Yeni dünya nizamında əsas hədəfin tək dünya hökumətini qurmaq olduğunu anladıqdan sonra bütün bunları hansı yollarla edəcəklərini də araşdırmalısınız. Bu mənada Üçüncü Dünya Müharibəsi – "Armageddon" bu hədəfin həyata keçməsi yolunda ən vacib ssenarilərdən biri kimi görünməkdədir. Çünki dünyanın sonu gəldiyi zaman, olacağı bildirilən ən böyük, yıxıcı və son müharibə Armageddon kimi tanınır.
Bu apokaliptik müharibə barəsində dini mənbələrdə, yəhudilərin evangelistlərlə birləşib digər insanlar ilə vuruşacağı, sonunda isə dünyanı tamamilə məhv edəcək və ya ciddi xaos yaradacaq bir müharibə olacağından bəhs edilir.
Müharibə nəticəsində yəhudilər və evangelistlərin qalib gələrək dünyaya hakim olacaqları inancı isə bu müharibənin yaxın zamanda gəlişini sürətləndirəcək amillərdən biri kimi çıxış etməkdədir (1).
Tarixə nəzər saldıqda geridə qalan iki dünya müharibəsinin də yeni dünya nizamının formalaşmasında çox vacib rol oynadığı görünür. Belə ki, Birinci Dünya Müharibəsində imperatorluqların yıxılması və yerinə milli dövlətlərin keçməsi prosesi ilə ərazi və torpaq hesablaşması başladı.
İkinci dünya müharibəsindən sonra isə dünya iki super gücün – ABŞ və SSRİ arasında gedən güc müharibəsinin olduğu dövrləri gördü. SSRİ də çökəndən sonra tək super gücün ABŞ olaraq qalmasına və bu günə qədər dünyada ABŞ-ın hökm sürməsinə gətirib çıxardı. Yeni dünya nizamı prosesinin bu günə qədər olan özəti bu idi.
Eyni şəkildə iki dünya müharibəsinin də İsrail dövləti və Siyonizm ilə olan əlaqəsini də gözdən qaçırmaq olmaz.
Belə ki, Birinci Dünya Müharibəsində İngilislərin Fələstini Osmanlıların əlindən alması və oraya addım-addım yəhudiləri yerləşdirməsi ilə növbəti dünya müharibəsi sonunda İsrail dövləti quruldu. Bu mənada Hitlerin soyqırımdan tutmuş müharibənin bitməsinə qədər olan bütün proseslərin İsrailin çıxarları uğruna baş verdiyini asanlıqla görmək mümkündür (2).
Əlavə olaraq, müharibələrin pul sistemi ilə olan əlaqəsi də açıq-aşkar görünür ki, burada ən vacib məsələ 1944-cü ildə təşkil olunan Bretton-Vuds konfransı idi. Bu müqavilə ilə milli dövlətlər rəsmən dolların hakimiyyətini təsdiq etmişdilər. Belə ki, o gündən sonra bir unsiya (31.1 qram) qızıl 35 dollara sabitləndi və bu arxasına silahını da almış olan dolları ümumdünya rezerv pul vahidinə dönüşdürdü.
Lakin yeni sistemi ancaq 1971-ci ilə qədər davam etdirdilər. Riçard Nikson qeyd edilən ildə qızılın dollarla bağını qoparıb onu qarşılıqsız çap edilən və hər bir dolların çapı ilə milləti borclandıran görünməz silaha dönüşdürdü. Bu, bankirləri dünyanın hakimi edən böyük hadisə idi. O gündən bu günə qədər zənginlər daha zəngin, kasıblar isə daha da kasıblaşdılar. İşin ən acınacaqlı tərəfi çap edilən hər qarşılıqsız dollar milllətlərin alnına borc kimi yazıldı (3).
Hal-hazırda yenə də dünyaya baxdıqda hər şey eyni görünür. Belə ki, pandemiya məsələsinin ortaya atılaraq qlobal böhranın örtbasdır edilməsi, mövcud sistemin yenə tıxandığını və yeni bir dəyişikliyə ehtiyacı olduğunu bildirir.
Bu böhran yeni sistemin gələcəyinin mənə görə ən böyük xəbərçisidir. Ancaq düşünürəm ki, dünyada pandemiyadan daha böyük bir xaos çıxması lazımdır ki, daha əvvəllər də etdikləri kimi insanları sistemin dəyişməli olduğuna inandırsınlar. Bu xaosun da adı, böyük ehtimal, “Üçüncü Dünya Müharibəsi” olacaq ki, bu müharibə, məncə, özü ilə yeni dünya nizamını da gətirəcək. Görünür, bu müharibənin sonunda arzuladıqları yeni pul sistemi gələcək və rəqəmsal tək dünya dövlətinin qurulması prosesi daha da sürətlənəcək.
