Bu bölümdə sıra tibbi maskaları sorğulamağa gəldi. Çünki maskaları sorğulamaq gələcək sağlığınız üçün çox vacibdir. Araşdırmalar apararkən virusdan qoruduğu iddia edilən, ancaq bir qram belə qoruyuculuğu olmayan maskaların təhlükəsi haqqında izlədiyim bir sıra həkim və doktorların məqalələrini böyük bir həvəslə oxumuşam. Belə ki, bir həkimin yazdığına görə, bir milyondan çox elmi araşdırma məqaləsində maskanın zərərləri olduğu üzə çıxmış, onun xərçəng xəstəliyinə yol açdığı elmi olaraq açıqlanmışdır. Siz də bilməlisiniz ki, son zamanlar insanları maska taxmağa məcbur etməklərindəki səbəb onların sağlığını düşünmələri deyil, onları xəstələndirmək, immunitet sistemlərini zəiflətmək və insanların daha tez ölməsinə şərait yaratmaqdır (1).
Hələ maskalar haqqında insanların heç bir fikri olmayan zaman maskanın bu virusdan qorumadığını özlərinin etiraf etdiyi bir sıra xəbərlərə rast gəlmişdim. Mənim maskanı sorğulamağım da təxminən o günlərə təsadüf etmişdi. Belə ki, onlar bu virusun 0.12 mikron böyüklüyündə olduğunu açıqlamışdılar. Ancaq təklif etdikləri və taxdığımız maskaların əksəriyyətinin 2 mikron böyüklüyündə dəlikləri olduğu dəqiq idi. Belə çıxırdı ki, taxdığımız maskanın aralığından bir yox, düz on altı virus keçərdi. Düşünün ki, bir ağcaqanad üçün həyət çəpəri nədirsə, bu maska da həmin virus üçün o olmalı idi. İnsanlar bircə bunu sorğulasa və buna etiraz etsəydi, sistem bu lazımsız vasitəni taxmaq üçün bizi məcbur edə bilməzdi. Üstəlik, maska haqqında bilinən bir araşdırma təcrübəsi onun nə qədər zərərli olduğunu açıq-aydın göstərir.
Belə ki, maskadakı kimyəvi maddələrin toksik təsirindən hava keyfiyyətini ölçməyə yarayan və ABŞ-da “Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsi” (OSHA) tərəfindən təsdiq olunan keyfiyyətli bir cihazla maskasız və maska altında udulan havanın oksigen səviyyələri ölçülür. Havadakı oksigen nisbəti normal olaraq 20% ilə 21% arasında dəyişir. OSHA tərəfindən yaşam təhlükəsi müəyyən edilmiş oksigen nisbəti isə 19.5%-dir. Yəni oksigen səviyyəsi insanlarda bu faizin altına düşdükdə həmin insan üçün yaşam təhlükəsi var deməkdir. Təcrübə aparılarkən təcrübə subyektinin maskasız udduğu havadakı oksigen miqdarı 20.5% olduğu məlum olur. Bundan sonra maska taxılır və təcrübəyə başlanılır. Maska taxıldıqdan sonra isə oksigen nisbəti aşağı təhlükəsizlik həddi olan 19.5%-dən aşağı düşdüyü üçün cihaz həyəcan siqnalı verməyə başlayır və ölçü dəyəri ən sonda 17.4% nisbətində dayanır. Bu, heç bir hərəkət etmədən maska altında nəfəs alış-verişinin nisbətidir.
Hərəkət etdiyinizdə, yeridiyinizdə və ya qaçdığınız zaman oksigen səviyyəsi daha da aşağı düşür ki, bu da maskanın insan sağlığı üçün nə qədər zərərli, hətta ölümcül olduğunun sübutudur (2).
Xüsusilə günəş altında yerimək kimi fiziki məşğuliyyətdə olan bir insanın maska taxması, həmin maskanın içinin nəmlənməsinə və insanın öz ciyərlərindən çıxan kirli havanı təkrar udmasına şərait yaradır. Bu da “hiperkapniya zəhərlənməsinə” gətirib çıxarır ki, buna el dilində “karbon dioksid zəhərlənməsi” də deyilir. Yəni asan bir dillə açıqlasam, bir insan nəfəs alışında oksigen alıb nəfəs verişində karbon dioksid verməsi gərəkən bir canlı ikən, maska taxdığı zaman verməli olduğu karbon dioksidi təkrar öz nəfəsinə çəkir. Beləcə, bədəndə oksigen səviyyəsi azalarkən karbon dioksid səviyyəsi artmağa başlayır. Zəhərlənmə prosesi də bunun nəticəsində baş verir.
