Keçən on beş bölümdə inanıram ki, dünyada baş verən hadisələrin doğrusunu öyrənməklə yanaşı, daha böyük yalanları da sorğulamağınız üçün şərait yarandı. Belə ki on beş mövzu ilə birlikdə mən virusdan tutmuş süni günəş layihəsinə qədər bir çox mövzuda öz narahatlıqlarımı dilə gətirdim. Düşünürəm ki, bundan sonra sizin üçün də böyük rəsmi görməyin zamanı gəldi.
Bilməlisiniz ki, təkcə koronavirus deyil, son yarım əsrdə bizə çox böyük yalanlar söylənildi. Bu mənada "Sars", "Mers", "Quş qripi", "Ebola" kimi uydurma viruslarla insanlar hər zaman qorxuduldu. Aşağıda yazılanlar 1960-cı illərdən bu günə qədər olan bütün uydurma və gerçəkləşməyən təhdidləri əks etdirməkdədir:
216Please respect copyright.PENANAAPTqwiVkLZ
1960-cı illər: "10 ildən sonra Neft qaynaqları tükənəcək",
1970 ci illər: "10 il ərzində yeni bir Buz Dövrü başlayacaq"
1980-ci illər: "Turşu yağışları 10 il içərisində bütün əkinləri yox edəcək",
1990 ci illər: "Ozon təbəqəsi 10 il ərzində dağılacaq",
2000 ci illər: "Buzlar 10 il içində əriyib yox olacaq",
2000 ci il: "Y2K xətası hər şeyi alt-üst edəcək",
2001-ci il: "Şarbonlu biyolojik terror hamımızı öldürəcək",
2002 ci il: "West-Nil virusu hamımızı öldürəcək",
2003 ci il: "Sars virusu hamımızı öldürəcək",
2005 ci il: "Quş qripi hamımızı öldürəcək",
2006 ci il: "E.Coli (bağırsaq çöpləri) bakteriyası hamımızı öldürəcək",
2008 ci il: "İqtisadi böhran hər şeyi məhv edəcək",
2009 ci il: "Donuz qripi hamımızı öldürəcək",
2012 ci il: "Mers virusu hamımızı öldürəcək"
2014 ci il: "Ebola virusu hamımızı öldürəcək",
2015 ci il: "Terror təşkilatları hamımızı öldürəcək",
2016 ci il: "Zika virusu hamımızı öldürəcək",
2018 ci il: "Qlobal istiləşmə hamımızı öldürəcək"
2019 ci il: "Karbon Emissiyası hamımızı öldürəcək",
2020 ci il: "Covid-19 virusu hamımızı öldürəcək".
216Please respect copyright.PENANAiOQlYtJ1vu
Yuxarıdakıların heç biri gerçəkləşmədi, ancaq hər biri bizim daha da çox idarə edilməyimizə yol açdı. Bu, görünür, təkcə sistemin işinə yaradı və bizi getdikcə kölələşdirdi. Çünki insanlar gerçəyi görmək üçün ağıllarını istifadə etmədilər. Yanlışı doğruya tərcih etdilər. Bu günə qədər qarşılarına çıxan bir çox yalan düşünmədikləri üçün onlara doğru göründü.
Çünki onlar ağıl ilə zəkanın fərqini anlamadılar. Bilməlisiniz ki, zəki bir insanın ağılsız olma ehtimalı, ağıllı bir insanın zəki olmama ehtimalına görə daha yüksəkdir. Gələcək üçün ağıl daha çox işə yarayandır. Zəka isə var olduğuna inandığınız bir şey belə olsa, sizi yarı yolda buraxıb getməyi çox sevir. Eyni zamanda ağıllı bir insan zəkasını sonuna qədər istifadə edərkən, zəki bir insan ağlını rahatlıqla çöpə ata bilər. Bu mənada əgər ağıllı insan sahib olduğu potensialı sonuna qədər istifadə edəndirsə, zəki bir insan sadəcə buna sahib olandır; istifadə edib-etməməsi isə sadəcə özünə bağlı olan bir şeydir. Ən gözəl şey isə ağıl və zəkanın eyni adamda toplanmasıdır. O, artıq yıxılmaz bir güc əldə etmiş qarşısıalınmaz bir insandır.