Belə bir müharibənin olacağı ilə bağlı illər öncə bir xəbər oxumuşdum. Bu, mediyada təsdiqini tapmamış bir xəbər olsa da, illərdir ortalıqda dolaşmaqda idi. Belə ki, bu xəbər on doqquzuncu əsrdə gerçəkdən yaşamış ustad dərəcəli bir masonun – Albert Paykın yazdığı bir məktubu əks etdirirdi. Məktubdan danışmadan öncə bu şəxs haqqında qısa bir məlumat vermək tam yerinə düşərdi.
Albert Payk 1809-1891-ci illər arasında yaşamış ABŞ-lı bir general idi. O, 1850-ci ildə mason olmuş, “Independent Order of Odd Fellows” lojasına qatılmışdı. 1859-ci ildə isə 33. dərəcə mason (böyük ustad) olmuşdu. Payk ABŞ-ın bu günə qədər ən təsirli bilinən masonu olaraq qəbul edilir.
Bu qısa məlumatdan sonra artıq Albert Paykın sözünü etdiyim məşhur məktubundan danışmaq olar. Belə ki, Paykın 15 Avqust 1871 tarixində özü kimi başqa yüksək dərəcəli bir mason olan İtalyan Cüzeppe Mazziniyə yazdığı aşağıdakı məktub Kanada Kral donanmasında təqaüdçü olan köhnə bir kəşfiyyat zabiti Vilyam Qay Karr tərəfindən Londondakı “British Museum” kitabxanasında kəşf edilmişdir.
O, bu məktubu “Quoted in Satan: Prince of This World” adlı kitabında nəşr edib.
Payk 1871-ci il tarixli bu məktubunda təkcə 1. və 2. Dünya müharibələri üçün edilməsi lazım olanlara yox, bu gün etibarilə əhəmiyyəti daha da artan 3. Dünya Müharibəsinə dair planlara, eyni zamanda dinlərin bitirilməsinə dair hesablara və arzulara yer verir.
Məktubun Londondakı muzeyin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməməsinə baxmayaraq, yazının illərdir ortalıqda olması, ən əsası da yazılma forması bu müharibənin olacağı barəsində insanda şübhə oyadacaq gücdədir.
Belə ki, Payk bu məktubda Birinci və İkinci Dünya Müharibələrinin sonunda nələrin olacağını dəqiqliklə bildirmiş, sonuncu müharibənin özü ilə hansı yeni dünya nizamını gətirəcəyini açıq-aşkar qeyd etmişdir. Həmin məktubun tərcüməsini aşağıdakı yazıda oxuya bilərsiniz:
229Please respect copyright.PENANA6TaTSi8Nlo
15 avqust 1871, Vaşinqton
229Please respect copyright.PENANAH6pL3oqJz0
"Aydınlanma düşüncəsinin məqsədinə çatması üçün ilk növbədə bir dünya müharibəsi çıxarmalıyıq. Buna görə də, Rusiyada Çarı (çarlığı) zəiflətməli, ateizmi və kommunizmi orada hakim etməliyik. Casuslar vasitəsi ilə Britaniya İmperiyası ilə Almaniya İmperiyası arasında gərginliyi qızışdırmaqla, müharibə üçün zəmin hazırlamalı və çıxaracağımız Birinci Dünya Müharibəsindən sonra kommunist nizamı yaxşı qurmalıyıq ki, bütün hökumətləri devirə bilək və bütün dini nizamları zəiflədə bilək.
Daha sonra biz İkinci Dünya Müharibəsini çıxarmalıyıq və onu həyata keçirmək üçün faşistlərlə siyonistlər arasında müharibə ilə nəticələnəcək gərginlik yaratmalıyıq. Müharibənin sonunda adları nasist olacaq faşistləri məhv etməli, müharibə sonrası Fələstində yəhudilərin ana ünsür olacağı İsrail dövlətini qurmalıyıq. İkinci Dünya Müharibəsi zamanı beynəlxalq kommunizm xristianlığı tarazlaşdıracaq gücə gətirilməlidir. Biz bütün cəmiyyətlərə son çöküşü yaşadacağımız zamana qədər, bu balans bizim üçün önəmlidir.
Daha sonra Üçüncü Dünya Müharibəsini çıxarmalıyıq və bunun üçün biz öz agentlərimiz vasitəsilə İslam dünyasının liderləri ilə Sionistlər arasında onların ixtilaflarına görə gərginliyi artırmalıyıq. Bu müharibə elə qurulmalıdır ki, Müsəlman Ərəb Dünyası və İsrail Dövləti bir-birini məhv etsin. Bu qarışıqlıqda biz digər xalqları fiziki, mənəvi və iqtisadi cəhətdən çökərtmək üçün mübarizə aparmağa məcbur etməliyik. Eyni zamanda hər şeyi məhv etmək istəyən nihilist kütlələrə və ateistlərə yol açmalıyıq ki, bu qanlı təlatüm və vəhşiliyin dəhşətində mütləq ateizmin təsiri ortaya çıxsın. Beləliklə, insanlar hər yerdə vəhşi inqilabçı azlığa qarşı özlərini müdafiə etməli olacaqlar.
