Qrafen oksid maddəsi barədə ilk dəfə sosial mediyalarından birində oxumuşdum. Düzdür, pandemiyanın ilk dəfə ortaya çıxmasından peyvəndin insanlara vurulmasına qədər olan dövrdə vaksinlərin bir neçə aya gələcəyini və insanlar üçün çox təhlükəli olacağına dair bir çox məqalə yazmışdım. Həmin zamanlar insanlar olmayan virusu “biolojik silah” hesab edərkən əsl biolojik silahın bizə çarə olaraq təklif etdikləri vaksinlər olduğunu bildirmişdim. Ancaq vaksinlərin içində nə olduğunu bilmədiyim üçün bu məni xeyli düşündürmüşdü. Vaksinləri istehsal edən şirkətlər belə vaksinin tərkibindəki maddələri açıqlamırdılar. Bu da vaksinlərin içində bir mikroçip olacağı ehtimalını gücləndirirdi. Hətta doktorlar belə vaksinin tərkibində insan üçün hansı zərərli maddələr olduğunu bilməsə də, vaksini tərifləməyə davam edirdilər. Sən demə, vaksinin tərkibində çip yox, onu aktivləşdirə biləcək elə güclü bir maddə var imiş ki, sistem onunla bir çox məqsədləri yerinə yetirə bilər. Bu möcüzəvi maddənin adı “qrafen oksiddir” (1).
Qrafen oksidin vaksinlərdə nə işə yaradığını anlamağınız üçün sizi ilk olaraq qrafen maddəsi ilə tanış edim. Çünki Çin şirkəti olan Sinovacın vaksin patentində belə qrafenin oksidləşmiş formada olduğu təsdiqlənmiş bir faktdır. Hər nə qədər bu patenti google axtarış sistemindən qaldırsalar da, İspanyol araşdırmaçıların qrafen oksidin elektron mikroskopu ilə görünən şəklini paylaşmaları sosial mediyada çox böyük bir səs gətirmişdi (2). Daha sonra qrafenin tibbi maskalarda olduğu bir çox yeni çalışma başqa bir patent ilə üzə çıxmışdı (3). O aralar Kanada qrafenli maskaların öz ölkəsində satışını qadağan etmişdi. Çünki maskalardakı qrafen maddəsinin insanlarda nəfəs darlığı, iy-dad itməsi başda olmaqla bir çox xəstəlik yaratdığı xəbərləri manşet olmuşdu (4).
Beləliklə, qrafen haqqında danışarkən, onun karbonun təbii allotrop modifikasiyası olan qrafitin izole olunmuş təbəqəsi olduğunu söyləmək olar. Rus alimləri Konstantin Novoselov və Andrey Qeym qrafen yaradılması üçün apardıqları elmi işlərin nəticəsi olaraq, ilk dəfə 2004-cü ildə mexaniki üsulla qrafen təbəqəsini qrafitdən ayırmağa müvəffəq olmuş və onun elektrik və optiki xassələrini tədqiq etmişlər. Bu tarixi ixtira sayəsində onlar 2010-cu ildə Nobel mükafatına layiq görülmüşdülər (5).
Qrafenin nə işə yaradığını daha elmi bir şəkildə izah etməkdən ötrü sizə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın yeni açılan qrafen təsisindəki çıxışından misal gətirmək istərdim. Belə ki, keçən il Nazir Varank, İvedik Mütəşəkkil Sənaye Bölgəsindəki (OSB) Nanoqrafiya Şirkəti Qrafen Kütləvi İstehsalat Müəssisəsinin açılış mərasiminə qatılmışdı. Türkiyənin bu sərmaye ilə qrafen istehsal edə biləcək on ölkədən biri halına gələ biləcəyini söyləyən Varank çıxışında belə demişdi:
“Qrafen poladdan 200 qat daha güclü, misdən yüz dəfə daha çox keçiricidir. Eyni zamanda elastik və yüngüldür. Gücü, elastikliyi, istilik və elektrik keçiriciliyi ilə bir çox fərqli sənaye sahələrində istifadə edilə bilər. Tək atomun qalınlığına sahib 2 ölçülü nanomaterial kimi nanotexnologiyanın ən vacib komponentlərindən biri kimi göstərilir.”