Bu kitabla mən sizin zəkanızı və ağlınızı eyni anda kəşf etməyinizə şərait yaratmaq istədim. Buna görə də bir çox yalanı və gerçək deyə qarşımıza qoyulan bir sıra hadisələri dərindən analiz etdim. Ancaq oyanışımız təkcə yazdığım on beş mövzunu tam şəkildə anlamaqla bitmir. Biz sistemin bizə söylədiyi ən böyük yalanı ortaya çıxarmalıyıq ki, əskik olan tək pazl parçasını tapıb əsərimizi tamamlaya bilək. Belə ki, düz dünyanı öyrənməyə çalışmaq bu mənada edə biləcəyimiz ən böyük sorğulama işarəsidir.
216Please respect copyright.PENANApO9knATzYo
Mövcud kürə model
216Please respect copyright.PENANAoyBKapnSyi
Bildiyiniz kimi, elm olaraq bu gün insanlara öyrədilən Günəş mərkəzli modeldə yaşadığımız dünya yerin öz oxu ətrafında qərbdən şərqə doğru 1670 km/saat sürətlə döndüyü, kosmosda gördüyümüz digər planetlərlə birlikdə öz varlığını davam etdirən kürə formalı bir dünyadır.
Yer öz oxu ətrafında bu sürətlə dönməyə davam edərkən mövcud biliyə görə, eyni zamanda, Günəş ətrafında da 107.000 km/saat sürətlə hərəkət edərək saatda 2.6 milyon kilometr yol qət etməkdədir. Üstəlik, bu böyük rəqəmlər hələ azmış kimi, Günəş də dünya ilə birlikdə 720.000 km/saat sürətlə Süd Yolu qalaktikasında dolanmaqdadır. İşin ən maraqlı tərəfi bu qalaktika ətrafında bütün orbitini 230 milyon ildə dolanacaq olan Günəş sistemindən əlavə, Süd Yolu qalaktikası da kosmosdakı digər qalaktikalara bağlı bir şəkildə sürətlə hərəkət etməkdədir. Bununla belə, mövcud modeldə 2 trilyon qalaktika olduğu güman edilməklə, bizim qalaktikanın 4.5 milyard il içərisində bizdən 2.5 milyon işıq ili uzaqlıqda yerləşən "Andromeda" qalaktikası ilə toqquşacağı bildirilir (1).
Düz dünyadan heç bir şey yazmasam belə, yuxarıdakı cümlələri oxuyan normal düşüncəli bir insan verilən bu böyük rəqəmlərin necə absurd olduğunu anlama və mövcud Günəş mərkəzli sistemin gerçək olduğuna ilk baxışdan şübhə etmə cəsarətinə sahib olmalıdır. Ən əsası isə yuxarıdakı rəqəmləri heç vaxt təcrübə edə bilməyəcək olan insanlar, mövcud sistemin uydurduğu bu rəqəmlərin gerçək olduğunu düşünmək üçün çox tələsməməlidir. Çünki elm təcrübə etməkdir. Hər kəs tərəfindən təcrübə edilmədən ortalığa atılan fikir isə elm yox, sadəcə bir "inancdır".
Bu mənada mən bu kitabdakı bir çox fikri sizinlə birlikdə təcrübə edərək mövcud sistemin yalan olduğunu sübutlarıyla ortalığa qoyacam. Ancaq ilk öncə bu modelin dinlə olan əlaqəsindən danışmaq sizin üçün daha faydalı ola bilər.
216Please respect copyright.PENANApMPKbMt4Cu
Günəş mərkəzli din
216Please respect copyright.PENANAfhL3MrWO7j
Araşdırmalarım zamanı öyrəndim ki, kürə dünya modelini mövcud elmə gətirən insanlar, Günəş mərkəzli bir dünyaya inanan və Günəşə sitayiş edən Antik Misir Rahiblərinin yetirmələri olub. Hal-hazırda da sistemin ən yüksək mərtəbələrindəki insanlar, o cümlədən, masonlar və İlluminati təriqətinin üzvləri bütün bu düşüncələri və inancları mənimsəmiş insanlardır. Keçmişdən bu günə qədər gəlmiş olan Günəş mərkəzli dünya modelinin bu günki əsas məqsədi isə insanları təsadüfən bu dünyaya gəldiklərinə inandırmaqdan ibarətdir.
Belə ki, onlar Günəş mərkəzli bir model gətirərək bizi sonsuz dünyada Yaradıcı olmadan da təsadüfən yarana biləcəyimizə inandırmaq və dinlərimizin içərisinə öz sapqın inanclarını yerləşdirməklə bütün insanlığı yoldan çıxarmaq niyyətindədirlər. Bununla da, görünür, çox bacarıqlı olublar ki, üç böyük dinin - Yəhudilik, Xristianlıq və İslamın bir neçə yerə parçalanaraq imansız dəstələr meydana gətirməsinə şərait yaratmışlar.