Bəşər Sivilizasiyası daha sonra bu vəhşi məhvediciləri də məhv edəcək. Çoxları xristianlıqdan məyus olacaqlar. Bu proses başa çatdıqdan sonra bəzi insanlar hər hansı müqəddəs kitabı və ya hər hansı bir şəxsi rəhbər seçmək əvəzinə deizmə üstünlük verəcəklər.
Ancaq bir fikir üçün narahat olacaqlar. Bu narahatlıqların səbəbi hara tabe olacaqları, nəyə üz tutacaqları, hansı fəlsəfəyə, hansı hüquqi qaydalara müraciət edəcəklərini düşünməkdən ibarət olacaq. Biz bu mərhələdə, ümumbəşəri elanlar vasitəsilə insanlara "Lusiferin Saf Doktrinasının" işığını verəcəyik. Bu doktrina sonda bütün bəşəriyyət arasında Ümumi Dünya Baxışına çevriləcək və insanlar ona təslim olacaqlar. Xristianlığın və ateizmin məhvindən sonra insanlıq ümumbəşəri dünya görüşünü qəbul edəcək və buna qarşı mühafizəkar hərəkatlar ortaya çıxacaqdır" (4).
Albert Pike, 1871
229Please respect copyright.PENANAUX1Tyf629T
2023
229Please respect copyright.PENANAJ5wReoM2ZZ
Belə bir müharibənin olacağına dair başqa bir işarə isə mərhum Türk müğənnisi Barış Mançonun "2023" adlı albomunda gizlənib. Belə ki, karyerasının başlarında – 1975-ci ildə çıxardığı “2023” adlı mahnı bu mənada bir çox sirri üstündə daşıyır. Çox qəribədir ki, həmin mahnı sadəcə bir şeirdən ibarətdir. Üstəlik, bu şeirdə 2023-cü ildə olacaq vacib hadisələrin kodlandığı söylənilir. Eyni zamanda müğənninin “2024” və “2025” adıyla çıxardığı iki ədəd instrumental musiqiləri də bu albomda öz yerini almışdır.
Bunlardan əlavə Barış Mançonun 1976-1977 illərdə “2023” adı ilə çap etdirdiyi fotoromanı var ki, əsas sirrin bu roman da gizləndiyini asanlıqla söyləmək olar. Burada, o qədər qeyri-adi bilgilər yer almaqdadır ki, romanı oxumaq gələcəyə fərqli baxmağınıza şərait yarada bilər.
Belə ki, Barış Mançonun həmin romandakı ləqəbi “Barış 999”-dur. Bu rəqəm tərsdən oxunduqda “666” şeytan rəqəminə və masonlara vacib bir göndərmə ola bilər. Ancaq bu ləqəbdə maraqlı olan ən əsas məqam ondadır ki, Barış Manço düz 1999-cu ildə vəfat etmişdir.
Üstəlik, bu roman özündə bir çox başqa sirrlər də daşıyır. Belə ki, Barış Manço romanda nüvə silahlı bir Üçüncü Dünya Müharibəsindən bəhs edərək, insanoğlunun ölüm tarixini elə həmin gün – 2023 il tarixi kimi götürüb. Ancaq romanda bu müharibədən qurtulan on bir (11) nəfər dünyada yaşam mübarizəsi verməkdədir. Burada, diqqətinizi təkrar olaraq 11 rəqəminə çəkmək istərdim. Belə ki, bu rəqəmin masonik ağıl üçün vacib olduğunu daha əvvəl bildirmişdim ki, burada bir daha bu rəqəm qarşımıza çıxır.
Hələ bir də romanda on bir nəfərin həyatda qalması üçün xüsusi yemək həbləri var ki, bu da “Black Mirror” serialındakı kimi gələcəkdə yemək yemədən də dərmanla qidalanan insanlar olacağı barəsində işarə ola bilər. Üstəlik, orada radiasiyanın təsir etmədiyi müəyyən bölgələrdən bəhs edilir ki, bu da nüvə silahından bəzi bölgələrin təsirlənməyə cəyi ehtimalını qüvvətləndirəcək amillərdən biri kimi çıxış edir (5).
Ən əsası isə, düşünün ki, bu roman bizə 1976-cı ildən səslənir. Bəs 47 il əvvəl Barış Mançonun sırf 2023-cü ili vurğulamaqdakı məqsədi sizcə nə ola bilər? Məncə, bu bizi gözləyən üçüncü bir dünya müharibəsidir. Görünür, bütün dünyada hal-hazırda baş verən xaoslar, yenidən müharibə hazırlıqları üçün təlimlər keçirilməsi, bütün ölkələrin ağır silahlara sahib olmağa tələsməsi məhz bu səbəbdəndir.
Üstəlik, distopik bir dünyadan bəhs edən “La Valla” adlı Netflix serialı var ki, bu serial tam da bu mövzudan bəhs edən ən vacib seriallardandır. Bu serialda 2040-cı illərdə nüvə silahlı Üçüncü Dünya Müharibəsindən düz 20 il sonra İspaniyada yaşanan distopik və qorxunc hadisələrdən danışılır. Bu, ət yeməyini sadəcə zəngin insanların gördüyü, kasıb insanların maşınlara və telefonlara sahib ola bilmədiyi, radiasiya dolu, karantinli, maskalı, viruslu, vaksinli, dağılmış bir dünyadır.