Karbon dioksid zəhərlənməsi bədəndə karbon dioksid konsentrasiyasının çox yüksək olması deməkdir. Bu qaz, insan orqanizmi içərisində maddələr mübadiləsi ilə yaradılır və əsasən ağciyərlərin sona çatması yolu ilə çıxarılır. Ancaq tənəffüs pozulması ilə yaranan zəhərlənmə özü ilə bərabər şüur itməsini, komanı və hətta ölümü də gətirir. Bu barədə siz də asanlıqla araşdırma edə bilər və hiperkapnia zəhərlənməsi barədə məlumat əldə edə bilərsiniz (3).
Mənim isə diqqət çəkmək istədiyim əsas məsələ maskanın eyni zamanda xərçəngə yol açdığı barəsində araşdırmalardır. Belə ki, bölümün bu hissəsində sizə çox vacib bir insan haqqında danışmaq istərdim. Bu insan 1931-ci ildə Nobel Fiziologiya mükafatını qazanan məşhur Alman həkim Dr.Otto Heinrix Varburqdur.
Tarixdə böyük iz qoyan, ancaq adını çox az eşitdiyimiz bu adam, 1923-cü ildə xərçəngin səbəbini kəşf edən adamdır. Çoxunuza qəribə gəlsə də, bu gün səbəbi ən açıq bilinən xəstəlik xərçəng xəstəliyidir. Belə ki, hələ o zamanlar Otto Varburq xərçəngin oksigensiz turşu mühitdə böyüdüyünü sübut etmişdir. O həmçinin açıqlamışdır ki, qələvi mühitdə heç bir xərçəng hüceyrəsi inkişaf edə bilməz. Başqa şəkildə desəm, xərçəngin əsas səbəbi normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji ilə – qlükoza fermentasiyası ilə dəyişdirilməsidir. Həmçinin, həkim hesab edirdi ki, qənd halına salınmış şəkər yalnız insulin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Yəni qısaca şişlər şəkərlə qidalanır (4).
Bu barədə çox uzun danışmadan maskanın insanları oksigensiz buraxdığına diqqətinizi çəkmək istəyirəm. Otto Varburq sübut etmişdi ki, bir hüceyrə 48 saat ərzində 35% əskik oksigen qəbul edərsə, həmin hüceyrə xərçəng hüceyrəsinə çevrilir. Ancaq insanlar sanki ağıl tutulması yaşayırmış kimi özlərini xərçəng xəstəliyinə aparacaq olan maskanı üzlərindən çıxartmır, üstəlik onları karbon dioksid zəhərlənməsinə düçar edəcək bu köləlik simvolunu başqalarından da tələb edirlər. Bir də bütün bunlardan sonra xəstələnməklərini yeni gələn uydurma bir virusa bağlayır, özlərini sanki heç xəstələnməli deyilmişlər kimi aparmağa davam edirlər.
Ağlı başında olan hər bir insan xəstəliklərini ağır keçirən və ya ölən insanlara baxdıqda buna səbəb olan digər şeyləri araşdırmağa başlayar. Maskanın normal soyuqdəymə və ya qripi belə ağır keçirmələrində birinci səbəb olduğunu anlayan adam kimyəvi maddələr püskürdən təyyarələrin, insanlara müxtəlif dozalarda vurulan zərərli peyvəndlərin də xəstəliyi ağır keçirməyə şərait yaratdığını asanlıqla başa düşəcək. Qəbul edilən ağır doza dərmanlar başda olmaqla, iynələr, antibiotiklər, lazımsız salınan oksigen aparatları, panik ataklar, nosebo təsiri – bir sözlə, düşümədiyiniz şeylərin hər biri insanların sağlığını pozan və ya xəstəliklərini ağır keçirmələrinə şərait yaradan amillərdir. Buna görə əminliklə deyirəm ki, oyanmış insanı gördüyü hər hansı bir ölüm bu virusun varlığına inandıra bilməz.
Üstəlik, yoldan keçərkən balaca uşaqların və məktəblilərin maska taxdığını görüb gələcək üçün daha çox narahat oluram. Bir ailə öz gözlərinin qarşısında uşağının nəfəssiz qalmasına necə icazə verə bilər? Bu, həqiqətən, insanlıq üçün acınacaqlı bir vəziyyətdir. Bütün dünyadakı maskaların ən böyük istehsalçısı sayılan Çin bu ticarətdən milyardlar əldə edərkən, balaca uşaqların heç nədən xəbərsiz, sadəcə öz savadsız valideynlərinin istəyi ilə maska taxması ürəyimi ağrıdır. Fürsətim varkən kitabımın bu bölümündə bütün valideynlərə səslənməyi özümə borc bilirəm:
234Please respect copyright.PENANAxu5QULnl3L
“Əziz valideynlər!