Onlar insanlara əsrlərdən bəri yalan öyrədərək bu yalanı müəyyən bir qismdə məntiqli hala gətirmiş, bununla da dəyişilmiş bir toplum meydana gətirməyi arzulamışlar. Bu mənada bilin ki, əgər dünyanın düz olduğuna dair inanışı yox etməsəydilər, "kosmos" adlanan termin bu gün lüğətimizdə var ola bilməyəcəkdi. Kainatın təkcə yerdən ibarət olduğunu bilən bir toplum da başqa planetlərdə yaşam axtarmayacaqdı.
Eyni şəkildə kürə dünya mövcud model olmasaydı, peykləri göndərdiklərinə, Marsda yaşayış ola biləcəyinə və Aya getdiklərinə heç kimi inandıra bilməzdilər. Bütün göy cismlərinin maddənin plazma halı olduğunu bilən bir insan onsuz da orada yaşayış ola bilməyəcəyini anlamış olacaqdı. Buna görə də sadə camaatın halal pulları ilə öz haram imperatorluqlarını qura bilməzdilər.
Araşdırdıqca siz də görəcəksiniz ki, bizə alim kimi göstərilən insanlar, o cümlədən, Bruno, Kopernik, Galiley, Kepler - əslində, Günəşə sitayiş edən və yaradıcının Günəş (Ra) olduğunu qəbul edən insanlar olublar. Bunlara görə onların tanrıları olan Günəş, dünyanın üstündə dövr edə bilməzdi. Çünki o sonsuz qüdrətli, çox böyük və güclü bir tanrı idi. O, "Ra" idi. Buna görə də ən məntiqlisi dünyanı Günəş ətrafında döndürmək idi.
Sırf bu səbəbdən də bu inanışa sahib olan hər alim və ya rahib öz yaşadığı dövrdə belə inanclar ilə yoğurduqları fikirlərini insanlığa elm deyə öyrətmiş, beləliklə, insanlığın gerçək dünyanı öyrənməsinə əngəl olmağa çalışmışlar. Onların yetirmələri bu gün də bu hədəfləri davam etdirməkdədir. Onlar bizi yenə də Günəş mərkəzli dünya modelinə inandırmaqla sonunda arzuladıqları "Tək Dünya Dövləti" və "Rəqəmsal Tək Din" missiyasına çatmaq hədəfindədirlər. Bu mənada kürə dünyanı sorğulmaq bizi kölə halına gətirmək istəyən qüvvələrin qarşısına qoya biləcəyimiz tək əngəldir.
216Please respect copyright.PENANAE5LkJnaVgF
Düz dünya nəzəriyyəsi
216Please respect copyright.PENANAvo8EyZbEaK
Sıra mənim də son iki ildə sevə-sevə araşdırdığım düz dünya nəzəriyyəsini öyrənməyə gəldi. Bu nəzəriyyə, xüsusilə, son yarım əsrdə qlobal sistem tərəfindən unutdurulmağa çalışılmış bir sıra elmi bilikləri əks etdirir. Bilməlisiniz ki, bu model kürə dünya modeli ilə müqayisədə çox rahat və asan başa düşüləndir. Sadəcə bu nəzəriyyəni oxuduğunuz zaman dünyanın kosmosda asılı şəkildə olan təsəvvür formasını beyninizdən silməlisiniz. Hər şeyin mərkəzinin dünya olduğu model ancaq o şəkildə beyninizə yazıla bilər.
Üstəlik bütün bunları oxumadan əvvəl bilməlisiniz ki, bu kitabda düz dünyanın bütün isbatlarını incələmək şansımız olmayacaq. Mən, sadəcə, düz dünya anlayışını ümumi izah edərək beyninizdə yaranan sualların müəyyən bir hissəsini cavablandıra biləcəm. Beyninizdə yığılan minlərcə sualın cavablarını isə kiçik bir araşdırma edərək özünüz tapa biləcəksiniz.