Müharibədən danışarkən onu başladan adamlarla "Yeni hökumət" qurulmasını təklif edən adamların eyni şəxslər olduğu serialda etiraf edilir. Maraqlı olan insanlar gələcəyin necə qorxunc bir yer olacağını görmək üçün serialı tam şəkildə izləyə bilərlər (6).
Göründüyü kimi Üçüncü Dünya Müharibəsinin olacağına dair çoxlu işarələr var. Ancaq bu müharibənin nüvə silahı ilə olacağına tam əmin deyiləm. Nüvə silahı ilə bağlı hər şey bizə söylədikləri başqa yalanlar kimi uydurma ola bilər. Bu, çox asanlıqla qorxu kampaniyası kimi liderlər və yalançı mediya tərəfindən manipulyasiya edilərək insanları yenidən maskaya büründürmək üçün qlobal bir yalan vasitəsi kimi istifadə edilə bilər. Hər biriniz bu mövzularda bir qədər diqqətli olmalı və inandığınız hər şeyə şübhə etməyə başlamalısınız.
Ancaq bunu da unutmayın ki, şişirdilmiş olsa belə, bütün müharibələr gerçəkdir və yeni sistemin gəlişinə xidmət edir. Bu mənada insan ölümləri tam da sistemin istədiyi şeydir. Dünyanı idarə edən qüvvələr üçün insanın heç bir dəyəri yoxdur və onlar bu tip planlarla dünyadakı insan sayını azaltmaq, habelə gələcək dünyada hər birimizin azadlıqlarına tam şəkildə əl qoymaq niyyətindədirlər.
Yaşadığımız bu dünyanı gözəlləşdirməyimiz isə bizim öz əllərimizdədir. Oyanmaq, bu mənada çox işimizə yarayacaq. Çünki sistemin gələcək planlarının nə olduğunu bilən adam özü və ailəsini daha rahat bir şəkildə yaşada bilər.
Ən azından, bilgili insanı hər hansısa bir şeylə qorxutmaq çətindir. Dünyadan xəbəri olmayan insan üçün isə bütün bunlar baş verməsə belə, gələcək xeyli təhlükəli görünür.
229Please respect copyright.PENANAoKkyZzXecT
Bir neçə ssenari
229Please respect copyright.PENANAZh4JznbGqO
Bilinməlidir ki, sistemin gətirəcəyi yeni dünya nizamı üçün Tək dünya hökuməti qurulmamışdan öncə, böyük bir qorxu kampaniyası yaradılacaqdır. Çünki qorxu insanların azadlıqlarını daha tez əlindən almaq üçün ən təsirli silahdır. Bu mənada qorxutmaq məqsədi ilə gələcəkdə qarşımıza qoyulacaq ssenarilərdən bir neçəsi haqqında danışmaq tam yerinə düşərdi.
Bu ssenarilərdən birincisi və ən vacib olanı "Qlobal elektrik kəsintisi" olacaq. Sistem, görünür, günəş partlayışlarını bəhanə edib, bütün dünyada sistematik olaraq elektrikləri kəsməyi planlayır. Belə bir kəsintinin olacağı barəsində, qlobal sərmayenin jurnalı sayılan "The Economist" jurnalının keçən ilki qapaq rəsmində xeyli işarələr var idi. Qlobal dünyanı izləyənlər süni yaradılacaq belə bir ssenarinin gəlmə ehtimalını əvvəlcədən bildikləri üçün öz hazırlıqlarını görməkdədirlər. Bu mənada şamlar, alternativ sistemlər, günəşlə dolan şarj cihazları və s. kimi alətlərə sahib olmağınız sizin üçün də faydalı ola bilər.
Üstəlik, günəşdə heç vaxt partlayış ola bilməyəcəyini və mövcud kürə modelin saxtalıqlarını gələn bölümdə ətraflıca incələyəcəyimiz üçün bu bölümdə, əsasən, bu ssenarinin insanlığın qarşısına təhlükə kimi qoyulma ehtimalının əsas səbəblərindən danışmalıyıq. Belə ki, bu ssenarinin reallaşması ona görə sistem üçün vacibdir ki, əgər belə bir şey baş verərsə, bu çox böyük sosial, iqtisadi, siyasi xaosa yol açacaq. Bu da bildiyiniz kimi xaosdan bəslənən qüvvələrin tam da istədiyi şeydir.
Adicə üç gün belə bütün dünyada elektriklərin kəsilməsi dünya üçün böyük bir xaos deməkdir. Hesablanıb ki, bu üç gün ərzində işıq və buna bağlı olaraq internetin kəsilməsi logistikaya da zərər verəcəyi üçün xaos bütün dünyada qida tədarük sistemini alt-üst edə bilər (7). Üstəlik, təəssüflə bildirim ki, bu adamların əlində bütün dünyanın elektrik sisteminə qəsdən zərər verə bilən və bütün qitələrdə elektronik cihazları kəsə biləcək güclü texnologiyalar var.