Xəbərin davamı qrafenin nə kimi istifadə edilə biləcəyini, hansı məqsədlə bizim həyatımızın bir parçası olacağına dair çox maraqlı məlumatlar verir. Belə ki, Mustafa Varankın sözlərinə görə qrafen sayəsində daha uzun ömürlü materiallar, ultra sürətli şarj edilə bilən batereyalar, daha sürətli və daha yüngül təyyarələr və bədəndəki neyronlara qoşula bilən biyonik cihazlar istehsal edilə biləcək. Əlavə olaraq, xəbərdə bildirilir ki, bədənin elektrik enerjisini oxuyaraq dəyişdirən, real vaxt müalicəsi təmin edən bioelektronik tibbi texnologiyalar qrafen sayəsində inkişaf etdiriləcək, korroziya, istilik və ötürmə problemlərinə qrafen maddəsi çarə olacaqdır.
Xəbər çox uzun olduğu üçün onu tam şəkildə kitabın sonunda qoyduğum linkdən oxuya bilərsiniz (6). Bizə isə lazım olan bu məlumatlar idi ki, rəsmi xəbər və rəsmi çıxışla qrafenin insan həyatına necə daxil olacağını öyrəndik. Ancaq qrafenin oksidləşərək vaksinlərin içinə qoyulmasının isə başqa səbəbləri var. Bu barədə aşağıdakı yazılarda məlumat verəcəm. İndi isə vaksinlərdə olan qrafen oksidin hansı problemlərə yol açacağı barədə qısa bir məlumat verməkdə fayda var.
Belə ki, bu maddə peyvəndlənmiş insanlarda qan laxtalanması, damarların tıxanması, tromblaşma, ağır ağciyər iltihabı, nəfəs yolu problemləri, anidən ürək dayanmaları, aritmiya, miyokardit, perikardit, beyin damarlarında laxtalanma, beyin iltihabı, insult, iflic, xərçəng, dəri ilə bağlı olan bir çox xəstəliklər, o cümlədən, Morgellon xəstəliyi və digər xəstəliklərə səbəb olacaq (7). Qarşıdakı iki və ya dörd il ərzində qrafen oksidin səbəb olduğu bir çox ağır xəstəliyə düçar olan və saydığım bu ağır xəstəliklərdən dünyasını dəyişən minlərlə adam görəcəksiniz. Bütün bunların əsas səbəbi vaksinlər və onlarda olan qrafen oksid adlı maddə olacağı halda (8), sizə ya olmayan virusun yeni ştamından, ya xəstəliyin buraxdığı zədələrdən, ya da başqa bir pandemiyadan dəm vuracaqlar. Əlavə olaraq, vaksinin bilinməyən yan təsirlərini, uydurduqları xəstəliyin yeni simptomları formasında da qarşınıza qoya bilərlər. Bu barədə son dərəcə ayıq olmağınız çox vacibdir.
Üstəlik, “Mad Max: Fury Road (2015)” adlı bir film var ki, qrafen mövzusu ilə çox əlaqəlidir. Bu filmdə gələcəyin orqanik qan savaşlarından bəhs edilir. Burada, insanların qanı xəstəliklidir və bunun üçün də sırayla ölməkdədirlər.
Yaşamaları üçün orqanik, yəni təmiz qan lazımdır. Onlar isə təmiz qanı almaq üçün insanlara işgəncələr verməyə başlayırlar. Bu filmə baxmaq belə qrafenin kirli qana səbəb olub olmayacağı mövzusunda məni çox düşündürmüşdü. Sonradan araşdırmaçılar tərəfindən normal mikroskopda belə qanda çoxalan qrafenlərin görünə bilməsi, qrafendən şübhələnməkdə nə qədər haqlı olduğumu göstərmişdi. Görəsən, gələcəkdə peyvənd olunmayanların qanı da o qədər dəyərli olacaqmı? Yenə də bunu zaman göstərəcək.
210Please respect copyright.PENANAMStj524l6N
Mikroçiplərin infrastrukturu: “qrafen oksid”
210Please respect copyright.PENANAWWZ6kkrlQl
Qrafen maddəsi haqqında danışdıqlarımızın bir özəti olaraq deyə bilərik ki, qrafen maddəsi bədəninizə döşənəcək kabellər olacaq. Bu elə möhtəşəm bir maddə, elə möhləm bir material, elə mükəmməl bir elektrik keçiricisidir ki, vaksinlərdə oksidləşmiş formada istifadə olunması ilə qlobal sərmaye sahiblərinə insanlar üzərində tər-təmiz bir kontrol mexanizması bəxş edəcək. Əvvəllər mikroçipin vaksinlərlə birlikdə gələcəyini düşünərkən unutduğum bir şey var idi.
Bunu ancaq sonradan görə bildim. Bədənimizə stansiya tikmək istəyirdilərsə, bunun üçün ilk öncə bədənimizi kabellərlə doldurmalıydılar. Beynimdə ondan sonra bütün parçalar oturmuşdu. Onlar ona görə mümkün qədər çox peyvənd olunmağımızı istəyirdilər. Onun üçün tələsirdilər.