Beləliklə, düz dünya nəzəriyyəsi dünyanın düz bir disk formasında olduğunu iddia edən və isbat etməyə çalışan nəzəriyyədir. Bu nəzəriyyəyə görə cənub qütbü sayılan Antraktida bir qitə formasında yox, bütün dünyanı çevrələyən buzlar kimi təsvir olunur. Düz dünya modelində Günəş və Ay dünyanın üzərində şərqdən qərbə doğru spiral formasında fırlanmaqdadır. Eyni zamanda digər göy cismləri kimi onlar da yerə çox yaxın və düşündüyünüzdən çox daha kiçikdirlər. Dünyanın üzəri isə əsla keçilə bilməyən qübbə ilə örtülüdür. Buna görə də bu modeldə kosmosa getmək, peyk göndərmək qətiyyən mümkün deyildir.
Dünyanın kənarının olub-olmaması məsələsi ilə bağlı onu deyə bilərəm ki, Antraktidanın hündürlüyü ən az 20 metr olan buz divarları və cənuba doğru getdikcə hündürlüyü azalan qübbənin yer ilə birləşdiyi hissə dünyanın kənarları sayıla bilər. Eyni zamanda buz divarlarından sonra belə yeni-yeni kəşf olunmamış qitələrin var olması ehtimalı, bu mənada dünyanın düz olduğunu düşünən bütün insanları həyəcanlandıran başqa bir məqamdır.
Qədim dövrdən başlayaraq, bütün mədəniyyətlərdə mövcud olmuş bu düşüncə 16-cı əsrdən etibarən bir çox toplumda öz yerini dünyanın kürə olması düşüncəsinə versə də, Çin də daxil olmaqla bəzi ölkələrdə 17-ci əsrə qədər rəsmi düşüncə olaraq hələ də qalırdı. Dünyanın qütblərdən basıq kürə şəklində olması fikri bir çox yerlərdə qəbul olunduqdan sonra isə 19-cu əsrin əvvəllərinə qədər dünyanın düz ya da kürə şəklində olduğu heç bir şəkildə müzakirə obyekti olmadı. O zamana qədər ki Samuel Birley Rowbotham adlı bir ingilis 1838-ci ildə Köhnə Bedford çayından çəkilmiş düz bir kanalda təcrübə aparmağa müvəffəq oldu. Kanalın təxminən başlanğıcında o, teleskopla suya girdi və dostuna oradan 9.656 km (6 mil) məsafədə yerləşən körpüyə qədər qayıqla üzməsini bildirdi. Onlar qayığın üzərində suyun səthindən 1.524 metr (5 fit) hündürlükdə olan bayraq bərkitmişdilər. Əgər dünya kürə şəklində olsaydı, hesablamalara görə qayıq 9.656 km məsafədə (körpünün yanında) olduqda, üfüqdən (əyrinin ən yüksək nöqtəsindən) 4.877 metr aşağıda olmalı idi. Yəni teleskopla baxdıqda belə qayıq və bayraq heç cür görsənməməli idi. Ancaq Samuel Rowbotham, teleskopla qayığı izləmiş və sona qədər qayığı görə bilmişdi. Bu sınaqla birlikdə, dünyanın düz olması mübahisəsi başlamış oldu. Bu tarix müasir düz dünya hərəkatının başlanğıcı hesab edilir (2).
Samuel Birley Rowbotham bu təcrübədən sonra "Paralaks" ləqəbi ilə "Zetetic Astronomy: Earth Not The Globe" ("Sorğulayan Astronomiya: Dünya Bir Kürə Deyildir") kitabını yazaraq yeni bir tarix başlatdı. İllərcə davam edən araşdırmalara əsaslanan bu kitab ilk dəfə 1849-cu ildə 16 səhifəlik broşur (kitabça) formasında çıxsa da, 1865-ci ildə ilk dəfə kitab formasına salındı. 1881-ci ildə isə 430 səhifəlik genişlədilmiş formada çap edilərək dünyanın düz olduğunu öyrənmək istəyən insanların istifadəsinə verildi (3).
Eyni zamanda, Rowbotham bütün həyatı boyunca bir çox ictimai debatlarda iştirak edən, bu debatlarda bir çox məşhur və təhsilli rəqiblərini məğlub edən uğurlu bir debatçı idi. O, bütün ömrünü insanların oyanışı uğrunda mübarizəyə sərf etmişdi. Onun yazdığı kitab və əsərlərinin bu gün də düz dünya mövzusunu araşdıranlar üçün ən mühüm mənbə olduğunu söyləmək düzgün bir fikir olardı.
Biz yüz il sonra belə bəşəriyyətin oyanışında onun araşdırmalarının böyük payı olduğunu bilərək, Samuel Rowbothama bizə qazandırdığı möhtəşəm kitaba və əyilməz mübarizəsinə görə çox minnətdarıq.