Bunlardan ən vacibi “EMP” (Electro Magnetic Pulse) adlı texnologiyadır ki, bununla istədikləri ölkələrdə və ya eyni anda bütün ölkələrdə elektrikləri kəsib, günahı Günəşə ata bilərlər.
Görünür, belə bir hadisəyə hazırlıqlar hələ də davam edir. Hal-hazırda bəzi bölgələrdə elektrik enerjinin kəsilməsi, o cümlədən bir neçə ölkənin bir gündən artıq işıqsız qalması gələcəkdə daha böyük bir kəsinti ilə rastlaşmaq ehtimallarını artırır. Belə bir şeyin baş verib-verməyəcəyindən asılı olmayaraq, hər birinizin bu hadisəyə hazırlıqlı olmasında fayda var.
Üstəlik, Tək Dünya Hökumətinin qurulması üçün təkcə bu ssenari yox, başqa ssenarilər də mövcuddur. Eynilə buna bənzər ssenarilərdən bir çoxu da zamanı gəldikdə insanlığın qarşısına təhlükə kimi qoyulacaq. Bu mənada “Qlobal İstiləşmə” adı ilə çıxardıqları oyun bu uydurma təhlükələrdən biri sayıla bilər.
Belə ki, 1970-ci illərə qədər dünyanın soyuduğunu bildirən sistem birdən-birə “qlobal soyuqlaşma” planından əl çəkərək 2000-ci illərdən etibarən “qlobal istiləşmə” adı altında təbliğatlar aparmaqdadır. Son olaraq, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən Paris sazişi imzalamaqla 2020-ci ildən etibarən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma qəbul etdilər. "Paris İqlim Konfransı" adlanan bu müqaviləyə 2021-ci il etibari ilə 191 ölkə qol çəkdi.
Ancaq əminliklə söyləyə bilərəm ki, iqlim dəyişikliyi mövzusu da digər mövzular kimi sadəcə ssenaridən ibarətdir. Belə ki, insan əli ilə yaradılan qlobal istiləşmə olmadığı kimi, qlobal soyuqlaşma da yoxdur. İqlimdə gördüyünüz müəyyən dəyişikliklər tamamilə təbiətin periodik döngülərinə əsaslanır. Yəni müəyyən dövrlərdə hədsiz dərəcədə soyuqlar olmaqla yanaşı, müəyyən dövrlərdə də istilər gözə çarpmaqdadır. Bu da yaşadığımız dünyada təbiət üçün normal hallardır. Üstəlik, qlobal istiləşmənin yalan olduğuna dair satılmamış bir çox alimin etiraz məqalələri mövcuddur (10).
Belə görürəm ki, üzv ölkələr bu sazişlə qlobal sərmayənin çıxarları üçün gerçək olmayan qlobal istiləşməyə qarşı mübarizə aparmaq, bununla da fosil yanacaqları dayandırmaq niyyətindədirlər. O cümlədən, bu müqavilə ilə benzin, dizel və qaz hədsiz dərəcədə bahalaşacaq və ya karbon vergiləri gətirilərək fosil yanacaqların yerinə zamanla alternativ enerjinin yayılmasına şərait yaradılacaqdır.
"Yeni yaşıl dünya" bu mənada sistemin ən böyük hədəflərindən biridir. Çünki mövcud pul sistemində fosil yanacaqlar dollarla alınıb-satıldığı üçün dollar rezerv pul olma qabiliyyətini itirdiyi andan etibarən, fosil yanacaqların da ömrü bitəcəkdir. Yeni pul sistemi, yeni enerji növlərini gətirəcəkdir ki, bunlar da alternativ enerjilər olmalıdır. Bu səbəbdəndir ki, dünyanın bütün yerlərində hal-hazırda enerji bahalaşması göz qamaşdırmaqda, kommunal xərclər insanların ödəməkdə çətinlik çəkdiyi miqdarlara yüksəlməkdədir.
Sistem eyni zamanda qlobal istiləşmə və quraqlıq yalanı adı altında mövcud texnologiyalarla ormanları yandırmaq, yağışları azaltmaq və insanların əkinləri ilə birlikdə bütün təbiətə zərər verməklə məşğuldur. İşin ən maraqlı tərəfi isə bütün bunları edənlər qlobal istiləşmə ilə mübarizə aparırmış kimi görünür. Əlavə olaraq, onlar inəklərin çıxardığı qazları qlobal istiləşmənin əsas səbəblərindən biri hesab etməklə, gələcəkdə heyvandarlığı da yox etmək, dolayı yolla da təbii ət yemənin qarşısını almaqla süni əti bütün dünyaya yaymaq niyyətindədirlər (11).
