavablarını öyrənməyiniz lazım gələcək.
DARPA; ABŞ-da Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi – silahlı qüvvələrin maraqları və istifadəsi üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarədir. Yəni, bütün yeni texnologiyalar bu idarənin nəznində hazırlanır.
Belə ki, qlobal sərmaye sahibləri olaraq keçən bölümlərdə haqqında danışdığım şəxslər, gələcəyin yeni bir texnologiyası üzərində çalışır ki, bu texnologiya, hal-hazırda çox da bilinməyən “CRİSPR” texnologiyasıdır. Bu texnologiyanın elmi tərəflərini daha dəqiq bir şəkildə özünüz müxtəlif mənbələrdən araşdıra bilərsiniz (7). Mən isə sizə işin başqa bir tərəfini bildirmək istəyirəm.
Belə ki, onların əlində istənilən insanın genetik koduna müdaxilə edə biləcək böyük bir texnologiya var. Bu texnologiya "CRİSPR Cas9" texnologiyası adlanır ki, yeni növ vaksinlər də ənənəvi formada olan keçmiş vaksinlərdən bu texnologiyaya oxşarlığı ilə seçilir. Ona görə ki, bu tip yeni texnoloji mRNT vaksinləri, insanın genetik quruluşu olan DNT / RNT-ni dəyişdirmə potensialına malikdir. Bu, ilk baxışdan, sizin üçün bir şey ifadə etməyə bilər, ancaq bunun insanlar üçün ölümcül olduğu barədə çox maraqlı bir insanın çıxışı var. Belə ki, bu zərərlər, elə bu texnologiyanın ixtiraçısı sayılan Dr.Robert Malone tərəfindən bu gün də böyük bir kədərlə ifadə edilməkdədir (8).
Rusiyanın çıxardığı vaksinin niyə siyahıya alınmaması məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, yadınızdadırsa, ölkələr ilk dəfə yeni növ peyvəndlər barəsində ortaq bir razılığa gələ bilməmişdilər. Hər biri güya bu xəstəlikdə insanlığa öz töhvəsini vermək istəyirmiş kimi, təcili bir şəkildə xəstəliyin çarəsini araşdırmağa başlamışdılar. Əslində, illərdir hazır gözləyən vaksini ortaya çıxarmaq üçün, güya bir neçə ay bütün gücləri ilə çalışmışdılar.
Peyvəndi ilk dəfə Rusiya tapmışdı. Bu, mənə heç də təəccüblü gəlməmişdi. Çünki Rusiya, hər zaman dünya nizamında xüsusi bir rol oynayıb. Bundan əlli il qabaq, kosmosa gedən adam da güya ilk dəfə Rusiyadan çıxmışdı. Sonra ABŞ, 1969-cu ildə qədim yunan tanrısının adına hazırlanan “Apollon 11” adlı roketi işə salaraq insanları trollamışdı.
İşin kosmos tərəfini gələcək bölümlərinin birində oxuya biləcəksiniz. Burada isə diqqət çəkmək istədiyim əsas məqam, tarixin təkrarlanması məsələsidir. Əlli il qabaq, Rusiya siyasi olaraq öz mövqeyini kosmos uydurması ilə necə gücləndirmişdisə, bu səfər də vaksin hazırlamaqla onu etməyə çalışdı. Ancaq “ÜST” tərəfindən çıxardıqları vaksin qeydiyyata alınmadı. Əslində, bu da bir manipulyasiya idi.
Çünki sistemin planı başqa idi.
Onlar, “nə qədər çox vaksin, o qədər seçim” fikri ilə bu işə yanaşaraq çoxlu vaksin çıxardılar və insanları seçim qarşısına qoydular. Bəzilərinin ənənəvi üsulla, bəzilərinin isə yeni texnologiya ilə hazırlandığını bildirdilər. Əslində isə, hər bir vaksin eyni və yeni texnologiya ilə hazırlanmışdı.
