Xəyalpərəst romanındakı Arden Ceyms kimi möhtəşəm xəyalları olan bir xarakterə həyat verən bir yazıçı olduğum üçün məndən belə bir kitabı yazmaqdakı məqsədimi soruşurlar. Burada mən bu sualın cavabını verməyi özümə borc bilirəm.
Mən, sadəcə, bu fəlakət gələcəyə biganə qala bilməzdim. Çünki indiki şəraitdə görürəm ki, hal-hazırda yaşanan hadisələr insanları gələcəyə bir qədər pessimist baxmağa çağırır. İşin ən pis tərəfi, əgər insanlıq üçün hər birimiz bir şey etməsək, doğrudan da gələcək nəsillərimiz bizi heç vaxt bağışlamayacaq.
Bu kitabı da yazmağımdakı məqsəd bu pessimistlikdən qurtulmaq üçün həm özümdə, həm də insanlarda az da olsa gördüyüm balaca bir ümid işığı ilə bağlıdır.
Bu gün insanların, demək olar ki böyük bir hissəsi yuxudadır. Onlara hər gün yalan deyilir, gözlərinin qabağında yaxınlarına qarşı virus adı ilə səssiz cinayətlər işlənir,
ancaq insanlar bunu görməkdən acizdirlər. Görən az sayda insan var ki, onlar da səsini hamıya çatdıra bilmirlər. Sosial mediyalarda bizim kimi insanların senzuralara məruz qalması, mübarizəmizdə haqlı olduğumuzu da göstərir, ancaq nə fayda.
Bu kitabla birlikdə səsimi yenə də hər kəsə çatdıra biləcəyimə ümid etmirəm. Lakin yazdığım sayısız məqalənin boşa getmədiyini görmək, onları bir kitab halında topladıqdan sonra bu kitabın insanların evlərindəki rəflərdə yerini aldığını və onları, ən azından, bir miqdar oyatdığını görmək ən böyük arzularımdan biridir.
İnsanlar bu kitabı oxuduqdan sonra onlara danışılan saysız yalanla tanış olacaqlar. Lakin bilin ki, bu kitabdakı məqsədim insanlara nəyisə aşılamaq deyil, sadəcə şübhələnməyi öyrətməkdir.
İnsanlar sanki xəyal dünyasında yaşıyırmış kimi davranırlar. Elmə sonsuz güvənirlər. Onlara məktəbdə öyrədilən hər şeyi doğru hesab edirlər. Ancaq bilinməlidir ki, bizə öyrədilən hər şey böyük bir yalandan ibarətdir.
Mən də bu yalana inanmışdım. Yeni gələn və bizə dəhşətli olduğu deyilən bu virusun normal qripdən fərqli olduğuna, təbii olmasa belə, laboratoriyada yaradıldığına hardasa əmin idim. Dünyanın kürə olduğunu düşünür, gəmilərin uzaqlaşdıqca hardasa itdiyini görüb, bu hadisəni dünyanın kürə oluşuna bağlayırdım. Televizorlarda bizə nə danışırdılarsa, dinləyirdim.
Lakin nə zaman ki ilk yalanı öyrəndim, o anda evdəki televizoru birdəfəlik söndürdüm. Sizə də məsləhətim, əgər oyanmaq istəyirsinizsə, evinizdəki televizorlardan uzaq durun.
Bu kitabda bütün ölkələri karantinə salacaq qədər irəli gedən gizli tək dünya hökümətinin açıq-aşkar əl atdığı yollara dair yazdığım onlarla məqaləni bir kitab halında topladım. Əlavə olaraq, sosial mediyalarda paylaşdığım faydalı məlumatları da kitabıma daxil etdim.
Bu kitab sizə hər şeyi öyrədə bilməyəcək, ancaq əsas bir şey var ki, bu kitabı bitirdikdə ona sahib olacaqsınız. O da şübhə duyğusudur.
Şübhələndikcə, araşdıracaqsınız. Araşdırdıqca, gerçəkləri tapacaqsınız. Gerçəklər ilk öncə sizi bir az qorxudacaq.
Bəlkə ilk öncə beyniniz bu qədər şeyin yalan olduğunu, bizə bu qədər yalan dediklərinə inanmaq istəməyəcək. Lakin eqonuzu bir kənara qoysanız, ən sonunda, gerçəklərlə üzləşməkdən başqa heç bir şansınız qalmayacaq. Öyrəndikləriniz isə gələcəkdə ən böyük silahınız olacaq.