Bölümün bu hissəsində keçən il sosial mediyada paylaşdığım bir xəbərdən danışmaq tam da yerinə düşər. Belə ki, Nigeriyada qida təchizatı ilə məşğul olan şirkətlərin əksəriyyətinin fəaliyyətini dayandırması sonrası ac qalan insanlar qida anbarlarına hücum etmişdi. Bu xəbər gələcək barəsində insanlarda az da olsa bir fikir yaratmalıdır. Görünür, üsyanlar, çevrilişlər, kütləvi oğruluqlarla bütün dünya hələ çox çalxalanacaq. Yəni dünya üzrə milyonlarca insan virus yalanından sonra bu dəfə də qlobal istiləşmə yalanına uyğun olaraq süni bir şəkildə yaradılan aclıq və səfalətə düçar olacaq. Bir sözlə, növbəti dəfə bizi "qıtlıq təhlükəsi" ilə qorxutmağa çalışacaqlar ki, bu da hədəflərini daha tez reallaşdırmaqlarına səbəb olacaq.
Ancaq bəzi insanlar bunu da təbii bir fəlakət olaraq adlandırmağa davam edirlər. Eyni ilə yarasadan çıxmış bir virusun var olduğuna inandıqları kimi “qlobal istiləşmə” yalanının gerçək olduğuna bütün qəlbləri ilə inanmağa davam edirlər. Yaxşı xəbər odur ki, "HAARP" (High-frequency Active Auroral Research Program) texnologiyasından xəbəri olan insanlar, göydəki qeyri-adi buludların, anormal iqlim dəyişikliklərinin, zəlzələlərin, şimşək və səssiz ildırımların səbəbinin dünyanın bir sıra zənginləri olduğunu bilirlər. Əminəm ki, bütün bunların dünyanı xaos ortamında saxlamaq məqsədi ilə sistemin çıxardığı oyunlar olduğunu bilən oyanmış insanlar üçün heç bir qorxusu yoxdur.
Çünki insan bilinməyəndən qorxar. Bilməyən insanı isə qarşısına qoyduqları istənilən yalanla qorxuda bilərlər.
"HAARP" texnologiyasından danışmışkən, onun haqqında daha ətraflı məlumat vermək istərdim. Belə ki, "HAARP", “Yüksək Tezlikli Aktiv Auroral Tədqiqat Proqramı” adlanır. Bu, ABŞ-da Qütb parıltısının öyrənilməsi məqsədi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsidir (12).
Proqram çərçivəsində iyonosfer təbəqəsinin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. Ancaq bilinməlidir ki, bu texnologiya iyonosferə, dolayı yolla da dünyaya zərər verməkdədir. Belə ki, iyonosferə bu cür müdaxilə etmək fikri məşhur alim Nikola Tesladan çıxmış olsa da, sistem Teslanın ölümü ilə onun araşdırmalarını öz çıxarları üçün istifadə etməyə başlamışdır. Hal-hazırda layihənin dayandırılması üçün bütün dünyada kampaniyalar aparılmaqdadır. Çünki “HAARP” layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair ciddi iddialar mövcuddur. Hətta bu texnologiyanın zehin idarə etmə dalğaları da yaydığını düşünmək üçün ciddi əsaslar var (13).
Görünür, bu adamların əli heç də zəif deyil. Sizin təbii fəlakət sandığınız hadisələri onlar belə layihələr ilə dünyanın istənilən yerində, istədikləri zaman yarada bilirlər. Belə ki, bu cihazlarla asanlıqla zəlzələ yaradıb, sahib olduqları “lazer silahı” (DEW) ilə istədikləri meşəni günlərcə yanğın yerinə çevirə bilir, istənilən yerdə su qıtlığı yaradaraq qlobal istiləşmə yalanını ortalığa ata bilirlər (14). Bilin ki, gələcək illərin də trendi olaraq qarşımıza çıxacaq "iqlim probleminin” ən əsas səbəbi, əslində, insanlar yox, bizi idarə etmək istəyən qlobal sərmaye sahibləridir.
Üstəlik, onların iqlimə verdikləri zərərlər bunlarla bitmir. Bill Geyts son zamanlar bu haqdakı çalışmaları ilə yenə qarşımıza çıxaraq güya iqlimlə mübarizə aparmaq məqsədilə dünyanın stratosfer təbəqəsinə kalsium karbonat – adi təbaşir tozu səpərək dünyanı soyutmaq və ən əsası, günəşin verdiyi işığı “qaraltmaq” niyyətindədir (15). Ancaq iqlimşünaslar belə bir şeyin mümkün olduğu təqdirdə, iqlimdə baş verəcək mənfi hadisələrdən qorxurlar. Belə ki, “Nature Geoscience” jurnalı xəbərdarlıq edib ki, aerozolların stratosferə səpilməsi okeanların istiləşməsinə, su səviyyəsinin daha da yüksəlməsinə və ekstremal hava hadisələrinə səbəb ola bilər.