Xahiş edirəm uşaqlarınıza maska taxdırmayın. Özünüzün azadlıqlarını necə aldıqlarına şahid oldunuz. Eyni yolla uşaqlarınızın da azadlıqlarını almalarına izin verməyin. Gələcəkdə görəcəksiniz ki, uşaqlara yoluxan yeni növ ştam yalanı ilə onlara maska taxdırıb, onları da xəstələndirmək istəyəcəklər. Sonra da uşaqlarınızın hər biri onlar üçün sadəcə bir "statistika" olacaq. Bu ştam yalanı "grafen oksid" kimi təhlükəli maddəyə sahib olan vaksinləri də uşaqlarımıza vurmaq və bütün uşaqları təcrübə subyekti kimi istifadə etmək istəmələri ilə nəticələnəcək. Çünki hədəfdə siz yox, ən başından bəri uşaqlar var idi. Sizə məcbur etdikləri vaksinləri onlara da məcbur edəcək qədər irəli gedəcəklər.
Bilin ki, maska ilə məktəbə göndərdiyiniz və ya göndərəcəyiniz övladlarınızın hər biri gələcəyin "potensial xərçəngi" sayılır. Hələ vurduğunuz peyvəndlərdən sonra sizin nə olacağınız və hansı xəstəliklərə düçar olacağınız bəlli deyilkən, uşaqlarınızı da bu oyuna qurban verməyin. Əgər siz buna izin versəniz, sizi zəhərlədikləri kimi saf və təmiz uşaqlarınızı da zəhərləyəcəklər.
Ayılın bu yuxudan!
Uşaqlar bizim gələcəyimizdir. Onlardan bir-birilərinə ancaq sevgi keçə bilər. Onlar ancaq sevgiyə yoluxa bilərlər. Bilə-bilə onlara zərərli maska zülmünü verməyin. Əgər edə bilirsinizsə, onları bu çətin zamanlarda məktəbə göndərməyin. Onları gələcəyin xərçəng xəstələrinə özünüzü də pulla diplom almış doktorlara bütün sərvətini xərcləyən insanlara çevirməyin. Uşaq ola-ola nəfəsi çatışmayan, ağciyər iltihabı olacaq, xərçəng xəstələri ilə dolu bir nəsli özünüz öz əllərinizlə yaratmayın. Onları doğumlarından etibarən hər cür peyvənddən uzaq tutun. Ən əsası isə, onları öz cahilliyinizin davamçısı kimi yetişdirməyin".
Uşaqlardan danışmışkən, onlara dünyaya gəldiklərindən etibarən müxtəlif dozalarda, fərqli adlarda vurulan cürbəcür zərərli peyvəndlər barəsində bir az məlumat vermək istəyirəm. Nəzərinizə çatdırım ki, ABŞ-dan dünyaya yayılan bütün peyvəndlər 1945-1995 illəri arasında pillə-pillə ortaya çıxarılmışdır. Onların içində "Aliminium hidroksit", "Formaldehid (Formalin)", "Glutaraldehit", "Polisorbat 80" kimi ağır maddələr var ki, bunlarla bu gün belə yeni doğulan tərtəmiz uşaqlar zəhərlənməkdədir (5). Üstəlik indiki uşaqlara vurulan peyvəndlərdəki doza miqdarı bizim dövrümüzdə uşaqlara vurulan doza miqdarından onlarca qat daha çoxdur.
Bilin ki, bütün bu peyvəndlər, insan sayını azaltmaq və uşaqları böyüdüyündə ömür boyu dərmana möhtac etmək üçün yaradıldı. Bununla, xəstəliklərlə dolu bir nəsil yetişdirmək, iflic və ya autizmli xəstələri artırmaq və insanları özlərindən asılı etmək hədəfləndi. Bunu bildiyim üçün mən öz övladlarıma vurulması istənən bütün peyvəndlərdən imtina ərizəsini öz əllərimlə yazdım. Məncə heç bir valideyn "qızılca" və ya dünyada dərmanlarla müalicəyə qalxılmadığı təqdirdə heç kimi öldürdüyü görülməmiş "su çiçəyi" peyvəndini, onun içində virus DNT və ya RNT-sindən çox, istehsal prosesində istifadə edilən abort edilmiş uşaq dölləri olduğunu bildikdən sonra heç vaxt bu və ya başqa peyvəndləri öz uşağına layiq bilməməlidir (6).