Əlavə olaraq, onun xələfi sayılan və 1956-cı ildə "Düz Dünya Cəmiyyəti" ("Flat Earth Society") adlı təşkilatı təsis edən Samuel Shantonu da xatırlatmadan keçmək olmaz. O da eyni ilə adaşı kimi ömrünün sonuna qədər yorulmadan dünyanın düz olduğu fikrini müdafiə edərək yaymağa çalışan güclü insanlardan biri idi. Hər nə qədər təşkilatın sonuncu lideri Charles K.Johnsonun ölümündən sonra dünyanın düz olduğunu beynəlxalq arenada müdafiə edən böyük lider çıxmasa da, bu mənada hər birimiz öz oyanışımızla mövcud elmə güvənən bütün insanlara gerçəkləri göstərməyə onlar kimi davam etməkdəyik (4).
216Please respect copyright.PENANAsCniCI0uAj
Düz dünyanın sübutları.
216Please respect copyright.PENANAEH3y06okBi
Beləliklə, bölümün bu hissəsində bir fotoqrafın "Ginnesin Rekordlar Kitabına" düşən fotoşəkilləri ilə sizə dünyanın düz olduğunu sübut edəcəm. Bu mənada sizə maraqlıdırsa, kitabın sonunda rəsmi rekordu və bəhs etdiyim şəkillərin daha geniş verildiyi linki tapa bilərsiniz (5).
Belə ki, rekordlar kitabına düşən bu rekord, "ən uzun görüş xətti" adı altında qazanılıb. Rekord üçün "Pic de Finestrelles" adlanan (dəniz səviyyəsindən 2820 metr yüksəklikdə) Fransadakı bir dağdan, "Pic Gaspard" adlanan (dəniz səviyəsindən 3883 metr yüksəklikdə) Alp dağlarına doğru gözəl bir mənzərə təqdim olunub. Dağlar arasındakı məsafə isə kürə dünya üçün görünməsi mümkünsüz şəkildə - 443 km məsafə təşkil edib. 16 İyul 2016-cı ildə "Panasonic Lumix FZ72" kamerası ilə Mark Bret tərəfindən çəkilən bu şəkil rekordlar kitabına düşməkdən əlavə, çox insanın fikir vermədiyi şəkildə dünyanın düz olduğunu sübut etməkdədir.
Bu mənada reallığı anlamaq üçün fikir verməyiniz gərəkən ilk şey kürə dünyanın özünəməxsus əyriliyi olması gərəkdiyi məsələsidir. Hesablamalara görə kürə dünyanın hipsoqrafik əyriyi aşağıdakı şəkildədir:
216Please respect copyright.PENANAjXqE8yPSAK
1 km = 0.08 metr əyrilik,
100 km = 784.79 metr əyrilik,
200 km = 3138.97 metr əyrilik.
216Please respect copyright.PENANASSrA9AJVit
Bu hesablar o deməkdir ki, kürə bir dünyada bir adamla sizin aranızda 1 km məsafə varsa, həmin insan sizdən düz 0.08 metr, yəni 8 santimetr üfüqdən (əyrinin ən yüksək nöqtəsindən) aşağıda olmalıdır. Dünyanın kürə olduğunu qəbul etdiyiniz zaman bilməyiniz gərəkən ilk şey budur.
Bu hesabları google sistemindən özünüz də axtarış edə bilər, əyriliyin başqa məsafələrdə nə qədər ola biləcəyini asanlıqla tapa bilərsiniz. Bu məqsədlə, kitabın sonundakı linkə daxil ola bilər və ya google sisteminə birbaşa "earthcurvature.com" yazaraq dünyanın əyriliyini hesablaya bilərsiniz. Eyni zamanda, burada dünyanın əyriliyinin olmadığını və bu günə qədər öyrəndiyiniz hər şeyin uydurma olduğunu birlikdə sübut edəcəyik.
Gəldik rekordlar kitabına düşən şəklin açıqlamasına. Belə ki 443 kilometr uzaqdan çəkilən bu şəklin kürə dünyada kameradan və ya teleskopdan görünməsi ehtimalı belə yoxdur. Çünki dünyanın kürə və ya geoit şəklində olması üçün dünyanın bəhs etdiyimiz formada "əyriliyi" olması şərtdir.
Yəni qarşıdakı obyekt ondan hər dəfə müəyyən məsafə uzaqlaşdıqca dünyanın əyriliyi altına girməlidir.