Sistem mövcud günəşin qaralması ilə birlikdə Çinin yaratmış olduğu “Süni Günəş” layihəsini inkişaf etdirmək və bununla yeni və daha güclü bir günəşə sahib olmaq arzusundadır. Belə ki, normal günəşdən 5 dəfə yüksək temperatur dərəcəsinə çataraq dünyanı daha yaxşı qızdırması hədəflənən süni günəş sınaqların birində 17 dəqiqədən çox 70 milyon dərəcə istiliyi özündə saxlayaraq böyük sınaqdan uğurla keçmişdi (16).
Sözü gedən layihənin əsas məqsədinin ulduzlarda baş verən təbii reaksiyaları təqlid etməkdən ibarət olduğunu söyləmələrinə baxmayaraq, gördüyünüz kimi onlar öz layihələri ilə təkcə insanları idarə etmək yox, həm də iqlimi idarə etməyi hədəfləyirlər. Çünki iqlimi idarə edərək bütün dünyanı kontrol altına ala bilər, istədikləri yerə istənilən fəsli gətirərək əkinçilikdən tutmuş heyvandarlığa qədər hər şeyi öz əllərinə keçirə bilərlər.
Bizim isə edə biləcəyimiz tək şey onların zərərli niyyətlərini anlamaq və onlara etiraz edən insanların arxasında durmaqdır. Niyyətlərini anlamaq üçün də hər bir ssenariyə əvvəlcədən hazırlıqlı olmağınız şərtdir.
Bu ssenarilərdən bəziləri “asteroidlərin dünyaya yaxınlaşması”, “yadplanetlilərin dünyanı ələ keçirməsi”, “UFO-ların görünməsi” ssenariləridir ki, bu yalanları qarşıdakı illərdə tez-tez görmək ehtimalımız var. Gerçəkdə isə bunların hamısı uydurmadan ibarətdir. Sizin UFO deyə bildiyiniz internetdə yayılan videolardakı uçan obyektin yadplanetlilərlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Onlar biləvasitə insan əli ilə yaradılan müasir kəşfiyyat aparatları və ya dronlardır. Bunlar lazım gəldikdə sistem tərəfindən yadplanetlilər ssenarisini gücləndirmək məqsədilə ortalığa qoyulacaqdır.
Bu mənada bilməlisiniz ki, "yadplanetli, asteroid və meteor" yalanlarının hər biri tək dünya hökumətinə gedən yolda ortaq bir düşmən – bir təhlükə yaratmaq arzusudur.
Daha sonra, onların fikrincə, bu qorxular ortaq düşmənə qarşı birlikdə savaşmaq məqsədi ilə bütün ölkələri bir-birinə yaxınlaşdırmaqla nəticələnəcək ki, bununla da bütün insanlar bir nəfər kimi qlobal bir təşkilatın və ya bizim dilimizlə "Tək Dünya Hökumətinin" onları qurtarmasına ehtiyyac duyacaqlar.
Yeni nizama gedən yolda bu ssenarilərdən əlavə hal-hazırda üzərində çalışılan ciddi layihələrdən yan keçmək olmaz.
Bu layihələrdən ən vacibləri "MK-Ultra" adlanan insan şüurunu idarə etmə layihəsi (17) və "Blue Beam” adlanan mavi işıq layihəsidir (18). Mavi işıq dedikdə, bunu üç fazalı optik holoqramlar və holoqrafik görüntülərin lazer proyeksiyaları ilə göy üzünə yayılması kimi başa düşə bilərsiniz.
Buna oxşar bir layihə də “Tractor Beams” adlı layihədir ki, bu da əmici şüalar sayəsində insanların göyə yüksəlirmiş kimi görünməsini mümkün edə biləcək böyük layihələrdəndir (19). Bu layihələr ilə üç boyutlu yüksək holoqram texnologiyalarından istifadə edərək İsanın və digər dinlərin simvollarının göydə görünməsi hədəflənir. Yəni göydə bir Mehdi silüeti görəcəyimiz və ya göyə yüksəlirmiş kimi göstərilən insanların görünəcəkləri qəribə dövrlər çox da uzaqda deyil.
Əlavə olaraq, onların əlində "sonik səs dalğaları" yardımı ilə göydən hər millətə öz dilində yeni dinin təbliğatını aparacaq möhtəşəm texnologiyalar var (20). Məqsəd isə sadəcə eynidir. Bütün layihələrin tək hədəfi bütün səmavi dinlərdə gözlənən Məsihi yeni nəsil texnologiyalarla gəlmiş kimi göstərmək, insanları özlərinin endirdiyi və rol verdikləri insana və ya insanlara itaət etdirmək məqsədi ilə özlərinə yeni bir “Tanrı İmperatorluğu” inşa etməkdir.
Bölümün bu hissəsində "2045 İnitiative" adlı təşkilatdan danışmaq istərdim. Onlar da insan beynini bir robota köçürərək ölümsüzlüyü mümkün etməyə çalışmaq hədəfindədirlər. Bu təşkilat rusiyalı sahibkar Dmitri İtskovun rəhbərliyi altında rus alimləri ilə birlikdə neyron interfeysləri, robotları, süni orqan və sistemləri araşdırmaq üçün yaradılıb.