Üstəlik, körpələrə yeni doğulduqlarından etibarən çox sayda vurulan peyvəndlər həm də "xərçəng", "autizm" və "SMA2" xəstəliklərinin ən böyük səbəbidir. Bilin ki, uşaqların sağlam gələcəyini siz təyin edirsiniz. Onları qorumaq sizin borcunuzdur. Bu mənada Türkiyənin Ordu Şəhərində yeni doğulan əkiz uşaqlarına peyvənd vurdurmayan Prokuror Hüseyn Ayyaylanın peyvəndlər barədə araşdırmalarını dilə gətirdiyi müsahibəni oxumaq ilkin olaraq sizin üçün faydalı ola bilər. Bu müsahibənin linkini də kitabın sonunda rahatlıqla tapa bilərsiniz (7).
Pandemiya ərəfəsində isə o qədər absurd işlərə imza atırlar ki, indiki şəraitdə uşaqlarınızı onların öhdəsinə buraxmaq onları ölümə tərk etməklə birdir. Belə ki, onlar bu peyvəndlərdən əlavə kliniki sınaq mərhələləri tamamlanmayan zərərli koronavirus peyvəndlərini də uşaqlar üstündə istifadə etmək və onları da zəhərləmək niyyətindədirlər.
Hələ siz işə baxın ki, vaksin istehsalçıları tərəfindən 5-11 yaş arasında olan uşaqlara vuracaqları doza miqdarını uşağın yaşı 12 olduqda üç qatına çıxarma qərarı verilib. Bu, sadəcə bir yaş böyük uşağa üç qat daha çox doza vermək deməkdir. Bu, elm deyil. Bu, sadəcə biyabrçılıqdır (8).
Üstəlik, bir müddət əvvəl bir ağızdan hamilələrin və ya süd verən anaların da peyvənd oluna biləcəyini, bunun anaya heç bir yan təsiri olmayacağını, əlavə olaraq, uşaqda antitel yaradacağını böyük bir həvəslə deyirdilər. Ancaq ortaya çıxdı ki, vaksin hamiləlikdə uşaq salmalara, süd verən analarda isə uşaqda antitel yaratmağı bir qırağa dursun, ona biləvasitə vaksinin tərkibində olan zərərli maddələrin keçməsinə səbəb olurmuş. Bu da peyvənd olunan ananın etdiyi böyük səhv ucbatından, uşağın qanında zəhərlərin dolaşa biləcəyi mənasına gəlir (9).
Bilməlisiniz ki, tibbin hələ bu qədər manipulyasiya edildiyi, bu qədər satılmış insanın əlində olduğu və bu qədər namussuz insanların doktor sayıldığı bir dövrü olmayıb. Uşaqlarınızı sırf bu səbəbdən bu şeytanlardan qorumalısınız.
234Please respect copyright.PENANA3x3Sr8262n
Yüz il öncəki hilə
234Please respect copyright.PENANAhGUZTiLu6J
Bu bölümün də sonuna gəlmişkən maraqlı bir məlumatı vermək tam yerinə düşər. Sosial şəbəkələrin birində düz 104 il bundan əvvəl "İspanyol qripi" adlanan uydurma pandemiya vaxtı çəkilmiş bir şəkilə rast gəlmişdim. Qadın maska taxmış və üstündə belə bir yazı yazılmışdı: "Maska taxın ya da həbsxanaya gedin!". Bu gün də eyni şəkildə insanları zəhərləmək məqsədi ilə bütün dünyada maska taxmayanlara cərimələr, cəzalar, hətta bəzi ölkələrdə insanlara həbsxanalara qədər uzanan cinayət işləri belə açılmaqdadır.
Yüz il bundan əvvəlin internetsiz, limitsiz biliyə çata bilməyən, sosial mediyasız insanlarını idarə etdikləri üsulla bir əsr sonrakı insanları – bizləri də eyni şəkildə idarə etməyi bacarırlar. O zamanlar uydurduqları yalanları bu gün də eyni şəkildə insanlara qəbul etdirə bilirlərsə, bu adamların düşündüyünüzdən daha təhlükəli adamlar olduğu dəqiqdir.
Maska sistemin gözündə sadəcə bir köləlik simvoludur. Onlar üçün bizim sağlığımızın zərrə qədər dəyəri yoxdur.
Köləlik dövründə bütün kölələrə maska taxılardı ki, bu da simvolik olaraq kölələrin səslərinin çıxmayacağını, sahibli olduqlarını və başqa birilərinin idarəsi altında olduqlarını göstərmək üçün edilirdi. Bu gün də maska eyni məqsədlə insanlara məcbur edilir. Bu, sistem üçün bir itaət simvoludur.
Buna görə də mənim gözümdə maska taxan bir insan simvolik olaraq sistemi sorğulamayan, nə deyirlərsə edən, tam da onların istədiyi qorxaq bir insan ikən, maskaya etiraz edərək gerçəkləri danışan bir insan, əslində, köləlik rejiminə etiraz edən mərd bir insandır.
ns 15.158.61.8da2