Çünki hər bir əlavə doza peyvənd, bədənimizə girəcək daha çox qrafen kabeli demək idi. Bu da hər yeni dozada daha möhkəm bir kabel sistemi döşənməsinə şərait yaradacaqdı.
Anlayacağınız, hər bir doza bədənimizə daha çox, daha sıx və daha etibarlı döşənmiş bir qrafen kabel sistemi deməkdir. Sonrasında istifadə edəcəkləri yeni nəsil internetlə, frekanslarla və onun yayacağı böyük radiasiya ilə bədənimizin içində var olan bu canavar aktiv hala keçəcək. Keçən bölümdə iyirmi yeddi il əvvəl söylənən, “radiasiya ilə aktiv hala keçəcək sulu kristallar” barədə söylənilən sözdə buna görə həqiqət olduğunu düşünməyə başlamışdım. 5G sistemlərinin hələ də bütün dünyada aktiv olmaması və bacardıqca bütün insanları o vaxta qədər tələm-tələsik, çöldə bayırda peyvəndləməyə çalışmaları tam da bu səbəblə – gələcək "Elektromaqnetik pandemiyanı" yaratmaq istəmələri ilə bağlıdır.
Belə ki, qrafen maddəsi bədəndəki sinir hüceyrələrinə (neyronlara) rahatlıqla bağlana bilir və insandan cihaza bilgi transferi gerçəkləşdirə bilir. Bununla da nazir Mustafa Varankın “qrafenlə insan bədənindəki neyronlara qoşula bilən yeni biyonik cihazlar istehsal edilə bilər” sözünü boşu-boşuna demədiyini də anlamış oluruq. Bu, insanı pultla idarə etmək kimi bir şeydir. Bu maddə ilə insanı yönləndirmək, öldürmək, uzaqlaşdırmaq, ondan bilgi almaq mümkün ola bilər. Bu da bizə bədənimizə vaksinlə yeridilən qrafen oksidin gələcəkdəki mikroçiplərin ilk mərhələsi olduğunu düşündürür. Yəni qrafen oksid, vaksin vurulduqdan sonra ölməyən, həyatda qalacaq olan hər kəsi, canlı bir antenaya çevirəcək olan qorxulu bir materialdır.
Üstəlik, radiasiyaya məruz qala biləcək qrafen oksidin zamanla insanları "depersonalizasiya-derealizasiya" kimi psixoloji xəstəliklərə, yəni zombi kimi hisslərə düçar edəcəyinə dair çox ciddi iddialar var. Depersonalizasiya, özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək deməkdir. Derealizasiya isə ətrafının həqiqi, gerçək olmadığını düşünmək mənasına gəlir. Bu da keçən bölüm də bəhs etdiyim həkimin dediyi qorxunc sözü – “insanlar zombiyə çevriləcək” hipotezini gerçəyə çevirir.
Kim bilər, bəlkə də vaksin qaynaqlı qrafendən yaranan depresiv-psixoloji hərəkətləri “zombi virusu” adı ilə ortalığa buraxacaqları zamana az qalıb. Hər bir ehtimalda, onlar sizdən hər dəfə yeni bir doza peyvənd olunmağınızı istəyəndə, təslim olmadan öncə bu mövzunu da xatırlayın. Həyatınızın iplərini kimlərinsə əlinə vermək qədər bərbad hiss yoxdur. Bu xoşbəxtliyi onlara daddırmayın!
210Please respect copyright.PENANANoIohRsq3x
“Qrafen oksidin” vaksinlərdəki daşıyıcı rolu
210Please respect copyright.PENANAROW2Qel0HG
Söz etdiyimiz bu təhlükəli maddənin bir digər xüsusiyyəti də bədənimizə daxil etmək istədikləri yeni bir geni (genetik kodu) hüceyrələrimizə aparacaq "daşıyıcı" rolunu oynamasıdır (9). Yəni vaksinlə bizim genetik olaraq qalıcı bir şəkildə dəyişdirilə bilməyimiz üçün (modifikasiya olunmağımız üçün) hal-hazırda qrafen oksiddən istifadə edirlər.
Qısaca deyim ki, bu maddəni vaksinlərdə (m-RNT üsulu ilə hazırlanan yeni növ koronavirus vaksinlərində) istifadə etməsəydilər, göndərdikləri zülallar (spike protein) hüceyrəmizə onların istədiyi xəstəlikli geni daşıya bilməzdi.