Yuxarıdakı hesabla isə 443 kilometr məsafədə olması gərəkən əyrilik miqdarı düz 15.3 km (tam olaraq, 15395.54 metr) təşkil edir. Yəni dünyanın kürə ola bilməsi üçün 443 km uzaqdakı obyekt üfüqdən (əyrinin ən yüksək nöqtəsindən) düz 15 km aşağıda qalması tək şərtimiz olmalıdır.
Rekordlar kitabına düşən bu şəkildə isə fotoqrafın şəkli çəkərkən çıxdığı hündürlüyü - dəniz səviyyəsindən 2820 metr olan dağı qarşıdakı əyrilikdən (15.3 km) çıxsaq, geriyə 12.5 km qalır ki, bu qədər əyrilik yenə də dəhşətli dərəcədə çox böyükdür. Bununla, qarşıdakı dağı görməyi buraxın, onun ilğımını (ing. mirage) belə görmək şansımız yoxdur.
Halbuki 443 km qarşıda görsənən dağın hündürlüyü cəmi 3883 metrdir və demək olar ki, dağın hər bir tərəfi açıq-aydın görünməkdədir.
Bura qədər yazdıqlarımı başa düşüb-düşməyəcəyinizi bilmirəm, ancaq əgər başa düşməmisinizsə, yerin əyriliyi mövzusunu təkrar düşünmək və mövcud modeldə bu əyriliyin nə mənaya gəldiyini anlamaq məcburiyyətindəsiniz. Bunu anladıqdan sonra isə yazdıqlarım sizin üçün əlçatan olacaq.
Sözü gedən rekordu daha yaxşı başa düşməyiniz üçün bir daha ifadə edim ki, kürə bir dünyada fotoqrafın çəkdiyi şəkildəki Alp dağları düz 12.5 km əyrinin ən yüksək nöqtəsindən aşağıda qalmalı idi. Bu məqsədlə, əgər qarşıdakı dağ heç bir əyrilik olmadan açıq-aydın görünürsə, yerin düz olduğunu söyləməkdən başqa bir çıxış yolu yoxdur.
Təəssüff ki, 443 kilometr məsafədən belə bir uzaqlığı çəkməklə ginnesin rekordlar kitabına düşən bu adam, düz dünyanı sübut etdiyindən xəbəri belə yoxdur. Ancaq siz bilməlisiniz ki, belə bir şey, kürə bir dünyada faktiki olaraq mümkün deyil. Bu, sadəcə düz bir səth üzərində, düz bir dünyada mümkündür.
Beləliklə, "Bedford təcrübəsi" kimi bir daha dünyanın əyriliyinin olmadığı məsələsini sübut etdik. Elə isə, gəldiyimiz ilk nəticə budur ki, əyrilik yoxdursa, dünya heç bir şəkildə kürə ola bilməz. Bu mənada incələməyiniz üçün kitabın sonundakı qaynaqçada, sizə başqa uzaq məsafələrdən çəkilən rəsmi çəkilişlərdən bir neçəsini də əyriliyini özünüz hesablamağınız üçün linklər qoymuşam. 381 km (6) və 193 km (7) çəkilən fotoşəkillər sizin üçün əyriliyin olmadığı mövzusunda maraqlı araşdırma məqsədi daşıya bilər.
Hətta sosial şəbəkələrdə düz dünyaya maraq salan bütün həvəskar insanlar sahib olduqları kameraları ilə bir sıra təcrübələr apararaq əyriliyin olmadığını sübut etməkdədirlər. Hər millətdən və hər ölkədən belə insanları rahatlıqla axtarıb tapa bilərsiniz. O cümlədən, bildirim ki, üçüncü bölümdə bəhs etdiyim kimi, "Nixon P1000 Coolpix" adlı kamera ilə İranın Bəndər Abbas liman şəhərindən 200 km uzaqda olan Abu Dhabi sahilinin göründüyü video, mənim kürə dünyadan şübhələndiyim ilk video olmuşdu (8). Çünki dünyanın kürə olması üçün lazım olan əyrilik miqdarı 200 km məsafədə düz 3.2 km təşkil edir. Yəni dünya bir kürə olsaydı, bu səfər də Abu Dhabi sahili 3200 metr əyrinin ən yüksək nöqtəsindən aşağıda qalacağı üçün qarşıdakı sahilin görünməsi heç vaxt mümkün olmayacaqdı.