Layihənin "A, B, C, D" olmaqla 4 avatar layihəsi var. Ən son hədəf isə 2045-ci ildə hologram avatarına sahip olan insanların əsla ölməyəcəkləri bir dünya yaratmaqdır. Belə bir şeyin mümkün ola bilməyəcəyi ilə bağlı çoxlu əks fikir olmasına baxmayaraq, onlar insanı robotla birləşdirmək yolundakı hədəflərinə əmin addımlarla irəliləməkdədirlər (21).
Üstəlik, hal-hazırda bütün dünyada aktiv şəkildə istifadə olunan "Metaverse" adlı layihə var ki, bununla sosial şəbəkə anlayışını belə dəyişdirmək niyyətindədirlər. Belə ki, evdən çıxmadan hansısa sinemaya və ya konsertə getmək, dostlarla ulduzlu bir gecədə görüşmək artıq virtual dünyada mümkündür. Bütün bunlar gözümüzə taxılacaq virtual ağıllı eynəklərlə ediləcək. Ancaq görüntü nə qədər saxtadırsa, insanların cibindən çıxan pullar bir o qədər gerçək olacaq.
Düzdür, virtual dünyada özünüz üçün çoxdandır axtardığınız ideal şəxsiyyəti yarada bilmək şansınız var. Bəlkə də ölmüş Maykl Cekson ilə birlikdə gözəl bir kafedə mahnı oxumaq, ya da Brüs Li ilə birlikdə başqaları ilə dalaşmaq şansınız olacaq. Xüsusilə, bu dünyada sahib ola bilmədiyiniz şeylərə orada sahib ola biləcəksiniz. Hətta insanların dinlərini belə orada yaşamaqla bağlı müəyyən qədər düşündükləri görünür. Belə ki, artıq indidən belə müqəddəs yerləri orada ziyarət etməklə dualarının qəbul olub-olunmayacağını sorğulayan bir çox insan görmüşəm.
Bilinməlidir ki, "Metaverse" – saxta cənnətdir. Bu, bir aldatma üsuludur. İnsanların virtual dünyada yedikləri yemək onları doydurmadığı kimi, etdikləri ziyarətlər də qəbul olunmayacaq. Ancaq bu mənada da gələcəkdə satılmış din alimlərinin müsbət yöndə fətvalarını görəcəyimə haradasa əminəm.
Üstəlik, virtual dünyaya qoşulmaq insanlar üçün son dərəcə təhlükəli ola bilər. Belə ki, onlar qapalı məkanlarda uzun müddət tək qalaraq yalnızlaşacaq və zamanla gerçək dünyanı unutmaq məcburiyyətində qalacaqlar. Görünür, gələcəkdə biz virtual dünyaya qoşulan və ağlını orada itirən insanlara, bu səfər də gerçək dünyada yaşanan həyatı və real hadisələri başa salmaq məcburiyyətində qalacağıq.
Bütün bunlar insanları manipulyasiya etmək və davranışlarını dəyişdirmək üçün sistemli bir şəkildə ortalığa qoyulan zərərli texnologiyalardır. Üstəlik, hal-hazırda sistem tərəfindən aparılan "Deep Fake" adlı layihə var ki (22), bu layihə ilə şəxsi alqoritmik davranışların analizi aparılaraq
rəqəmsal dünyada təqlidçilik hədəflənir. Yəni ölmüş adamın və ya başqa bir insanın səsini, görünüşünü və davranışlarını təqlid edərək, birbaşa ekranlarda sizə onun adı ilə göstərişlər və populist çıxışlar göstərilə bilər. Bu mənada uzun zamandır belə şeylərə məruz qaldığımızı asanlıqla söyləyə bilərəm.
Hal-hazırda belə bu texnologiya sayəsində ölmüş bir liderin canlı videolarına gerçəkmiş kimi baxıb, ona aldana bilərsiniz. Ən acınacaqlısı isə sizin o çıxışın saxta olduğunu bilmək şansınız belə yoxdur. Görünür, yalanın gerçək sanıldığı, gerçəyin isə yalanlandığı dövrə, əslində, çoxdan girmişik.
Saydığım bütün layihələr, insanları tək bir mərkəzdən idarə etmək üçün cəhd edilən layihələrdən sadəcə bir neçəsidir. Bilin ki, hər plan, hər ssenari və hər layihə, sadəcə buna xidmət edir. İnsanlar gerçək ilə saxtalığı ayırd edə bilmədiyi zaman yaranan xaosdan daha çox qorxacaqlar. Qorxu və xaos gəldiyi zaman isə "yeni dünya nizamı" o qədər asan qurulacaqdır.
Odur ki, siz qarşınıza çıxan heç bir şeydən qorxmamalı, görünən heç bir şeyə inanmamalı və ailənizi bütün bu layihə və ssenarilərdən xəbərdar etməlisiniz. Oyanış yalnız sizin biliyinizlə mümkün olacaq. Beləcə, əmin ola biləcəksiniz ki, bu onların məğlubiyyəti olacaq.
ns 15.158.61.50da2