Buna hər birimizdə olan güclü immunitet sistemi və ya başqa sözlə, “bədənimizin müdafiə mexanizması” icazə verməzdi. Çünki bədənimiz yeni növ vaksində istifadə etdikləri və hüceyrəmizə salmağa çalışdıqları nə varsa, onu yad maddə kimi tanıyar və onu kənara atmaq üçün bildiyi hər şeyi edərdi. Ancaq bu vəziyyətdə qrafen oksidin "daşıyıcı" funksiyası ilə bu işi də möcüzəvi formada həll etdilər. Artıq vurulan peyvəndlərlə birlikdə istədikləri geni sizə ötürə bilər və sizin genetikanızı qalıcı bir şəkildə dəyişdirə bilərlər.
Çünki bədən bundan sonra onsuz da onların vaksinlə göndərdikləri genetik kodu tanımayacaq və onu düşmən kimi qəbul etməyəcək.
Bu vaksinlərin, əslində, bir “vaksin” olmadığını, tibb tarixində ilk dəfə istifadə olunan, yeni texnologiya ilə hazırlanan "gen terapiyası" olduğunu unutmayın (10). Bunu vaksin istehsal edən şirkətin özü də söyləmişdi. Belə çıxır ki, bu gen terapiyası ilə birlikdə genetik kodu dəyişdirilmiş insanlar artıq bildiyimiz insan nəsli olmayacaq. Belə ki, görünür, “GMO-lu” deyə adlandırdığımız meyvələr nə qədər meyvə isə, insanlar da o qədər insan olacaqlar.
Üstəlik, dünyanın yarısından çoxu hal-hazırda peyvənd olunub. Onlara peyvənd tərzində vurulan "plasebo" adlanan zərərsiz preparatları çıxmaqla, hal-hazırda təxminən 2 milyard insan "Geni Modifikasiya Olunmuş" (GMO) insan sayıla bilər. Görünür, sistem boşu-boşuna bəzi insanlara "Z nəsli" (son insan nəsli) demirdi.
Kədərlə söyləyirəm ki, bildiyimiz anlamda gerçək, saf qanlı, təmiz insan nəsli artıq sadəcə peyvənd vurmamış insanlar sayılır. Peyvənd olunmuş insanlar isə geni modifikasiya olunduğu üçün simvolik mənada həmin şirkətin patenti kimi düşünülə bilər. Yəni bir gün həmin şirkələr gəlib bütün peyvənd olunanlara "siz bizim patentimizsiniz, sizin heç bir söz haqqınız ola bilməz!" – desələr, heç təəccüblənmərəm. Çünki pulsuz olaraq insan bədəninə o kabelləri döşəyən, insan bədənində stansiya yaratmaq üçün bütün infrastrukturu quran, ona yeni bir genetik kod daxil edərək genetikasını modifikasiya edən sərmaye sahibi həmin insana "yatırım etmiş" sayılır. Ancaq unutmayın ki, heç bir yatırım qarşılıqsız edilməz. Qarşılığında insanlardan nə istəyəcəkləri isə üzərində düşünülməsi gərəkən çox vacib mövzulardandır.
210Please respect copyright.PENANAT2AawtodSS
Zərəri minimuma endirmək
210Please respect copyright.PENANAcap5I4L9N9
Araşdırmalarımı apararkən istəməyərək peyvənd olunmuş və ya peyvənd olunduqdan sonra peşman olan insanlarda zərəri minimuma endirmək üçün nə etmək lazım olduğu ilə maraqlanmışdım.
Belə ağır bir maddənin – qrafen oksidin bədəndən atılması üçün təkcə bir yol tapdım ki, bunun da tam şəkildə işə yarayacağına əmin deyiləm. Ancaq məqalələrini izlədiyim və güvəndiyim bir araşdırmaçının – Serpil Özkanın düşüncəsinə görə bədəndəki bu ağır maddədən tam olaraq qurtulmaq mümkün ola bilər. O iddia edir ki, hicama (qan aldırma) qrafen oksidin bədəndən atılması üçün tək çarədir.
Bu, eynilə termodinamik qanunu kimi işləyir. Bir hicamada bədənin hər tərəfindən 4.500.000 metr qan dövr edərkən təkcə kirli qan yox, kapilyar damarların içində toplanan bütün toksik maddələr də çölə atılır. Qrafen oksid də davamlı və düzgün hicama ilə bu şəkildə bədəndən atıla bilər.
Bunun insanlarda nə qədər effektiv olacağını dəqiq bilməsəm də, hal-hazırda gördüyüm tək ideal yolu sizlə bölüşməyi özümə borc bildim. Daha ətraflı olaraq kitabın sonunda verdiyim linkdən məlumat əldə edə bilərsiniz (11)
ns 15.158.61.8da2