Bu barədə siz də düşünə bilər, araşdırmalarınızı bu yöndə apara bilərsiniz. Bir tək bu sübut belə, dünyanın kürə olduğu fikrini çöpə atmağınıza bəs edər. Ancaq biz eyni zamanda, başqa sübutlardan da danışacağıq ki, bütün bunları sorğulamaq sizə böyük bir yalan danışıldığı gerçəyini ilk dəfə düşünməyinizə şərait yarada bilər.
216Please respect copyright.PENANAQ9uyHpQJdq
Elm və düz dünya
216Please respect copyright.PENANADr5z97IqFA
Dünyanın düz olduğunun elmi sübutlarını görmək, əslində, çox sadədir. Aşağıda verilən subütlar təkcə düz dünyanı anlamaq üçün yox, eyni zamanda, dünyanın kürə ola bilməyəcəyini düşünmək üçün də misal göstərilə bilər:
216Please respect copyright.PENANAFTyFHYiEVM
1) Suyun bükülə bilməməsi faktı.
Kürə formalı dünyaya inananlar okeanların cazibə qüvvəsi sayəsində kürə dünyaya yapışdığını və kürə formasını aldığını bildirirlər. Ancaq suyun bükülə bilməməsi kimi qarşısıalınmaz elmi fakt bunu inkar etməkdədir. Belə ki, su əsla əyilməz və bükülə bilməz. O, hər zaman içində olduğu qabın şəklini almalıdır. Heç bir güc suyu bükmə və kürə formaya sala bilmə potensialına malik deyil.
Üstəlik, su daima öz əyriliyi istiqamətində axar və əyriliyin bitdiyi yerdə axıntı da bitər. Bunu özünüz də asanlıqla müşahidə edə bilərsiniz.
Eyni zamanda, dəniz səviyyəsinin dünyanın hər bir nöqtəsində eyni olduğu məsələsi də düşünməyə dəyər mövzulardandır. Bu məsələ dənizlərin və okeanların düz bir səth üzərində yerləşdiyini asanlıqla izah etməkdədir. Misal olaraq, Ağrı dağının hündürlüyü Antalya dəniz sahilindən ölçüləndə 5137 metr kimi qəbul edildiyi kimi, Amerika və ya Avstraliya sahillərindən ölçüldüyündə də 5137 metrdir.
216Please respect copyright.PENANAKtYq7a9hTA
2) Polaris - Qütb ulduzunun sabitliyi.
Qütb ulduzunun sabit və dəyişməz olması kürə və dönən bir dünya üçün öz-özlüyündə açıq-aşkar bir inkardır. Çünki bu modeldə Yer öz oxu ətrafında 1670 km/saat sürətlə dönərkən, eyni zamanda, 107.000 km/saat sürətlə də Günəş ətrafında dönməkdədir. Əlavə olaraq, Günəş də digər ulduzlarla birlikdə 720.000 km/saat sürətlə "Süd Yolu" qalaktikasında fırlanarkən, şimal qütb ulduzunun daim sabit və hərəkətsiz qaldığı reallığı bu modellə heç cür izah oluna bilmir.
Kürə modeldə dünya, günəş və qalaktika qeyd olunan yüksək sürətlərlə kosmosda hərəkət edərkən, "Polaris" adlanan şimal qütb ulduzunun heç bir hərəkət etməməsi və ilin bütün günlərində daima sabit görünməsi absurddur.
Bu məqsədlə, deyə bilərik ki, Polarisin şimal qütbü üzərində hərəkətsiz bir şəkildə asılı qalması, sadəcə qübbəli, dönməyən və sabit bir dünyada mümkün ola bilər.
216Please respect copyright.PENANA5nZKj0CvAd
3) Üfüq xəttinin daima düz olması.
Üfüq xəttinin hər bir şəraitdə düz olması dünyanın kürə olmadığını açıq-aşkar birdirməkdədir. İstər təyyarə ilə səyahət edin, istərsə də, "Everest" dağının zirvəsinə çıxın, siz hündürlüyə qalxdıqca, üfüq xəttinin də sizinlə birlikdə yüksələcəyinə daima göz səviyyəsində düz bir şəkildə görünəcəyinə şahid olacaqsınız. Kürə bir dünyada isə hündürlüyə qalxdıqca, yer əyilməli olacağı üçün üfüq xətti daima aşağıya doğru hərəkət edəcəkdir. Buna görə də yüksəldikcə görə biləcəyiniz uzaqlıq məhdudlaşacaqdır.