Ondan sonra insanların təcrübə subyekti kimi istifadə edildikləri o zəhərli vaksinlərdən qaçmaq kimi böyük bir təcrübə qazanacaqsınız. Virus yalanlarına aldanmayacaq, "NASA" adlanan qurumu tarixin zibilliyinə tullayacaqsınız.
Kitabda yazdığım hər şeyi düz araşdırdığımı, hər birinin doğru olduğunu iddia etmirəm. Hər hansısa bir yanlışım ola bilər və ya bu böyük yalanın hansısa bir parçasını yanlış şərh edə bilərəm. Ancaq bu, sizə böyük bir yalan danışıldığı gerçəyini dəyişdirməz. Bu kitabı oxuduqdan sonra siz də eynilə mənim kimi araşdırmalara başlamalı, yazdıqlarımın doğru olub-olmadığını güvəndiyiniz mənbələrdən təsdiq etməlisiniz. Gerçəkləri bir-bir tapdıqdan sonra isə öyrəndiklərinizi digər insanlarla bölüşməyə tələsməlisiniz.
Onu bildirim ki, yazdığım bölümlərdəki hadisələr mənim inandığım fikirlər olmaqla yanaşı, eyni zamanda təsdiqini tapmış gerçəklərdir. Bu kitabda yazılan bir çox mövzudan hal-hazırda xəbəriniz olmasa belə, əminəm ki, gələcəkdə həmin mövzu sizin qarşınıza başqa bir formada çıxdığında, ilk olaraq bu kitabı xatırlayacaqsınız.
Əmin olun ki, mən sizə qətiyyən konspirologiya vəd etmirəm. Bu məqsədlə, kitabın sonunda bir çoxu link formatında olmaqla xeyli mənbə göstərmişəm. Bölümləri oxuduqca qarşınıza çıxan cümlələrin sonunda verilən nömrələri, kitabın sonundakı "Qaynaqça" bölümündən axtarmaqla fikri istinad etdiyim mənbəni asanlıqla tapa biləcəksiniz.
Bundan sonra isə smartfonunuzdakı google (lens) sisteminin kamera funksiyasından istifadə edərək, linki əvvəlcə "mətn funksiyası" ilə kopyalayıb, daha sonra axtarış bölümünə yapışdırmaqla, göstərdiyim linklərə daxil ola biləcəksiniz.
Bilin ki, sizə göstərdiyim mənbələrin heç də hamısı mənim araşdırmalarımın əsasını təşkil etmir. Əgər bu günə qədər oxuduğum elmi məqalələrin, jurnalların və fikirlərimi formalaşdıran kitabların hər birini qaynaqça bölümünə yazmağa çalışsaydım, kitab həddindən artıq uzun ola bilərdi. Ona görə də sadəcə yazdığım fikirləri təsdiq edən xəbərlərin linklərini göstərməyi daha doğru bildim.
Bundan əlavə, belə bir kitabı yazmaqdakı əsas məqsədim təbii ki, övladlarımla və gələcək nəsillərlə bağlıdır. İnternetin bütün dünyada kəsiləcəyi bir dövr gəlsə belə, övladlarım böyüdükdən sonra bu kitabla müəyyən qədər sorğulamağı öyrənəcəklər. Onlara danışılan hər şeydən şübhələnəcəklər.
Dünyanı dəyişdirə bilməsəm belə, ən azından, atalarının gerçəkləri araşdıra biləcək qədər həvəsli, çox şeyi anlaya biləcək qədər ağıllı, bu çətin dövrdə insanlara gerçəkləri başa sala biləcək qədər cəsarətli bir insan olduğunu görəcəklər. Onları bütün təhlükələrdən qoruduğumu və onlara bu yalan dünyada gerçəkləri öyrətdiyimi anlayacaqlar. Bir ata bundan başqa heç bir şey istəyə bilməz.
Ümid edirəm, bu kitab gələcək nəsillər başda olmaqla biləvasitə sizin üçün də fərqli bir təcrübə olacaq. Oyanışınızın təməllərini bu kitab ilə atacağınıza böyük bir ümid bəsləyərək, sizi kitabın maraqlı axışı ilə baş-başa buraxıram.
247Please respect copyright.PENANAEcfJ221Sm2
Hörmətlə,
Barat Əlizadə
Müəllif
ns 15.158.61.8da2