Bəlkə, bir çoxunuza maraqlı gələr ki, kitabın adı niyə kodla bağlıdır və kodun yanına qoyulan iki rəqəm ("-19, 84") nəyi ifadə edir?
İlk öncə onu deyim ki, necə ki bir kompüterə və ya ağıllı telefona qoyulan şifrəni bir neçə dəfə səhv yığdıqda sistem bloklanırsa, bu həyat yolu da belədir. Əgər şifrəsini unutmusunuzsa və ya o şifrəni, ümumiyyətlə, heç siz təyin etməmisinizsə, o zaman ona daxil ola bilməzsiniz.
Əgər həyatın şifrəsini sizin adınıza başqası yazmışdırsa, daha aydın ifadə etmək gərəkirsə, biriləri sizin adınıza həyatınızın yönünə qərar verir, sizin bütün hüquqlarınızı siz yatarkən əlinizdən alırsa, həyatınızda azadlıqdan söhbət gedə bilməz. Elə yatmış bir insan sistem tərəfindən asan idarə olunur və sırf bu səbəbdən böyük balıqlar üçün gözəl bir yem sayılır.
Həyatın azadlıq və xoşbəxtlik proqramına daxil ola bilməyiniz isə sadəcə o kodu düzgün yazmaqla mümkün ola bilər. Yəni oyanmaqla. Sırf bu məqsədlə, bizim bu kitabdakı adımız və həyatımızın kodu "oyanış"dır.
Kitabın adından sonra gələn iki rəqəm ("-19, 84") isə, kitabda iki ayrı simvolik məna daşıyır. "-19" rəqəmi ilə "covid-19" adı verilən virusu, "84" rəqəmi ilə isə məşhur ingilis yazıçısı Corc Oruellin distopik "1984" romanını nəzərdə tuturam. Kitabın üstündəki iki rəqəmin birlikdə oxunması da həmin romanın adına bir göndərmədir.
Bu romanı oxumayanlara şiddətlə oxumağı tövsiyyə edirəm, çünki dünyanın hal-hazırdakı vəziyyəti tam da kitab da yazılan distopik dünyaya doğru sürətlə yaxınlaşmaqdadır. Oxumağa imkanı olmayanlar üçün isə kitabda nədən bəhs edildiyini qısaca özətləmək ehtiyacı hiss edirəm.
250Please respect copyright.PENANAbCtwg3QP2N
1984
250Please respect copyright.PENANAQI4i6zlpBb
Kitabda xəyali dünya və onun içindəki həyat təsvir edilir. Burada bir partiyalı dövr var və insanın düşünməsi qadağandır. Partiya nə deyirsə, odur və sistem məntiqi cəhətdən yanlış olan bir şeyə doğru deyirsə, ictimaiyyət də buna düz deməlidir. Buna qarşı çıxanlar cəzalandırılır və beyinləri yuyulur. Fikir polisi həmişə ictimaiyyətə nəzarət edir və qeyri-adi heç nə baş verməməsi üçün çalışır.
Romanda Vinston Smit adlı xəyalpərəst biri var. Bu adam adi işinə davam etsə də, evə gələn kimi fikirlərini qələmə almaqdadır. Bu, əslində, onun üçün cinayətdir, çünki düşünmək bu dünyada qadağandır. Ona deyildiyi kimi etməyə məcburdur. Ancaq Vinston emosiyalarına hakim ola bilmir və yazmağa davam edir.
Sonra Culiya adlı bir qızla tanış olur. Oğlan-qız münasibəti də bu dünyada qadağandır, ancaq onlar sevgilərini gizli şəkildə həyata keçirməyə başlayırlar. Hər fürsətdə görüşür və bir yerdə qalırlar. Amma bir gün, heç təxmin etmədiyi şəkildə tutulurlar. Birbaşa ölüm əvəzinə beyni yuyulma cəzası alırlar və günlərlə işgəncəyə məruz qalırlar.
Vinstona 4 barmağını göstərib bunun nə qədər olduğunu soruşurlar. Vinston 4 deyir, amma işgəncədən xilas ola bilmir. Eyni şeylər hər dəfə təkrar olunur. Vaxt keçdikcə Vinston bunun sadəcə ağlının hiyləsi olduğunu düşünür.
O başqa rəqəmlər deyir, amma yenə də işgəncədən xilas ola bilmir. Nəhayət, heç nə bilmədiyini deyir və növbəti mərhələyə keçir.
Vinston artıq ağlını itirmiş və beyni yuyulmuş bir insandır. İndi, sadəcə, partiya üçün işləyən birinə çevrilmişdir. Yaşadıqlarını, hisslərini, sevgisini, həsrətini – bir sözlə, bütün düşüncələrini unudur, özünü partiyaya həsr etməyə başlayır. Beynindən bütün özünəməxsus fikirləri çıxarıldığı üçün artıq sistemin istədiyi bir insandır. (1)
Müəllifin "Fikir polisi", "Hər yerdə insanı izləyən gizli göz”, “Böyük qardaş", "Partiyalı dövr" – kimi qavramları 20-ci əsrin ortalarında ürəkağrısı ilə qələmə alması onun nə qədər uzaqgörən biri olduğunu göstərir.
Mən də bu romanı ilk dəfə oxuyanda çox bəyənmişdim. Lakin yarım əsr bundan əvvəl yazılan kitabda olan fikirlərin bu gün və gələcəyin dünyasında reallığa çevrilməsi məsələsi məni çox narahat edir. Ona görə də kitaba belə bir ad verib, insanlara oyanmayacaqları təqdirdə necə bir dünyayla qarşılaşacaqlarını anlatmaq qərarına gəldim.
ns 15.158.61.48da2