Biz isə yaşadığımız dünyada belə bir şey müşahidə etmirik. Hündürlüyə qalxdıqca üfüq xətti də bizimlə birlikdə yüksəldiyi üçün daha uzağı görə bilmək şansımız var. Bu da öz növbəsində dünyanın düz olduğunu sübut etməkdədir.
216Please respect copyright.PENANAQwjsZStSSs
Ümumi bir baxış
216Please respect copyright.PENANA9RlTQeby0y
Bütün sübutları incələmə şansımız olmadığı kimi, yuxarıda sizin də rahatlıqla təcrübə apara biləcəyiniz sübutlardan yazdım. Qalan bütün sübutlar sizin araşdırmalarınız zamanı asanlıqla üzə çıxacaqdır.
Beləliklə, anlamalısınız ki, bütün planlar kimi kürə dünya planı da masonik ağıl tərəfindən ortaya atılmış yalanlardan sadəcə biri olub. Bilin ki, keçmişdəki bütün mədəniyyətlər dünyanı mərkəz kimi qəbul etmişkən, onların elm adamları Günəşi mərkəzə aldılar. Beləcə, dünyanı böyük partlayış (!) sonunda təsadüfən yaranmış, çox kiçik və dəyərsiz bir yer halına gətirdilər.
İstəkləri insanların da dəyərsiz, təsadüfən yaranmış kainatda bir iynə ucu boyda yerdə yaşayan önəmsiz varlıqlar olduqlarını beyinlərə işləmək və bir Yaradanın olmadığını insanlara qavratmaqdan ibarət idi. Çünki onların yaşadığı dünya təsadüfən yaranmış, dəyərsiz və önəmsiz olan mavi bir planet idi. Əgər dünyanın mərkəzdə olduğu, bütün göy cismlərinin də dünyanın içində hərəkət edən, üzərində göy qübbəsi olan qapalı bir sistem olduğu hər kəsə məlum olsaydı, insanlar bir Yaradıcının olmadığını düşünməyəcək dərəcədə ağıllı, bu möhtəşəm planın Yaradan tərəfindən dizayn edildiyini anlayacaq qədər də zəki olacaqdılar.
Ancaq hələ də düşünürəm ki, heç nə üçün gec deyil. Günəş əsla sonsuza qədər kainatın mərkəzi hesab edilə bilməyəcək. Oyanış əvvəl-axır insanlara çatacaq və onlar dünyanın mərkəz olduğunu qavramaqda gecikməyəcəklər. Bu mənada bəzi seriallara və filmlərə indidən işlənən düz dünya mesajları yaxın gələcəkdə hər şeyin açığa çıxacağına dair inancıma əsaslıq gətirməkdədir (9).
Əminəm ki, "BMT" və onun tərkibində olan bir çox quruluşun loqosuna fikir verən adam bu loqonun düz dünya xəritəsinin kopyası olduğunu anlamaqda gecikməyəcək. O cümlədən, 1958-ci ildə "NASA" adlı təşkilatı quran Werner Von Braunun məzar daşının üstündəki "Psalms 19:1" yazısı ilə maraqlanan adam (10), bu sözün "Zəbur" kitabındakı "Göylər Tanrının əzəmətini bildirməkdə, göy qübbəsi əllərinin əsərini duyurmaqdadır" ayəsini görüb, göy qübbəsinin varlığını araşdıracaq və bu qurumun yaratdığı elmə şübhə etməyə başlayacaqdır (11).
Eyni zamanda düşünən və araşdırmağa başlayan hər bir kəs 1959-cu ildə imzalanan "Antraktida müqaviləsi" ilə tanış olub oradakı sirrin nə olduğu ilə maraqlanacaqlar. Antraktida boş bir buz kütləsi olan yer idisə, müqavilə imzalanan ilə qədər nə üçün orada keçirilən əməliyyatlara minlərlə əsgər və müharibə avadanlıqları apardıqlarını, Amiral Riçard Byrd adlı qütb səyyahının həmin əməliyyatlardan sonra TV kanallarından birində dediyi "Antraktidadan kənarda kəşf olunmamış yeni qitələr gördüm" cümləsini nə səbəbə qurduğunu düşünməyə başlayacaqlar (12).
Beyinlərində qalan bir yığın sualın cavabı isə onlara məlum olmasa belə, ən azından, mövcud elmin hər mövzuda yalan danışa biləcəyinə ehtimal verməyə başlayacaqlar. Bu da insanlardakı möhtəşəm oyanışı, bununla belə, insanlıq üçün saf və tərtəmiz bir gələcəyi gətirəcək.
ns 15.158.61.5da2