Ancaq seçimi güya insanlara verərək, onları "azadmış" kimi göstərdilər. Bu da o deməkdir ki, ənənəvi üsulla hazırlandığı deyilən Çin vaksini də, yeni texnologiya ilə hazırlandığı bildirilən Amerikan-Alman vaksini də eyni vaksindir. Sadəcə, bəzi maddələr birində azdırsa, o birisində çoxdur. Ona görə, bəzi vaksinlər daha çox zərər verərkən, bəziləri daha az zərər verir. Ancaq ilk növbədə bütün bu vaksinlərin, insanlara bir neçə il ərzində qalıcı şəkildə zərər verəcəyini təxmin edirəm. Daha sonra isə, həyatda qalanları yuxarıda bəhs etdiyim, insanın genetik koduna müdaxilə edərək qısırlaşdırmaq yolu ilə əhalinin sayını azaltmaq hədəflərini oxuya bilirəm.
Üstəlik, bu virusun adına boşu-boşuna "COVID" demədilər. "Covid" sözünün açılışı: "(C)ertificate (O)f (V)accination (I)dentity (D)ocument" deməkdir. Bunun adı belə vaksin sertifikatının gələcəyini ən başından xəbər verirdi. Ancaq görünür ki, bu da son olmayacaq. Gələcəkdə, mikroçiplərə yüklənəcək olan sertifikatınız, sizin həm rəqəmsal şəxsiyyət vəsiqəniz, həm də rəqəmsal portmanatınız olacaq.
Bu da vaksinin gələcək pul sistemi ilə olan böyük əlaqəsini göstərir.
Bill Geytisin "ID 2020 layihəsi" tamamlandıqdan sonra, rəqəmsal pul və şəxsiyyət vəsiqəsini qəbul etməyən, mikroçip taxdırmayan və sistemə sinxron olmayan insanlar, görünür, heç bir şeyə sahib ola bilməyəcəklər. Onlar nə səyahət edə biləcək, nə də gələcəkdə heç bir alış-verişlərdə iştirak edə bilməyəcəklər. Bu, Bill Geytsin DARPA ilə birlikdə həyata keçirdiyi çox xüsusi bir layihədir ki, bu da onların inanclarıyla əlaqəlidir.
Belə ki, iki min il bundan əvvəl yazılan İncildəki “Vəhy” kitabının 13-cü fəslini xatırlatmaq tam da yerinə düşərdi.
Məşhur "666" - şeytan rəqəminin kökünü bilməyənlərə bu maraqlı olacaq. Siz də bilməlisiniz ki, dünyanı idarə edən satanist təşkilat qrupunun inancları bu ayələrə dayanır. Burada, sadəcə həmin kitabın bizə lazım olan kiçik bir hissəsini verəcəm ki, bu hissədə bizə niyə vaksin və ya çip vurulmaq istənildiyini də anlamış olacaqsınız.
241Please respect copyright.PENANAWcVALGPolj
Vəhy 13: "O vaxt, balaca və böyük, zəngin və yoxsul, azad və kölə - hər kəsin sağ əlinə və ya alnına bir damğa vurulurdu. Ona görə ki, bu damğanı, yəni canavarın adını və ya adını təmsil edən sayını daşımayan insan nə bir şey ala bilsin, nə də sata bilsin. Bu iş müdriklik gərəkdirir. Başa düşə bilən, həmin canavara aid sayını hesablasın. Bu sayı, insanı təmsil edir. O, altı yüz altmış altıdır” (9).
241Please respect copyright.PENANAB3VrOHmKqF
Gördüyünüz kimi, biz satanizmə qulluq edən bu insanların qurduğu cəmiyyətdə və şeytanlaşma layihəsinin çoxdan başladığı bir dövrdə yaşamağa məhkumuq. Onların məqsədi, bütün insanları vaksin və ya mikroçiplərlə damğalamaq və şeytanı təmsil edən barkod sistemini insanlara da yerləşdirib, onları bir əşyadan fərqləndirməməkdir. Bu, 2030-cu ilə qədər tamamlanmalı olan mikroçiplərin quraşdırılmasına qədər uzanacaq olan bir prosesdir. Yəni sistemə əlini verən, qolunu da qapdırmalı olacaq.
Bu bölümdə vaksin barədə ümumi düşüncələrimə yer verdim. Sistemin nə məqsədlə bizi bunlara məcbur etmək istədiklərini sorğuladım. Bundan sonrakı bölüm isə, vaksinlərin içində olduğu iddia edilən "qrafen oksid" maddəsi barədə araşdırmalarımla davam edəcək ki, o bölümlə də, vaksinin insanlar üçün nə qədər təhlükəli olduğunu özünüz görəcəksiniz.
ns 15.158.61.20da2